Icma.az
close
up
RU
Azərbaycan öz milli maraqlarını müdafiə edən və güclü siyasi liderə malik dövlətdir

Azərbaycan öz milli maraqlarını müdafiə edən və güclü siyasi liderə malik dövlətdir

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda keçirilən 55-ci Dünya İqtisadi Forumunda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində səsləndirdiyi fikirlər mühüm mesajlarla yadda qaldı. Dövlətimizin başçısı Azərbaycanın siyasi xəttinin konturları ilə bağlı dünya ictimaiyyətini məlumatlandırdı. Ölkə rəhbərinin televiziya kanalına müsahibəsi Ümumdünya Ticarət Təşkilatına üzvlük, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS-lə əməkdaşlıq, ABŞ-da yeni Tramp administrasiyasının xarici siyasəti, Çin-ABŞ münasibətləri, Orta Dəhlizin perspektivləri, yaşıl enerji, Çinin artan iqtisadi gücü və Bakı-Pekin münasibətləri ilə bağlı bir çox məsələlərə aydınlıq gətirdi. Bütövlükdə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın bu günü və gələcəyi ilə bağlı həm ölkə, həm də beynəlxalq ictimaiyyəti maraqlandıran suallara əhəmiyyətli dərəcədə cavab oldu.

Beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu, sülh və əməkdaşlığı təmin edən strukturların nüfuzdan düşdüyü bir dövrdə dövlətimizin başçısı müsahibəsində geosiyasi və geoiqtisadi məsələlərin təhlilini verdi və bununla da hər kəs müasir qlobal nizamda Azərbaycanın yerini və rolunu aydın şəkildə görmək imkanını əldə etdi. Bu baxımdan Prezident İlham Əliyev Qlobal Cənub və Qlobal Şimal arasında körpü rolunu oynaya biləcək layihələr təklif edir. Azərbaycan Çin, Mərkəzi Asiya, Avropa İttifaqı ölkələri və qardaş Türkiyə ilə bərabərhüquqlu əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri quraraq, gələcək siyasi, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, eyni zamanda, hərbi təhlükəsizliyini təmin edir. Beləliklə, CGTN telekanalında yayımlanan müsahibədən belə nəticə çıxır ki, Azərbaycan öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran, müstəqil xarici siyasət yürüdən, milli iradəsi güclü olan siyasi liderə malik olan dövlətdir. Çünki hazırda dünyada, xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün müstəqil, balanslı xarici siyasi kurs yürütmək olduqca çətindir. Azərbaycan çox az sayda dövlətlərdən biridir ki, tam müstəqil və həm də qətiyyətli xarici siyasət yürüdür. Azərbaycan Avropa İttifaqının 10 üzvü ilə yanaşı, Çinlə strateji tərəfdaşlıq müqaviləsi, Türkiyə, Özbəkistan kimi ölkələrlə müttəfiqlik bəyannaməsi imzalayıb. Beləliklə, Azərbaycan Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzəryanı regionu geniş coğrafiyada sülh, sabitlik və əməkdaşlıq platformasına çevirən siyasət yürüdüb.
Cənab Prezident İlham Əliyev müsahibəsində ölkəmizin yaşıl gündəliyi barədə səsləndirdiyi fikirlər də beynəlxalq ictimaiyyət üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkə başçısı ümumbəşəri maraqları təlqin edən prinsipial mövqe nümayiş etdirərək bildirdi ki, qazıntı enerji növlərinə malik olan ölkələrin məsuliyyəti əldə etdikləri gəlirləri yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya etməkdən ibarətdir. Azərbaycan da bu gün məhz bunu edir. Ölkəmizin 2027-ci ilə qədər olan hədəfi 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaqdır. Cənab Prezident bunu da qeyd etdi ki, bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Çünki burada söhbət məhsulun keyfiyyəti və qiymətindən gedir və heç bir ölkə Çinlə bu rəqabəti apara bilmir. Diqqətəlayiq haldır ki, hazırda Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses artıq gedir. Bununla da dünya ictimaiyyəti bir daha Prezident İlham Əliyevin təqdimatında Azərbaycanın artan iqtisadi qüdrəti, iqtisadiyyatın şaxələndirilməsi, habelə neft və qaz sahəsindən asılılığın azaldılması istiqamətində davamlı işləri barədə ətraflı məlumatlar əldə etdi.

Anar Məmmədov
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Fevral 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri