Icma.az
close
up
RU
Azərbaycan Özbəkistan əlaqələrində strateji müttəfiqlik TƏHLİL

Azərbaycan Özbəkistan əlaqələrində strateji müttəfiqlik TƏHLİL

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni reallıqlar yaradan Azərbaycan təkcə Cənubi Qafqazda deyil, o cümlədən Avrasiya məkanında mövqeyini möhkəmləndirir, beynəlxalq arenada yüksək imicə sahibdir. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə əməkdaşlığı ölkələrimizin və xalqlarımızın, eləcə də türk dünyasının inkişafında önəmli rol oynayır və müasir qlobal çağırışlar zəminində yüksələn xətlə inkişaf edir.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Azərbaycan Respublikasına dövlət səfəri iki ölkə arasında çoxəsrlik dostluq münasibətlərinin inkişafında tarixi hadisə olmaqla yanaşı, dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə öz töhfəsini verir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü keçirilib.

Əlbəttə ki, Azərbaycanın xarici siyasətində ikitərəfli və çoxtərəfli çərçivədə qarşılıqlı tərəfdaşlıq çərçivəsində qurduğu mövcud münasibətlər böyük etimada əsaslanır. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi siyasət Azərbaycanın milli maraqlarına uyğun olaraq reallaşır. Beynəlxalq aləmdə qazandığı nüfuzu və dünya dövlətləri ilə münasibətləri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və səmərəli əməkdaşlıq daha da yüksəlib. Eləcə də, iki dost ölkə – Azərbaycan və Özbəkistan arasında qarşılıqlı hörmət və etimad üzərində qurulmuş əlaqələr inkişaf edib və səmərəli əməkdaşlıq daha da yüksəlib. Dövlət başçılarının qarşılıqlı səfərləri bu əlaqələrin möhkəmlənməsində müstəsna rola malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana məlum səfəri çərçivəsində strateji əhəmiyyət daşıyan "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması dövlətlərarası fəaliyyətin möhkəmləndirilməsində yeni səhifənin açılması demək idi. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Müttəfiqlik münasibətlərinə dair müqavilə iki ölkənin imzalaya biləcəyi ali səviyyədə beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq". Azərbaycan və Özbəkistanın müttəfiq olması təkcə tarixi dostluq bağlarından deyil, həm də dövlətlərin bugünkü geostrateji mövqeyinin, sahib olduğu təbii ehtiyatların göstəricisidir.

UĞURLU ƏMƏKDAŞLIQ ÜÇÜN MÖHKƏM TƏMƏLƏ MALİK HÜQUQ-MÜQAVİLƏ BAZASI

Eyni kökə malik, ortaq tarixi, dini və mədəniyyəti bölüşən hər iki xalq arasındakı əlaqələr qədim dövrləri əhatə edir. Uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatan ənənəvi dostluq və qardaşlıq əlaqələri iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətlərinə yüksəlib. Ticari-iqtisadi münasibətlər ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərindən biridir. Özbəkistan və Azərbaycan investisiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsində müəyyən uğurlar əldə etmişdir. Hər iki ölkənin nəqliyyat-tranzit potensialı böyükdür və bu sahədə əlverişli infrastruktur yaradılıb. Mərkəzi Asiyadan Xəzər dənizinə, daha sonra Qafqaz vasitəsilə Qara dəniz və Aralıq dənizi limanlarına gedən nəqliyyat marşrutları xüsusi aktuallıq kəsb edir. Həyata keçirilən layihələr, tədbirlər nəticəsində əməkdaşlığın yeni sahələri müəyyən edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində imzalanan sənədlər gələcək əməkdaşlıqda yeni yollar açıb və uğurlu əməkdaşlıq üçün möhkəm təmələ malik hüquq-müqavilə bazasının olması əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayır. Daşkənddə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq sənədlərinin imzalanması dövlətlərarası münasibətlərin inkişafında, iqtisadi münasibətlərdə, investisiya, ticarət imkanlarının genişlənməsində mühüm əhəmiyyət kəsb etmiş oldu.
Azərbaycanın suverenliyinin bərpa olunması işində Özbəkistanın və özbək xalqının dəstəyini də qeyd etməliyik. Füzulidə Özbəkistan Prezidentinin və xalqının hədiyyəsi olan məktəbin açılışı işğaldan azad oluna Füzuliyə töhfədir. Yüksək keyfiyyətlə həyata keçirilən məktəb 960 şagird yerlikdir və üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin inşası ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın rəmzidir. Göründüyü kimi, Azərbaycan-Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun olaraq inkişafdadır. İki ölkə arasında bu vaxta qədər imzalanmış sənədlər, dövlət başçılarının qarşılıqlı səfərləri, bu səfərlər çərçivəsində aparılan müzakirələr, imzalanan sənədlər hərtərəfli və strateji tərəfdaşlığın dolğun ifadəsidir.

"İKİ MÜSTƏQİL, GÜCLÜ, SUVEREN, NÜFUZLU DÖVLƏT RƏSMİ MÜTTƏFİQ OLDU"

Tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. Özbəkistan Cənubi Qafqaz regionunda əsas tərəfdaş kimi qəbul etdiyi Azərbaycanla əməkdaşlığın dərinləşməsinə xüsusi əhəmiyyət verir. Azərbaycan-Özbəkistan münasibətləri Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda bərqərar olan sabitliyin və davamlı inkişafın təmin edilməsində də mühüm rol oynayır. İki ölkə arasında bu vaxtadək imzalanmış çoxsaylı sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. "İki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldu", - deyə Azərbaycan Prezidenti bildirib.
"Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Özbəkistan Respublikasının Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişikliyi Nazirliyi yanında Turizm Komitəsi arasında 2024-2026-cı illər üzrə turizm sahəsində Fəaliyyət Planı" "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi arasında 2024-2026-cı illər üçün mədəni-humanitar əməkdaşlıq üzrə Yol xəritəsi", "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Özbəkistan Respublikasının Məktəbəqədər və Ümumi Təhsil Nazirliyi arasında məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlıq haqqında Protokol"u, "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Özbəkistan Respublikasının Ali təhsil, Elm və İnnovasiyalar Nazirliyi arasında peşə təhsili, orta ixtisas, ali təhsil və elm sahəsində əməkdaşlıq haqqında Protokol"u, "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2024-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı" və digər sənədlər iki dövlət arasında uğurlu əməkdaşlıq üçün möhkəm təmələ malik hüquq-müqavilə bazasına təkandır.

"REGİONLARIMIZDA MÜSBƏT PROSESLƏR DAŞKƏND İLƏ BAKI ARASINDA SƏMƏRƏLİ ƏMƏKDAŞLIQDAN ASILIDIR"

Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Bu gün Öbəkistan təkcə regionda deyil, həm də dünya miqyasında yüksək siyasi nüfuza malik olan ölkəyə çevrilib.
Ticari-iqtisadi münasibətlər ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərindən biridir. Bu sahədə əməkdaşlıq azad ticarət rejimində həyata keçirilir və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Özbəkistan və Azərbaycan investisiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsində müəyyən uğurlar əldə etmişdir. Hər iki ölkənin nəqliyyat-tranzit potensialı böyükdür və bu sahədə əlverişli infrastruktur yaradılıb. Bu mənada, Mərkəzi Asiyadan Xəzər dənizinə, daha sonra Qafqaz vasitəsilə Qara dəniz və Aralıq dənizi limanlarına gedən nəqliyyat marşrutları xüsusi aktuallıq kəsb edir. Özbəkistan-Azərbaycan birgə biznes forumları, eləcə də iqtisadi sahədə həyata keçirilən digər tədbirlər sayəsində əməkdaşlığın yeni sahələri müəyyən edilmiş və bir sıra uğurlar qazanılmışdır. "Regionlarımızda müsbət proseslər Daşkənd ilə Bakı arasında səmərəli əməkdaşlıqdan asılıdır" – deyən Prezident bildirib ki, bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır. Tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.
Özbəkistan Prezidentinin Azərbaycana səfəri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsində öz sözünü deyəcəkdir. Bütün bunlar iki dövlət arasında uğurlu əməkdaşlıq üçün möhkəm təmələ malik hüquq-müqavilə bazasına təkandır.

Nəzakət ƏLƏDDİNQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 İyul 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see623

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see270

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see258

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see247

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see232

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see229

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see219

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see217

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see210

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see204

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see196

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see192

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see185

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see185

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see181

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see179

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see177

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see173

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri