Icma.az
close
up
RU
Azərbaycan öz milli maraqlarını qorumağı bacaran güclü dövlətdir

Azərbaycan öz milli maraqlarını qorumağı bacaran güclü dövlətdir

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Azərbaycan Rusiyaya daha bir nota verdi. Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov bu gün Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və görüş zamanı, 5 iyul tarixində axşam saatlarında Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar kəskin etiraz bildirilib. Həmçinin Rusiya tərəfinə müvafiq nota da təqdim edilib. Ən önəmli məqamlardan biri də budur ki, görüşdə Rusiyanın Azərbaycana aid infrastrukturlara dron hücumunun ilk belə hal olmadığı, bundan əvvəl də qazpaylayıcı kompressor stansiyası və Odessada neft bazasına hücumlar daxil olmaqla, Ukraynada SOCAR-a məxsus obyektlərin hərbi zərbələrə və hərbi əməliyyatların digər dağıdıcı təsirlərinə məruz qaldığı, nəticədə əhəmiyyətli maddi ziyan dəydiyi, şirkətin əməkdaşları arasında yaralananlar olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.
Eyni zamanda, dəfələrlə xəbərdarlığa baxmayaraq, belə halların davam etməsinin hücumların məqsədyönlü şəkildə həyata keçirildiyinə dəlalət etdiyi bildirilib. Görüş zamanı həmçinin Kiyevdəki Səfirliyimizin və Xarkov şəhərində yerləşən Fəxri Konsulluğun binalarının zərər gördüyü bir neçə hava zərbələrinə diqqət yönəldilib, Vyana Konvensiyalarına uyğun olaraq diplomatik və konsulluq nümayəndəliklərinin binalarının qorunması üzrə öhdəliklərə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb. Beləliklə, rəsmi Bakı Rusiya tərəfini baş vermiş bu hallarla bağlı müvafiq izahat verməyə, habelə mülki obyektlərin və diplomatik nümayəndəliklərin qorunması üzrə beynəlxalq öhdəliklərə riayət etməyə çağırıb.
Azərbaycanın Rusiyaya nota verməsinin hansı nəticələri ola bilər? Rusiya tərəfi bu xəbə\rdarlıqdan sonra özünü yığışdıracaq və təxribatçı, destruktiv hərəkətlərinə son qoyacaqmı? Azərbaycanın Rusiya səfirini XİN-ə çağıraraq nota verməsi və sözügedən hadisə ilə bağlı kəskin etiraz bildirməsi rəsmi Bakının mövqeyinin çox ciddi olduğunu göstərir. Bu addım təkcə bir yanacaqdoldurma məntəqəsinin vurulması ilə bağlı deyil, həm də sistemli şəkildə Azərbaycanın iqtisadi maraqlarına və diplomatik toxunulmazlığına edilən təzyiqlərin qarşısının alınması məqsədi daşıyır. Belə ki, Azərbaycan bu addımı ilə Rusiyanın hərbi fəaliyyətində Azərbaycanın mülki infrastrukturuna vurduğu zərərin heç də təsadüfi olmadığını, bunun qəbuledilməzliyini qeyd edir. Bu cür açıq müstəvidə ciddi etirazımız iki ölkə arasında strateji müttəfiqlik bəyannaməsi ilə yanaşı, həm də ciddi ixtilafların mövcud olduğunu beynəlxalq ictimaiyyətə nümayiş etdirir.
Şimal qonşumuza verilən notanın siyasi və diplomatik nəticələri də çox önəmlidir. Notanın əsas məqsədi odur ki, qarşı tərəfə onun diplomatik öhdəlikləri xatırladılır. Vyana Konvensiyasını imzalayan Rusiya rəhbərliyi yaxşı bilir ki, səfirlik və konsulluq binalarının zərər görməsi beynəlxalq hüququn pozulmasıdır. Eyni zamanda, Azərbaycan təkcə diplomatik etiraz etmir, həm də dəymiş maddi ziyanın qarşılanmasını və əməkdaşlarının təhlükəsizliyini tələb edir. Bu isə neft şirkətimizin Ukraynadakı infrastrukturunun və oradakı vətəndaşlarımızın təhlükəsizliyini dövlət səviyyəsində müdafiə edilməsinin ifadəsidir. Azərbaycanın sərt nota verməsi Ukrayna ərazisində intensiv raket və dron zərbələri həyata keçirən Rusiyanı Azərbaycanla bağlı məkanlara münasibətdə daha diqqətli olmağa məcbur edə bilər. Azərbaycanın bu məsələdə prinsipiallığı Rusiyanın hərəkətlərinə bir növ "yuxarı hədd" qoyur. Yəni, Rusiya anlayır ki, bu obyektlərə edilən hücumlar Bakı tərəfindən hər dəfə diplomatik böhran səviyyəsinə qaldırılacaq, bu da Moskvaya siyasi cəhətdən qətiyyən sərfəli deyil. Rusiya üçün Azərbaycanla münasibətlərin gərginləşməsi, xüsusən də cənub istiqamətindəki geosiyasi maraqları baxımından arzuolunmazdır. Buna görə də yəqin ki, bundan sonra Rusiya hərbi əməliyyatlar zamanı Azərbaycanın səbrini bir daha sınağa çəkməyəcək.
Əlbəttə, biz müharibə reallıqlarını da nəzərə almaya bilmərik. Yəni ki, Rusiyanın bu hərəkətlərə tamamilə son qoyacağını gözləmək çətindir, çünki bu, genişmiqyaslı müharibənin təbiətindən doğan texniki və strateji bir məsələdir. Lakin Azərbaycanın bu qətiyyətli diplomatiyası qarşı tərəfin məsuliyyəti artırır. Bu isə istər-istəməz Rusiyanın növbəti addımlarında daha ehtiyatlı olmasına gətirib çıxaracaq. Həm də rəsmi Bakının bu cür sərt diplomatik etirazı hüquqi zəmin yaradır, ölkəmizə dəymiş ziyanın gələcəkdə beynəlxalq arbitraj yolu ilə tələb edilməsi üçün sübut bazasını möhkəmləndirir. Eləcə də qətiyyətli siyasi-diplomatik iradə nümayişi Azərbaycanın öz infrastrukturunu və diplomatik statusunu hər hansı bir dövlətin hərbi ehtiyaclarından üstün tutduğunu bəyan edir. Odur ki, hazırkı vəziyyətdə Azərbaycanın atdığı addımlar (səfirin XİN-ə çağırılması, nota verilməsi) diplomatik alətlərin ən effektiv istifadəsidir. Beləliklə, Rusiya ilə münasibətlərdə balans qorunsa da, lakin milli maraqlarımızın müdafiəsində güzəştsiz mövqe nümayiş etdirilir. Azərbaycan öz milli maraqlarını qorumağı bacaran güclü dövlətdir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 İyul 2026 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri