Icma.az
close
up
RU
Azərbaycan Özbəkistan strateji tərəfdaşlığı yeni mərhələdə

Azərbaycan Özbəkistan strateji tərəfdaşlığı yeni mərhələdə

Dogru.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin diplomatik münasibətlərin 30-cu ildönümündə Azərbaycana dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu səfər təkcə siyasi və diplomatik əhəmiyyət daşımır, eyni zamanda, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və institusional çərçivədə möhkəmləndirilməsi baxımından ciddi irəliləyişlərə zəmin yaradır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova bildirib. Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında uzunmüddətli Azad Ticarət Sazişi və MDB çərçivəsində çoxtərəfli azad ticarət rejimindəki fəal iştirak bu iki ölkənin güclü və ardıcıl artan iqtisadi münasibətlərinin əsasını təşkil edir. 2024-cü ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 252 milyon dolları ötərək əvvəlki illə müqayisədə 41 faiz artıb. Azərbaycan Özbəkistana 211,7 milyon dollar dəyərində məhsul ixrac edib (60,8 faiz artım), Özbəkistandan isə 40,3 milyon dollar dəyərində idxal həyata keçirib (16,8 faiz azalma).

Son beş ildə Özbəkistanın Azərbaycana ixracı əhəmiyyətli dərəcədə artaraq 2018-ci ildəki 32 milyon dollardan 2023-cü ildə 147 milyon dollara çatıb ki, bu da illik orta hesabla 35,6 faiz artım deməkdir. Eyni dövrdə Azərbaycanın Özbəkistana ixracı 9,7 milyon dollardan 100 milyon dollara yüksələrək illik orta hesabla 59,5 faiz artım nümayiş etdirib. İqtisadi əməkdaşlığın dərinləşməsi təkcə ticarət artımı ilə məhdudlaşmır – bu prosesə Azərbaycan–Özbəkistan İnvestisiya Fondu kimi birgə investisiya mexanizmləri, avtomobil istehsalı, enerji və aqrosənaye klasterləri üzrə birgə layihələr də əlavə olunur. Bu istiqamətlər üzrə inkişaf iki ölkə arasında çoxşaxəli iqtisadi inteqrasiyanın möhkəmləndiyini göstərir.

V.Cəfərova qeyd edib ki, 2024-cü ildə 13 min 965 nəfər Azərbaycan vətəndaşı Özbəkistana səfər edib, 46 min 391 nəfər Özbəkistan vətəndaşı isə Azərbaycana gəlib ki, bu da xalqlararası əlaqələrin və ikitərəfli münasibətlərin güclənməsini əks etdirir. 2025-ci ilin yalnız birinci rübündə 3 min 95 azərbaycanlı Özbəkistana, 9 min 222 özbək isə Azərbaycana səfər edib. Bu göstəricilər qarşılıqlı mobilliyin və humanitar əlaqələrin müsbət trayektoriyasının qorunduğunu bildirir.

Ticarət dövriyyəsi ilə bağlı qarşıya qoyulan 1 milyard dollarlıq hədəf əlaqələrin davamlı inkişaf etdiyini göstərir. Bu məqsədlə imzalanan 2024–2025-ci illəri əhatə edən Praktiki Fəaliyyət Planı qarşılıqlı iqtisadi fəaliyyətin konkret sahələr üzrə genişləndirilməsinə yönəlib. Eyni zamanda, Ali Dövlətlərarası Şuranın təsisi və strateji tərəfdaşlıq üzrə Yol xəritələri münasibətlərin siyasi-hüquqi çərçivəsini gücləndirərək onları davamlı və proqnozlaşdırılan edir.

Özbəkistanın Füzuli rayonunda məktəb tikintisinə verdiyi dəstək bu əməkdaşlığın yalnız iqtisadi deyil, həm də humanitar və simvolik məzmun daşıdığını göstərir, Qarabağın yenidən qurulmasında regional həmrəyliyi əks etdirir. Azərbaycanın və Özbəkistanın TDT, MDB və BRICS+ kimi platformalarda artan koordinasiyası isə onların regional və qlobal miqyasda ortaq iqtisadi və siyasi gündəmlər formalaşdırmaq niyyətini təsdiqləyir.

İİTKM-in şöbə müdirinin sözlərinə görə, Özbəkistan iqtisadiyyatı 2024-cü ildə güclü və çoxşaxəli artım tempini qoruyaraq ÜDM həcmini 115 milyard dollara çatdırıb və bu, əvvəlki illə müqayisədə 6,8 faiz artım deməkdir. Sərmayə fəaliyyətində də nəzərəçarpan canlanma müşahidə olunub: “Əsas kapitala yönələn investisiyalar 27,6 faiz artaraq 39 milyard dollara çatıb ki, bu da ölkədə infrastruktur və sənaye sahələrində güclü inkişaf impulsunun davam etdiyini göstərir. Xarici birbaşa investisiyaların ümumi həcmi 11,9 milyard dollara çatıb və bu məbləğin 2,3 milyard dolları Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərdən daxil olub. Bu tendensiyalar Özbəkistanın xarici investorlar üçün cəlbediciliyinin artdığını, regional əməkdaşlığın isə real iqtisadi nəticələr verdiyini nümayiş etdirir”.

Beləliklə, bu səfər yalnız diplomatik mərasim deyil, iqtisadi reallıqlar üzərində qurulmuş, institusional dayanıqlığa əsaslanan və strateji baxışla irəliləyən bir tərəfdaşlıq modelinin əsasını qoyur. Azərbaycan və Özbəkistan arasında formalaşan bu yeni format Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında inteqrasiya və qarşılıqlı asılılığın dərinləşməsi baxımından regional geoiqtisadi strukturun yenidən qurulmasına töhfə verə bilər.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://dogru.az
archiveBu xəbər 03 İyul 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri