Icma.az
close
up
RU
Azərbaycan Orta Dəhlizin döyünən ürəyidir

Azərbaycan Orta Dəhlizin döyünən ürəyidir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almatıda keçirilən “Yeni İpək Yolu” VII Beynəlxalq Nəqliyyat və Logistika Biznes Forumu regional nəqliyyat xəritəsinin növbəti anonsudur. Forumda Azərbaycanın iştirakı, əldə olunan razılaşmalar Orta Dəhlizin işləkliyini və etibarlılığını yeni səviyyəyə qaldırmağa imkan verən konkret addımlar kimi tarixə yazıldı. 

Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolu operatorlarının Trans–Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) bütün marşrutu boyunca vahid, uzunmüddətli tarif müəyyənləşdirmək qərarı isə gələcək yükdaşımalar üçün olduqca əhəmiyyətlidir. Bununla yanaşı, TBNM ölkələrinin nümayəndələri Almatıda keçirilən forum çərçivəsində dəhlizin inkişafına yönəlmiş bir sıra mühüm sazişlər imzalayıblar. 

“Darboğaz”ların aradan qaldırılması üzrə Tədbirlər Planı”ın imzalanması da məhz bu qəbildəndir. Bu plan Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yolu idarələrinin razılaşdırılmış fəaliyyətini, həmçinin EBRD və “Aktau Beynəlxalq Dəniz Ticarət Limanı” SC arasında liman infrastrukturunun maliyyələşdirilməsi və STS kranlarının alınmasına dair sazişi nəzərdə tutur.

İlk olaraq, uzunmüddətli vahid tarif ümumi tarif cədvəlinin birləşdirilməsi deyil. Bu, sahibkar üçün riskin azalması, logistika planlayıcısı üçün xərclərin dəqiqləşməsi, yük sahibi üçün isə daha sərfəli və etibarlı marşrutun təmin edilməsidir. Tariflərin harmonizasiyası bir neçə ölkənin tənzimləmə mexanizmlərini sinxronlaşdırmaqla baş verir və bu, Orta Dəhlizi tranzit axınları üçün rəqabətqabiliyyətli variant halına gətirir. 

Nəticədə, Çin və Avropa arasında ticarət dövriyyəsi dar bir keçiddən çıxaraq daha sabit, proqnozlaşdırılan dəhlizə çevrilir. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovun açıqlaması əyani nümunədir. Bu ilin 9 ayında Çindən Orta Dəhliz vasitəsilə 296 blok-qatar qəbul edilib və onlardan 113-ü tranzit qatar olub. Keçən ilin eyni dövründə bu göstərici 213 qatar olub – artım dinamikası göz qabağındadır. Bu rəqəmlər Orta Dəhliz marşrutunun etibarlılığının yüksəlməsini göstərir və Azərbaycanın logistika infrastrukturunun artırılması səylərinin nəticəsidir.

Coğrafi yerləşmə ölkəni təbii logistik mərkəzə çevirir. Bakı limanı və Xəzər üzərindən həyata keçirilən dəmir yolu-konteyner kombinasiyaları Azərbaycanı Şərq ilə Qərb arasında effektiv tranzit qapısına çevirir. Dəniz, dəmir yolu və logistika terminallarının sinerjisi yüklərin daha sürətli və təhlükəsiz ötürülməsini təmin edir. Bu isə regionda sabit tariflərin tətbiqi ilə birləşdikdə, beynəlxalq operatorlar üçün maraqlı və mənfəətli marşrut meydana gətirir.

Yüksək keçid qabiliyyətinin təmin edilməsi üçün infrastruktur layihələri ilə yanaşı, rəqəmsal prosedurların sadələşdirilməsi də vacibdir. Avtomatlaşdırılmış gömrük prosedurları, real vaxtda maneələrin izlənməsi, tək pəncərə prinsipinə keçid və yük izləmə sistemlərinin genişləndirilməsi Orta Dəhlizin rəqabətqabiliyyətini artıracaq. Azərbaycanın bu istiqamətdə atdığı addımlar və özəl sektorla əməkdaşlıq marşrutun inkişafına zəmin yaradır.

Uzaq məsafəli ticarətin dayanıqlığı çərçivəsində diskret diplomatiya, tərəfdaş ölkələrlə etibarlı razılaşmalar, tranzit proseslərinin hüquqi tənzimlənməsi və maliyyə mexanizmlərinin uyğunlaşdırılması da eyni dərəcədə əhəmiyyətlidir. Almatıda əldə olunan vahid tarif razılaşması bu əməkdaşlığın məntiqi ardıcıllığıdır. Bu cür addımlar region üçün yeni investisiya dalğası və əlavə tranzit gəlirləri yarada bilər.

Dünya ticarətinin davamlılığı çağırışlar qarşısında dayanır. Daha qısa və proqnozlaşdırılan marşrutlar yanacaq sərfiyyatını azaldır. Həmçinin multimodal daşımaların təşkili yüklərin dəniz və dəmir yolu arasında optimal paylanmasını təmin edərək karbon izinin azaldılmasına kömək edir. Azərbaycanın Orta Dəhlizdə lider mövqeyi bu perspektivin həyata keçirilməsi üçün əlverişli platformadır.

Artan tranzit həcmləri ilə yanaşı, yeni iş yerləri, logistika xidmətlərinin inkişafı, gömrük və terminal gəlirlərinin artması, və regional tədarük zəncirlərinin möhkəmlənməsi müşahidə ediləcək. Sahibkar üçün sabit tariflər daha səmərəli biznes-planlar, beynəlxalq logistika şirkətləri üçün isə daha etibarlı marşrutlar deməkdir. Orta Dəhlizin yüksəlişi Azərbaycanın ticarət-diplomatiya strategiyasını gücləndirir və ölkəni qlobal logistika xəritəsində daha aydın, dayanıqlı oyunçuya çevirir.

Almatıda atılan addımlar, eləcə də bu ilin 9 ayında müşahidə olunan qatar axını Azərbaycana beynəlxalq yükdaşımaların əsas seqmenti kimi önəmlidir. Vahid uzunmüddətli tarifin tətbiqi tranzitin proqnozlaşdırıla bilməsi üçün əsas amildir və Orta Dəhlizin gələcəkdə daha böyük pay qazanmasının əsas katalizatoru olacaqdır. Azərbaycan üçün bu, yalnız tranzit gəliri deyil, həm də regional inteqrasiya, iqtisadi artım və strategiyanın uğurudur. Orta Dəhliz getdikcə ticarətin yeni kimi döyünür. Bakının bu idarəetmə bacarığı region üçün yeni imkanlar yaradır.

Akif NƏSİRLİ, 
iqtisadçı

Almatıda keçirilmiş “Yeni İpək Yolu” VII Beynəlxalq Nəqliyyat və Logistika Biznes Forumundakı razılaşmalar, xüsusilə Trans–Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM / Orta Dəhliz) üzrə vahid uzunmüddətli tarifin müəyyənləşdirilməsi bir neçə mühüm perspektiv açır.

Vahid tarifin tətbiqi yükdaşımalarda şəffaflıq və sabitlik yaradacaq. Çin–Avropa yük axınında Orta Dəhlizin Şimal Dəhlizi (Rusiya üzərindən) və Cənub Dəhlizi (İran üzərindən) ilə rəqabət imkanları güclənəcək. 2025-ci ilin ilk 9 ayında keçən ilə nisbətən blok-qatarların sayında təxminən 40 faizlik artım qeydə alınması tendensiyanın davamlı olacağını göstərir. Tariflərin sabitləşməsi daha çox şirkətin Orta Dəhlizi seçməsinə səbəb ola bilər, xüsusən də Avropa şirkətləri Rusiya üzərindən daşınmalara məhdudiyyətlər fonunda alternativ ­marşrutlara maraq göstərirlər.

Azərbaycan regional logistika ­qovşağı (habı) kimi mövqeyini gücləndirəcək. Bakı-Tbilisi-Qars, Ələt Beynəlxalq Dəniz Limanı və Bakı Dəmir Yolu Qovşağının yüklə təminat səviyyəsi yüksələcək. Tranzit gəlirləri dövlət büdcəsinə və “Azərbaycan Dəmir Yolları” QSC-yə əlavə maliyyə axını yaradacaq. Artan yük həcmi dəmir yolu, liman və gömrük infrastrukturlarının daha da modernləşdirilməsini tələb edəcək. Xarici investorların – xüsusən Çin, Avropa və Mərkəzi Asiya fondlarının layihəyə marağı artacaq.

Orta Dəhliz yalnız iqtisadi yox, həm də siyasi baxımdan əhəmiyyətlidir. Azərbaycan bu dəhliz vasitəsilə Çin-Mərkəzi Asiya-Qafqaz-Avropa xəttində əsas keçid ölkəsinə çevrilir və regionda rolunu möhkəmləndirir. 2026–2027-ci illərdə Orta Dəhliz üzrə tranzit yüklərin həcmi 2–3 dəfə arta bilər. Bu marşrutun əsas problemləri – logistik koordinasiya, limanlarda gözləmə vaxtı və marşrutun maliyyə dayanıqlığı mərhələli şəkildə həll olunarsa, Orta Dəhliz qlobal ticarətdə ən strateji alternativ yollardan birinə çevriləcək.

Yəni Azərbaycan bu gün Orta Dəhlizin “ürəyi” mövqeyindədir. Güclü coğrafi üstünlükləri və inkişaf edən infra­strukturu ölkəyə strateji imkanlar yaradır. Lakin rəqabətdə qalib gəlmək üçün xidmətlərin sürəti, koordinasiya mexanizmləri və tranzit xərclərinin optimallaşdırılması əsas hədəf olmalıdır.

Nurlan ABDALOV 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Oktyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri