Icma.az
close
up
RU
Azərbaycan Özbəkistan münasibətlərinin gücü ortaq yaddaş və dəyişməz doğmalıqdır ŞƏRH

Azərbaycan Özbəkistan münasibətlərinin gücü ortaq yaddaş və dəyişməz doğmalıqdır ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 24 avqust, AZƏRTAC

Türk dünyasının böyük öndəri Heydər Əliyevin dövlətçilik siyasətinin davamı olaraq Azərbaycan Türk dünyası ilə əlaqələrini tarixi köklər, milli-mənəvi dəyərlər və qarşılıqlı strateji maraqlar üzərində intensiv inkişaf etdirir. Özbəkistanla münasibətlər bu siyasətin mühüm və xüsusi əhəmiyyət daşıyan istiqamətlərindən biridir. Liderlərin qətiyyətli siyasi iradəsi ilə formalaşan möhkəm dialoq, qarşılıqlı etimad və çoxşaxəli əməkdaşlıq iki qardaş ölkə arasındakı münasibətləri strateji tərəfdaşlığın yüksək səviyyəsinə qaldırıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, Azərbaycan-Özbəkistan dostluğu və qardaşlığı əbədiyyətə qədər davam edəcək. Liderlərin imzası ilə ölkələrimiz arasında bağlanmış Müqavilə dostluğumuzun və qardaşlığımızın dövlət səviyyəsində rəsmi təsdiqi oldu. Prezidentlərin siyasi iradəsi ilə soy-kökü, dini, qanı və mədəniyyəti eyni olan Azərbaycanla Özbəkistan arasında tarixdən gələn doğmalıq siyasi münasibətlərdə öz əksini tapdı. Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində iki ölkə arasında imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” tarixdən gələn danılmaz həqiqəti bir daha təsdiqlədi. Bu sənəd iki ölkə arasındakı münasibətlərin mahiyyətini ifadə edən siyasi iradənin, Azərbaycanla Özbəkistanın yaxınlığını müəyyənləşdirən siyasi gündəlikdən əvvəl gələn ortaq yaddaş və dəyişməz doğmalığın göstəricisidir. Dövlətlər arasında müqavilələr imzalanır, münasibətlər hüquqi çərçivəyə salınır, lakin iki xalqın əsrlərdən gələn doğmalığının dövlət sənədində əbədiləşdirilməsi tamam başqa məna daşıyır. Azərbaycan-Özbəkistan münasibətlərinin özünəməxsusluğu da məhz bundadır.

“Prezident İlham Əliyevin Sərəncamı ilə Şavkat Mirziyoyevin “Heydər Əliyev” ordeni, qardaş ölkənin liderinin isə dövlətimizin başçısını “Dostluq” ordeni ilə təltif etməsi iki xalq arasında qurulan münasibətlərin siyasi çərçivəni aşan mənəvi bağlara söykəndiyini göstərdi. Bu qarşılıqlı ehtiram Azərbaycan və Özbəkistan xalqlarına göstərilən etimadın, bir-birinə bəslənən səmimi münasibətin və tarixdən gələn doğmalığın ifadəsi kimi yadda qaldı. Bu, tarixdən gələn, tarixə çevrilən, günümüzün siyasi iradəsi ilə möhkəmlənən və gələcəyə uzanan qardaşlıq nümunəsi kimi dünyanın diqqətini özünə cəlb etdi”, - deyə deputat vurğulayıb.

O bildirib ki, Mərkəzi Asiyada Azərbaycanın ən böyük tərəfdaşlarından biri olan Özbəkistanda həyata keçirilən layihələr iqtisadi əməkdaşlığımızın geniş miqyasını göstərdi. Liderlərin onlayn iştirakı ilə keçirilən açılış və təməlqoyma mərasimləri Azərbaycan-Özbəkistan münasibətlərinin qarşılıqlı sərmayələr və real iqtisadi nəticələrlə daha da dərinləşdiyini bir daha təsdiqlədi. İnvestisiya Fondunun üçdəbir hissəsinin artıq layihələrlə təmin olunması isə əməkdaşlığın geniş miqyasını danılmaz şəkildə təcəssüm etdirir. Bütün bunlar birlikdə milyardlarla dollar həcmində investisiya imkanlarının mövcudluğunu ortaya qoyur.

“Ümumiyyətlə, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri iki qardaş ölkənin münasibətlərində yeni siyasi mərhələnin göstəricisidir. Ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına qoşulması regionlararası əlaqələri daha da dərinləşdirir. Bakı və Daşkənd arasında artan siyasi həmrəylik isə regional sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə yeni imkanlar açır. Bu baxımdan Azərbaycan Prezidentinin Özbəkistana hazırkı dövlət səfəri qardaş ölkə liderinin də vurğuladığı kimi, mübaliğəsiz tarixi əhəmiyyət daşıdı. Səfər bir daha göstərdi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafında, Türk dünyasının vahid gücə çevrilməsində və qlobal proseslərə təsir imkanlarının genişlənməsində mühüm rol oynayır, - deyə R.Mahmudov bildirib.

Deputat sonda qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiyada və Türk dünyasında, bütövlükdə qlobal düzəndə artan strateji rolu Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin beynəlxalq nüfuzunun və ona göstərilən yüksək ehtiramın ifadəsidir. İnkişaf, tərəqqi və sülh lideri olaraq Prezident İlham Əliyev Özbəkistanda olduğu kimi dünyanın müxtəlif ölkələrində də böyük hörmət və ehtiramla qarşılanır. Dövlətimizin başçısının liderliyi Azərbaycanın qlobal proseslərdə söz və təsir imkanlarını daha da genişləndirir. Bütün bu uğurlar qüdrətli Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə və daha da güclənməsinə xidmət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Avqust 2026 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri