Icma.az
close
up
RU
Azərbaycan Özbəkistan: Kənd təsərrüfatında strateji tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Azərbaycan Özbəkistan: Kənd təsərrüfatında strateji tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 4 avqust, AZƏRTAC

Son illər Azərbaycan və Özbəkistan arasında formalaşan siyasi və iqtisadi münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əməkdaşlıq yalnız diplomatik əlaqələr və neft-qaz sektorları ilə məhdudlaşmır, həm də kənd təsərrüfatı sahəsində ciddi dönüş yaradır. Əsas diqqət mədəni-tarixi yaxınlıq, qarşılıqlı iqtisadi maraqlar və kənd təsərrüfatı sahəsində tamamlayıcı üstünlüklərin birləşdirilməsinə yönəlib. Ölkələrimizin aqrar sahədə əməkdaşlığı həm ticarət dövriyyəsində, həm də aqrotexniki və emal sahələrində yeni imkanlar yaradır. Bu əməkdaşlıq təkcə məhsul alqı-satqısı ilə kifayətlənmir, eyni zamanda, kənd təsərrüfatının strukturlaşmasında, yeni texnologiyaların tətbiqində və elmi əlaqələrin inkişafında da özünü göstərir.

Bu fikirlər Aqrar Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Eldar Quliyevin “Azərbaycan və Özbəkistan: Kənd təsərrüfatında strateji tərəfdaşlığın yeni mərhələsi” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

İqtisadi dinamika və məhsul müxtəlifliyi

Azərbaycan ilə Özbəkistan arasında kənd təsərrüfatı məhsullarının idxal-ixrac əlaqələri son illərdə ciddi şəkildə genişlənmiş, ticarət dövriyyəsində nəzərəçarpacaq artım müşahidə olunmuşdur. Bu dinamika xüsusilə 2022–2024-cü illərdə daha qabarıq şəkildə özünü göstərmiş, təkcə ümumi dəyərin deyil, həm də məhsul çeşidlərinin və qarşılıqlı ehtiyacların daha dəqiq uyğunlaşdırılmasının əlaməti olmuşdur. Azərbaycanın Özbəkistandan idxal etdiyi məhsullar əsasən qurudulmuş meyvələr (xüsusilə üzüm və ərik), paxlalılar (ağ lobya, noxud və s.), qabıqlı qoz-fındıq, pambıq ipliyi və aqrokimyəvi vasitələrdən ibarətdir. Bu məhsullar həm yerli emal və istehsal zəncirinə daxil edilir, həm də daxili bazarın tələbatını qarşılamaq üçün istifadə olunur.

Məsələn, 2023-cü ildə qurudulmuş meyvələrin idxal dəyəri 14 milyon ABŞ dollarını keçmiş, təkcə qurudulmuş üzüm üzrə bu göstərici 8,7 milyon dollar səviyyəsində olmuşdur. Paxlalı məhsullar və yerfıstığı idxalında da əhəmiyyətli artım qeydə alınmışdır ki, bu da Özbəkistanın bu sahədəki istehsal gücü ilə Azərbaycanın daxili bazar tələbatının uyğunlaşmasını göstərir.

İxraca gəldikdə, Azərbaycan Özbəkistana əsasən alma, üzüm, nar, fındıq, badam, həmçinin kərə yağı və uşaq qidaları göndərir. 2024-cü ilin ilk aylarında alma və fındıq ixracında əhəmiyyətli artım müşahidə edilmişdir. Bu məhsullar ölkəmizin iqlim və torpaq şəraitinin təbii üstünlüklərindən qaynaqlanır.

Bununla yanaşı, aqrokimyəvi vasitələrin, - pestisidlər, herbisidlər, funqisidlər, - idxalı da sürətlə artmışdır. Bu, təsərrüfatların texnoloji təminatının yaxşılaşmasını və aqrar sahədə intensiv istehsala keçid tendensiyasını əks etdirir. Beləliklə, ticarət dövriyyəsi yalnız məhsul mübadiləsi ilə deyil, həm də texnoloji transformasiyanın sürətlənməsi ilə ölçülür.

İdxal və ixracda quru və təzə məhsulların paralel üstünlük təşkil etməsi ixtisaslaşmanın və qarşılıqlı ehtiyacların tamamlayıcılığının bariz nümunəsidir. Azərbaycanın məhsuldar torpaqları, əlverişli iqlim və mövsümi rəngarəngliyi təzə meyvə-tərəvəz istehsalını dəstəkləyir. Özbəkistan isə məhsulların emalı, qurutma və qablaşdırılması sahəsində qabaqcıl təcrübəyə malikdir. Bu iki modelin birləşməsi hər iki ölkəyə daha keyfiyyətli, dəyər əlavə olunmuş məhsullar istehsal etmək və üçüncü bazarlara çıxmaq imkanı verir.

Bu ticarət münasibətləri, sadəcə, iqtisadi alqı-satqı deyil, eyni zamanda, ixtisaslaşmanın, istehsalın dərinləşdirilməsinin və regional əmək bölgüsünün inkişafının göstəricisidir. Beləliklə, 2022-2024-cü illər üzrə statistik göstəricilərdən çıxan nəticə ondan ibarətdir ki, Azərbaycan-Özbəkistan kənd təsərrüfatı ticarəti strukturlaşmış və stratejiyönümlü əməkdaşlıq modelinə çevrilməkdədir.

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan ilə Özbəkistan arasında kənd təsərrüfatı məhsulları üzrə ticarət əlaqələri inkişafını davam etdirib. Bu dövrdə Azərbaycanın Özbəkistandan ümumi idxal həcmi 156,3 milyon ABŞ dolları, Özbəkistana ixracı isə 14 milyon ABŞ dolları təşkil edib.

Kənd təsərrüfatı və emalı məhsulları üzrə idxalda 26,3 milyon ABŞ dolları həcmində ticarət həyata keçirilib. İdxalın əsas məhsulları arasında tərkibində tütün əvəzediciləri olan və ya olmayan çəkməli digər tütün (30 faiz), qabığı təmizlənməmiş yunan qozu (18 faiz), qurudulmuş üzüm (11 faiz), quş yumurtası (7 faiz) və ağ xırdadənəli lobya (4 faiz) xüsusi yer tutub.

İxracda isə ümumi həcmi 4,5 milyon ABŞ dolları təşkil edən məhsullar arasında kərə yağı (27 faiz), uşaq yeməkləri (14 faiz), təzə alma (14 faiz), qabıqlı badam (12 faiz), qabığı təmizlənmiş meşə fındığı (5 faiz) və pambıq yağının ekstraksiyası nəticəsində alınan cecələr (4,5 faiz) üstünlük təşkil edib.

Bu göstəricilər Azərbaycan və Özbəkistan arasında kənd təsərrüfatı sahəsində ticarətin yalnız həcmi deyil, həm də məhsul çeşidlərinin zənginliyi və qarşılıqlı ixtisaslaşmanın dərinləşməsi baxımından inkişaf etdiyini təsdiqləyir.

Aqroklasterlər və birgə təşəbbüslər

Tərəflər arasında əməkdaşlığın daha bir perspektivli istiqaməti birgə aqroklasterlərin yaradılmasıdır. Bu klasterlər istehsaldan başlayaraq məhsulun emalına, qablaşdırılmasına və ixracına qədər olan zənciri vahid sistemdə birləşdirir. Azərbaycanın “Fruits Season Group” şirkəti artıq Özbəkistanda, - Namanqan və Daşkənd bölgələrində, - müasir aqroklasterlər qurmağa başlayıb. Bu nümunə iki ölkə arasında praktiki əməkdaşlığın uğurlu modelinə çevrilməkdədir.

Özbəkistan isə Azərbaycanın kooperativ təşkilatçılığı sahəsindəki təcrübəsindən yararlanaraq fermer birliklərini gücləndirməyə başlayıb. Bu sahədə qarşılıqlı təlimlər və elmi seminarlar da təşkil olunur.

Logistika və dəhlizlər - əməkdaşlığın əsas arteriyaları

Azərbaycan və Özbəkistan arasında kənd təsərrüfatı məhsullarının dövriyyəsini sürətləndirən əsas amillərdən biri də nəqliyyat infrastrukturudur. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Limanı və Orta Dəhliz layihəsi iki ölkə arasında məhsul daşınmasını sadələşdirir. Zəngəzur dəhlizinin işə düşməsi ilə isə Azərbaycan Mərkəzi Asiya ilə, Özbəkistan isə Avropa ilə daha sürətli və təhlükəsiz əlaqə qura biləcək. Bu nəqliyyat arteriyaları sayəsində kənd təsərrüfatı məhsullarının təzə və keyfiyyətli şəkildə bazarlara çatdırılması təmin olunur. Bu isə təkcə iqtisadi səmərəlilik deyil, həm də rəqabət qabiliyyətinin qorunması baxımından mühüm amildir.

Aqrar elmi və texnoloji əməkdaşlıq

İki ölkə arasında əməkdaşlıq təkcə ticarət və logistika ilə məhdudlaşmır. Aqrar təhsil və tədqiqat sahəsində də birgə layihələr inkişaf etdirilir. Universitetlərarası razılaşmalar, elmi-tədqiqat institutları arasında əməkdaşlıq, elektron platformalar üzərindən məlumat mübadiləsi və “ağıllı əkinçilik” texnologiyalarının tətbiqi diqqət mərkəzindədir. “Elektron kabinet” sistemləri, rəqəmsal monitorinq və sensor texnologiyalar fermerlər üçün daha çevik idarəetmə imkanı yaradır. Bu texnologiyalar məhsuldarlığı artırmaqla yanaşı, resursların (su, gübrə və s.) səmərəli istifadəsinə də şərait yaradır.

Türk dünyasında iqtisadi sinerji

Azərbaycan - Özbəkistan əməkdaşlığı təkcə ikitərəfli deyil, həm də Türk dünyasında iqtisadi inteqrasiyanın mühüm bir dayağı kimi dəyərləndirilir. Türk Dövlətləri Təşkilatı çərçivəsində aqrar əməkdaşlıq, innovasiya və ticarət əlaqələri yeni keyfiyyət mərhələsinə qədəm qoyur. Azərbaycanın məhsuldar torpaqları və iqlim şəraiti ilə, Özbəkistanın emal və aqrotexnoloji imkanları birləşdikdə, bu sinerji daha böyük regional gücə çevrilə bilər. Bu əməkdaşlıq, eyni zamanda, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və üçüncü ölkə bazarlarına çıxış baxımından da strateji əhəmiyyət kəsb edir.

Gələcəyə baxış və iqtisadi nəticə

Bütün bu faktlar onu göstərir ki, Azərbaycan və Özbəkistan arasında kənd təsərrüfatı əməkdaşlığı artıq strateji xarakter alıb və yalnız statistik göstəricilər deyil, həm də dərin strukturlaşma ilə müşayiət olunur. Emal müəssisələri, aqroparklar, logistika sistemləri və elmi əməkdaşlıq bu əlaqələrin dayanıqlı inkişafını təmin edir. Gələcəkdə bu model regionun digər ölkələri üçün nümunə ola bilər. Azərbaycan və Özbəkistan birlikdə Qafqaz və Mərkəzi Asiyanın aparıcı kənd təsərrüfatı və ərzaq ticarəti mərkəzinə çevrilmək gücünə malikdirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Avqust 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see158

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see154

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see125

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri