Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Azərbaycan Özbəkistan strateji müttəfiqliyi yeni mərhələdə

Azərbaycan Özbəkistan strateji müttəfiqliyi yeni mərhələdə

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İradə Rizazadə

Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi geniş və çoxşaxəli müsahibə iki qardaş ölkə arasında münasibətlərin hazırkı mərhələsini, strateji əməkdaşlığın əsas istiqamətlərini, regional və qlobal miqyasda qarşılıqlı əlaqələrin inkişaf dinamikasını əhatə edən mühüm siyasi sənəd xarakteri daşıyır. Müsahibə Mərkəzi Asiya-Cənubi Qafqaz xəttində formalaşan yeni geosiyasi reallıqların, Türk dünyasında inteqrasiyanın dərinləşməsinin, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə çoxsəviyyəli tərəfdaşlığın strateji əsaslarını açıq şəkildə ifadə edir.

Prezident cənab İlham Əliyevin fikirlərində Azərbaycan-Özbəkistan münasibətlərinin tarixi kökləri, qarşılıqlı etimadın mühüm rolu, dövlət başçıları arasında şəxsi dostluq münasibətlərinin yaratdığı əlavə sinerji xüsusi yer tutur. Prezident cənab İlham Əliyev müsahibəsində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin təkcə coğrafi və mədəni yaxınlığı deyil, həm də ortaq strateji məkan kimi birləşdiyini vurğulayır. Xəzər dənizinin fiziki sərhəddən daha çox birlik və əməkdaşlıq rəmzi kimi təsvir olunması bu regionun təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlıq baxımından vahid platforma kimi formalaşdığını göstərir.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə dəvət olunması, bu formatda artıq üçüncü dəfə iştirak etməsi ölkəmizin regionun strateji siyasi arxitekturasında mühüm aktora çevrildiyini təsdiqləyir. Məsələnin siyasi mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Mərkəzi Asiya ilə yeni inteqrasiya xəttinin körpüsü rolunu oynayır və bu, Xəzər hövzəsi üzrə əməkdaşlığı daha səmərəli edir. Prezident cənab İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya ölkələrini birləşdirən dəyərlər sisteminin ortaq tarixi yaddaş, mədəniyyət, dil və dini yaxınlıqdan ibarət olduğunu vurğulayır. Xüsusən Azərbaycan-Özbəkistan münasibətlərində əsrlərdən gələn qardaşlıq ənənəsinin müasir dövrdə dövlət siyasətinin əsas elementlərindən birinə çevrilməsi bu əməkdaşlığın möhkəm təməl üzərində dayandığını sübut edir.

Dövlət başçısının qeyd etdiyi kimi, son illərdə iki ölkə liderlərinin qarşılıqlı səfərləri və yüksək səviyyəli təmasların intensivliyi münasibətlərin dinamizmini göstərir: son üç ildə Mərkəzi Asiya ölkələri tərəfindən Azərbaycana təxminən 30 səfər, Prezident cənab İlham Əliyevin isə region ölkələrinə 13 səfəri baş tutub. Bu göstəricilər siyasi dialoq və qarşılıqlı etimadın yüksək səviyyəsini təsdiq edir.

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər bu gün ən yüksək – müttəfiqlik səviyyəsinə çatıb. Prezident cənab İlham Əliyev Şavkat Mirziyoyevlə arasında mövcud olan şəxsi dostluq və etimad münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına güclü təsir göstərdiyini xüsusi vurğulayır. Bu faktor dövlətlərarası münasibətlərin keyfiyyətinə birbaşa təsir edən mühüm strateji üstünlükdür.

Son bir il yarım ərzində dövlət başçılarının qarşılıqlı beş səfərinin keçirilməsi, Strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında Bəyannamənin və Müttəfiqlik münasibətləri haqqında Müqavilənin, habelə 2025–2029-cu illər üçün “Yol xəritəsi”nin imzalanması münasibətlərin institusional və hüquqi çərçivəsini daha da gücləndirib.

Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünü daima dəstəkləməsi iki ölkə arasında qardaşlıq və siyasi həmrəyliyin təzahürüdür. Xüsusən azad olunmuş Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin inşası Özbəkistanın Qarabağın bərpasına verdiyi simvolik və strateji töhfə kimi qiymətləndirilir. Prezident cənab İlham Əliyevin sözlərinə görə, bu təşəbbüs ilk olaraq məhz Özbəkistan tərəfindən irəli sürülüb və Azərbaycanda dərin minnətdarlıqla qarşılanır. Bu jest ölkələrimiz arasında sarsılmaz qardaşlığın və humanitar həmrəyliyin bariz nümunəsi kimi tarixə düşür.

Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləri olaraq türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasına mühüm töhfə verirlər. Bundan əlavə, BMT, Qoşulmama Hərəkatı, İƏT, ECO və digər təşkilatlar çərçivəsində ortaq mövqelər ölkələrimiz arasında qarşılıqlı etimadın yüksək səviyyəsini nümayiş etdirir.

Bu müstəvidə əməkdaşlıq yalnız regional deyil, eyni zamanda qlobal təhlükəsizlik, multilateral diplomatiya və beynəlxalq əməkdaşlıq baxımından strateji əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyevin müsahibəsində iqtisadi-ticari əlaqələrin son illərdə ciddi artım nümayiş etdirdiyi xüsusi vurğulanır.

2023-cü ildə yaradılan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti regiondaxili və üçüncü ölkələrdə birgə sərmayə layihələri üçün mühüm platformaya çevrilib. Xankəndidə açılmış birgə tikiş fabrikinin fəaliyyəti isə dostluq münasibətlərinin praktiki təzahürü, iqtisadi əməkdaşlığın real nəticəsidir. Orta Dəhliz Azərbaycan-Özbəkistan əməkdaşlığının mühüm komponentidir. 2024-cü ildə ölkələr arasında tranzit daşımaların həcmi 18 faiz artaraq 1,3 milyon tonu keçib. Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı və genişlənən ticarət donanması Azərbaycanın regionun əsas tranzit qovşağına çevrilməsini təmin edir. Zəngəzur dəhlizinin açılması isə bütün Mərkəzi Asiya ölkələri üçün yeni iqtisadi və nəqliyyat imkanları yaradacaq strateji layihə kimi dəyərləndirilir. Enerji sektorunda əməkdaşlıq həm ənənəvi neft-qaz sahələrini, həm də bərpaolunan enerji istiqamətlərini əhatə edir. SOCAR-ın Özbəkistana ixrac fəaliyyəti, eləcə də “Neftegaztexnologiya” birgə müəssisəsinin işi enerji sahəsində praktiki əməkdaşlığın davamlılığını göstərir.

2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin inteqrasiyasına dair imzalanan sənədlər region üzrə yaşıl enerji diplomatiyasının yeni mərhələsidir. Mədəniyyət, elm, təhsil, regionlararası əlaqələr və humanitar platformalarda əməkdaşlıq iki ölkə arasında dostluğun cəmiyyət səviyyəsində möhkəmlənməsinə xidmət edir. 2023 və 2024-cü illərdə keçirilən Mədəniyyət və Elm Günləri, Şuşa və Xivə şəhərlərində təşkil olunan tədbirlər xalqlar arasında yaxınlığı daha da artırır.

Daşkənddə Heydər Əliyev meydanının olması və Bakıda "Özbəkistan" parkının salınması dövlətlərarası dostluğun rəmzidir.  Media forumları, QHT platformaları və iki ölkənin futbol üzrə U-20 dünya çempionatına birgə ev sahibliyi etməsi humanitar əlaqələrin gücləndirilməsi baxımından mühüm rol oynayır. Bu tədbirlər bir tərəfdən peşəkar əməkdaşlıq imkanlarını genişləndirir, digər tərəfdən isə ölkələr arasında qarşılıqlı etimadı daha da möhkəmləndirir. Prezident cənab İlham Əliyevin UzA-ya müsahibəsi Azərbaycan-Özbəkistan münasibətlərinin strateji mahiyyətini, regional proseslərdə iki ölkənin artan rolunu və qarşılıqlı əməkdaşlığın çoxşaxəli istiqamətlərini əhatə edən mühüm siyasi sənəddir. Müsahibədə ifadə olunan fikirlər dövlətlərimiz arasında əlaqələrin yeni mərhələyə yüksəldiyini, qarşılıqlı etimadın, qardaşlığın və dostluğun real nəticələrə çevrildiyini sübut edir.

Azərbaycan və Özbəkistanın müttəfiqlik münasibətləri regionda sülhün, sabitliyin, iqtisadi inkişafın və inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir. İki ölkə arasında formalaşan strateji əməkdaşlıq modeli həm Türk dünyasında, həm də daha geniş coğrafiyada yeni tərəfdaşlıq arxitekturasının nümunəsi kimi çıxış edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Noyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see443

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see425

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see407

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see277

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see273

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see262

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see257

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see244

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see237

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see227

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see218

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see213

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see199

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see195

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see189

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see189

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see188

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see183

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see165

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri