Icma.az
close
up
RU
Azərbaycan Özbəkistan Türkmənistan: siyasi həmrəylik, qarşılıqlı dəstək və uğurlu əməkdaşlıq perspektivləri

Azərbaycan Özbəkistan Türkmənistan: siyasi həmrəylik, qarşılıqlı dəstək və uğurlu əməkdaşlıq perspektivləri

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avqustun 22-də Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri bütövlükdə region üçün mühüm tarixi hadisə olub. Bu səfər çərçivəsində Avaza şəhərində keçirilən görüşlər bir daha təsdiqləyir ki, Azərbaycan və Türkmənistanı birləşdirən dostluq və qardaşlıq əlaqələri daha da möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.Siyasi, iqtisadi və humanitar sahələrdə hər iki ölkənin mövqeləri üst-üstə düşür. Ötən ay Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər edib, həm Bakıda, həm də Qarabağ bölgəsində görüşlər keçirilib və mühüm məsələlər müzakirə olunub. Həmin görüşlərdə tərəflərin baxışlarının tam uyğunluğu gələcək əməkdaşlıq üçün strateji təməl formalaşdırıb. Bu da onu göstərir ki, iki qardaş ölkə bundan sonra da sürətlə irəliləyəcək, bütün məsələləri dostluq və qardaşlıq ruhunda həll edəcək.Bu gün Azərbaycan və Türkmənistan arasında münasibətlərin inkişafı sadəcə ikitərəfli əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır, regional və beynəlxalq müstəvidə də əhəmiyyətli nəticələr doğurur. İki ölkənin siyasi liderlərinin qarşılıqlı səfərləri və yüksək səviyyəli görüşləri, imzalanan sənədlər və konkret layihələr tərəflərin gələcəyə baxışlarının nə qədər yaxın olduğunu bir daha sübut edir. Ən əsası isə bu əməkdaşlıq xalqlar arasında qarşılıqlı etimad, hörmət və qardaşlıq prinsiplərinə əsaslandığından uzunmüddətli və davamlı xarakter daşıyır.Azərbaycan və Türkmənistan yalnız enerji və nəqliyyat sahələrində deyil, həm də elm, təhsil, mədəniyyət və humanitar əməkdaşlıq sahələrində mühüm təşəbbüslər irəli sürürlər. Bu təşəbbüslər xalqlarımız arasında daha sıx inteqrasiyaya şərait yaradır, eyni zamanda bölgədə sabitlik və rifahın möhkəmlənməsinə xidmət edir. Gələcək illərdə həyata keçiriləcək birgə layihələr isə regionun geosiyasi və iqtisadi çəkisini artırmaqla yanaşı, Azərbaycan–Türkmənistan tərəfdaşlığını da yeni mərhələyə yüksəldəcək.

Avaza şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən yüksək səviyyəli Zirvə görüşü bölgənin siyasi tarixində əlamətdar hadisə kimi mühüm önəm kəsb edir. Artıq üçtərəfli əməkdaşlıq formatının yaradılması barədə müvafiq göstərişlər verilib. Bu format gələcəkdə konkret sahələr üzrə layihələrin müzakirəsini, onların icrasını və nəticə yönümlü əməkdaşlığı təmin edəcək.
Görüş çərçivəsində imzalanan sənədlər geniş spektri əhatə edir. Burada nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi, logistika infrastrukturunun gücləndirilməsi, elektroenergetika və enerji layihələrinin icrası, neft-qaz əməkdaşlığının dərinləşdirilməsi, eləcə də mədəni-humanitar əlaqələrin inkişafı xüsusi yer tutur. Bu istiqamətlər həm iqtisadi maraqların təmin edilməsinə xidmət edir, həm də ölkələr arasında qarşılıqlı etimadı artıran siyasi, sosial və mədəni əməkdaşlığı gücləndirir. Avaza görüşü bütün bölgənin inkişafına, inteqrasiyasına və uzunmüddətli sabitliyinə xidmət edən yeni əməkdaşlıq modelidir. Bu model gələcəkdə daha geniş regional əməkdaşlıq mexanizminin əsasını formalaşdırmaq gücündədir. Burada diqqət çəkən məqamlarından biri də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma prosesinə qardaş dövlətlərin verdiyi dəstəyin nümayiş olunması idi. Bu dəstək təkcə siyasi və mənəvi deyil, həm də real və praktiki əhəmiyyət daşıyır.
Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərində bu ölkə tərəfindən məscid inşa ediləcəyini elan edib. Bu məscid yalnız dini-mənəvi dəyərlərin bərpasına deyil, həm də Azərbaycan və Türkmənistan xalqları arasındakı qardaşlıq əlaqələrinin daha da güclənməsinə xidmət edəcək. Artıq məscidin memarlıq layihəsi hazırdır və yaxın gələcəkdə onun təməli qoyulacaq. Bu layihə türkmən xalqının və liderinin xalqımıza verdiyi mənəvi dəstəyin bariz nümunəsi hesab olunur.
Özbəkistanın Qarabağ bölgəsinə dəstəyi isə həm təhsil, həm də iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. Xankəndidə fəaliyyət göstərən iri tikiş fabriki sosial-iqtisadi cəhətdən böyük töhfədir. Bununla yanaşı, Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik məktəb də istifadəyə verilib. Bu təhsil ocağı yüzlərlə gənc qarabağlıya yeni üfüqlər açmaqla yanaşı, Azərbaycan-Özbəkistan qardaşlığının əyani təzahürünə çevrilib. Belə təşəbbüslər göstərir ki, Türkmənistan və Özbəkistan Azərbaycanın dirçələn Qarabağ bölgəsinə təkcə sözlə deyil, əməldə dəstək verirlər. Bu həm də üç ölkə arasındakı münasibətlərin konkret nəticələr əsasında möhkəmləndiyini sübut edir.
Avaza şəhərində keçirilən Zirvə görüşü bir daha təsdiqləyir ki, Azərbaycan, Türkmənistan və Özbəkistan arasındakı münasibətlər regional təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət edən strateji əməkdaşlıq modelinə çevrilməkdədir. Bu, bölgəmizdə sülh və tərəfdaşlığa yönəlmiş yeni əməkdaşlıq formatıdır və gələcəkdə geniş perspektivlər açacaq.
Üç ölkə arasında imzalanan sənədlər və səsləndirilən mesajlar göstərir ki, tərəflər yalnız iqtisadi əməkdaşlığa deyil, həm də siyasi həmrəyliyə, qarşılıqlı dəstəyə və birgə inkişaf strategiyasına böyük önəm verirlər. Bu, regionun nəqliyyat və enerji marşrutlarının təhlükəsizliyini təmin etməklə yanaşı, ortaq mədəni və tarixi dəyərlərə əsaslanan inteqrasiya prosesini daha da sürətləndirəcək.
Beləliklə, qardaş dövlətlərin mövqelərinin yaxınlığı, həyata keçirdikləri layihələr və işğaldan azad olunmuş ərazilərə verdikləri dəstək gələcəkdə regional sabitlik və inkişaf üçün etibarlı zəmin formalaşdırır.

Mahir Süleymanlı
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Avqust 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri