Icma.az
close
up
RU
Azərbaycan Özbəkistan münasibətlərinin tarixi kökləri

Azərbaycan Özbəkistan münasibətlərinin tarixi kökləri

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezidenti İlham Əliyev: “Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır”

Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlər bu gün təkcə ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq regional geosiyasi arxitekturanın mühüm dayaqlarından birinə çevrilib. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə vurğuladığı kimi, əlaqələr “ən yüksək – müttəfiqlik səviyyəsinə” yüksəlib və hazırkı inkişaf dinamikası tarixi mərhələ kimi dəyərləndirilə bilər. Bu münasibətlərin möhkəmlənməsində iki lider – Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış şəxsi etimad, dostluq, siyasi iradə və strateji baxış birliyi həlledici rol oynayır. Müsahibədə səslənən fikirlər həm ikitərəfli münasibətlərin dərinliyini, həm də regionda yeni tərəfdaşlıq modelinin formalaşdığını göstərir.

Azərbaycan və Özbəkistan eyni sivilizasiya – türk mənəvi-mədəni dünyasının üzvləridir. Tarixi, dil, mədəniyyət və mentalitet yaxınlığı iki ölkənin müasir dövlətlərarası münasibətlərinin təməlində duran mühüm faktordur. XX əsrdə SSRİ daxilində yaranan qarşılıqlı münasibətlər, türkdilli xalqlar arasında qardaşlıq ənənələrinin qorunması, 1991-ci ildə dövlət müstəqilliklərinin bərpasından sonra diplomatik əlaqələrin sürətlə qurulması ölkələrimizi daha da yaxınlaşdırdı.

Bu gün Azərbaycan və Özbəkistan münasibətləri artıq təkcə tarixi və mədəni bağlarla deyil, həm də geosiyasi, iqtisadi, nəqliyyat-kommunikasiya və təhlükəsizlik platformalarında bir-birini tamamlayan strateji tərəfdaşlığa əsaslanır. Prezident İlham Əliyev müsahibəsində xüsusi olaraq vurğulayır ki, ikitərəfli münasibətlərin yüksək səviyyəyə çatmasında Prezident Şavkat Mirziyoyevlə şəxsi dostluq və etimad əlaqələri böyük rol oynayır. Bu amilin əhəmiyyəti çoxşaxəlidir. Şəxsi etimad liderlərə strateji məsələlərdə çevik və effektiv koordinasiya qurmağa imkan yaradır. Bir il yarım ərzində beş səfərin baş tutması iki ölkə arasında siyasi dinamikanın nə qədər intensiv olduğunu göstərir. Transxəzər nəqliyyat dəhlizi, enerji əməkdaşlığı, sənaye kopperasiyası kimi layihələr liderlərin siyasi iradəsi olmadan bu sürətlə reallaşa bilməzdi. Özbəkistanın Füzulidə məktəb inşa etməsi iki ölkə arasındakı qardaşlıq bağının real təzahürüdür.

Müsahibədə göstərilir ki, Azərbaycan və Özbəkistan prezidentlərinin dövlət səfərləri çərçivəsində onlarla mühüm sənəd imzalanıb. Bunların arasında xüsusilə Strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında Bəyannamə strateji əhəmiyyət daşıyır. Bu sənəd ikitərəfli əlaqələrin bütün sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsini nəzərdə tutur. Müttəfiqlik münasibətləri haqqında Müqavilə sənədi isə Azərbaycan və Özbəkistan əlaqələrini artıq sadəcə dostluq və əməkdaşlıq çərçivəsindən çıxararaq tam hüquqlu müttəfiqlik modelinə yüksəldir. 2025–2029-cu illər üçün “Yol Xəritəsi” isə gələcək beş il üçün siyasi dialoq, iqtisadi inteqrasiya, nəqliyyat dəhlizləri, enerji, təhlükəsizlik, mədəni-humanitar bağlıq kimi sahələrdə konkret fəaliyyət planını müəyyənləşdirir. Bu sənədlərin imzalanması qısa müddətdə görülən işlərin miqyasını və liderlərin siyasi iradəsini nümayiş etdirir.

Son illər Şavkat Mirziyoyevin regional kursu Mərkəzi Asiyada yeni inteqrasiya mərhələsini açıb. Azərbaycanın regional siyasəti isə Cənubi Qafqazda sülh, əməkdaşlıq və inkişaf fəlsəfəsinə dayanır. Bu iki siyasi kursun kəsişməsi Azərbaycan–Özbəkistan müttəfiqliyini daha da gücləndirir. Bunun siyasi nəticələri Mərkəzi Asiya və Cənubi Qafqaz arasında yeni əməkdaşlıq körpüsünün yaranması, Türk Dövlətləri Təşkilatında birliyin daha da güclənməsi, Avrasiya məkanında sabitlik və təhlükəsizlik formatının formalaşmasıdır.

 Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlər bu gün yalnız siyasət və diplomatiya müstəvisində deyil, iqtisadiyyatın praktiki bütün sahələrində genişlənən strateji əməkdaşlıq modeli kimi xüsusi əhəmiyyət daşıyır. İki qardaş ölkə arasında çoxşaxəli iqtisadi inteqrasiya prosesinin əsasında həm tarixi-mədəni yaxınlıq, həm də liderlərin formalaşdırdığı güclü siyasi iradə dayanır. Prezident İlham Əliyevin müsahibədə vurğuladığı kimi, Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır: “Bunun üçün güclü siyasi iradə və əhəmiyyətli potensial mövcuddur. Bu günədək iqtisadi münasibətlərimizin daha da inkişafı üçün etibarlı hüquqi baza yaradan təxminən 200 sənəd imzalanıb. Azərbaycan hər iki tərəfin maraqlarına uyğun olan və xalqlarımız arasında dostluğun, tərəfdaşlığın möhkəmlənməsinə töhfə verən qarşılıqlı faydalı əməkdaşlığı bundan sonra da dəstəkləyəcək”. Azərbaycan üçün Özbəkistan böyük sənaye potensialına malik Mərkəzi Asiyanın aparıcı dövləti, türk dünyasının iqtisadi dayaqlarından biri, nəqliyyat-kommunikasiya baxımından strateji mövqedə yerləşən tərəfdaş, kimi qiymətləndirilir. Buna görə də Bakı ilə Daşkənd arasında iqtisadi əlaqələrin genişləndirilməsi ümumi regional iqtisadi sistemin güclənməsinə xidmət edir. Azərbaycanın siyasi elitası iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsini yalnız ticarət münasibətləri kimi deyil, uzunmüddətli strateji əməkdaşlıq paketi kimi dəyərləndirir. Bu mövqe həm dövlət səviyyəsində siyasi iradənin güclü olduğunu, həm də iki ölkənin inkişaf strategiyalarının bir-birini tamamladığını göstərir. İqtisadi əməkdaşlığın genişlənməsi təsadüfi proses deyil, iki ölkə rəhbərlərinin mütəmadi səfərləri, strateji sənədlərin imzalanması və birgə komissiyaların aktiv fəaliyyəti nəticəsində formalaşmış sistemli siyasətin nəticəsidir.

Azərbaycan–Özbəkistan münasibətlərində növbəti dövrdə yeni istiqamətlərin inkişafı gözlənilir. Birgə texnoparklar, IT mərkəzləri və startap layihələrinin həyata kemirlməsi, müttəfiqlik modelinin hərbi komponentinin gücləndirilməsi mümkündür. Xəzər regionunda alternativ enerji layihələrinin birgə inkişafı önımlidir. Birgə mədəniyyət festivalları, təhsil proqramları və media layihələrinin icrası də mühüm əhəmiyyət kəsb edir. 

Prezident İlham Əliyevin UzA-ya müsahibəsində ifadə etdiyi fikirlər Azərbaycan–Özbəkistan münasibətlərinin mövcud səviyyəsini tam əhatə edir: bu münasibətlər tarixi qardaşlıqdan strateji müttəfiqliyə yüksəlmiş, liderlər arasında şəxsi dostluq isə yeni geosiyasi reallıqların formalaşmasında həlledici rol oynamışdır. Bu gün Azərbaycan və Özbəkistan eyni dəyərləri bölüşən, eyni regional hədəfləri olan, siyasi, iqtisadi və mədəni sahələrdə bir-birini tamamlayan, gələcəyə birlikdə addımlayan iki qardaş dövlətdir. Görülən işlər, imzalanan müqavilələr, dinamik diplomatik təmaslar bu tərəfdaşlığın daha da möhkəmlənəcəyini və regionda sabitlik, təhlükəsizlik, inkişaf üçün vacib rol oynayacağını təsdiqləyir.

Nəbi Ağayev
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun 
PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 Noyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri