Icma.az
close
up
RU
Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % az olması iki əhəmiyyətli bazar üzrə müşahidə edilən geriləmə dinamikası ilə bağlıdır.

Bunu "Report"a açıqlamasında Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bildirib.

O, ilk öncə xatırladıb ki, post-pandemiya dövründə Azərbaycana səfər edən turistlərin sayı hər il orta hesabla 49,1 % artaraq 2024-cü ildə 2,6 milyon nəfərə çatıb: "Turist coğrafiyasının şaxələndirilməsi üzrə siyasət nəticəsində ötən il adambaşına turist xərcləmələrində 2019-cu ilə müqayisədə təxminən 75 % artım qeyd alınıb. Həmçinin gəlmə turizmi tam bərpa olunmasa da, bu istiqamətdə gəlirlər 2024-cü ildə 3,4 milyard manata çatıb ki, bu da 2019-cu ilə nisbətən 14,4 % çoxdur. Bu artımlar öz növbəsində pandemiyadan sonra turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti sahəsində hər il orta hesabla 28,9 % böyüməni şərtləndirib. Nəticədə turizm sahəsində 2024-cü ildə ÜDM istehsalı 2019-cu illə müqayisədə 13,5 % çox olub. Ümumilikdə müstəqillik tarixində ilk dəfə 2024-cü ildə turizm sektorunun iqtisadiyyatda payı 4,7 %-ə yüksəlib".

K.Quluzadənin sözlərinə görə, qlobal və regional geosiyasi amillərin təsiri ilə 2025-ci ilin ötən 10 ayında Azərbaycana səfərlərdə 1,7 % və yaxud 38 min nəfər azalma qeydə alınıb: "Buna əsas səbəb iki əhəmiyyətli bazar üzrə müşahidə edilən geriləmə dinamikasıdır. 2024-cü ildə Azərbaycanın turizm sektoru üzrə Rusiya birinci, Hindistan isə üçüncü ən böyük turizm bazarı olub. Ötən ilin dekabr ayından sonra Rusiyadan hava nəqliyyatı ilə sərnişindaşıma fəaliyyətinin coğrafiyası kiçilib və intensivliyi azalıb. Belə ki, 2024-cü ilin ilk on ayında Rusiyanın 27 hava limanından Azərbaycana 6 600-dən çox uçuş həyata keçirildiyi halda cari ildə 17 hava limanından cəmi 4 500 uçuş həyata keçirilib ki, bu da uçuş coğrafiyasının 37 %, uçuş sayının isə 32 % azalması deməkdir. Bu isə bu ilin 10 ayında Rusiya vətəndaşlarının sayının 2024-cü ilin eyni dövrü ilə müqayisədə 100 min nəfər və yaxud 15,9 % azalması ilə nəticələnib".

Bundan başqa, turizm rəsmisi qeyd edib ki, 2025-ci ilin may ayında baş verən Hindistan-Pakistan münaqişəsindən sonra iyun ayından başlayaraq Hindistan bazarında kəskin geriləmə müşahidə olunub: "Belə ki, iyun-oktyabr ayında Hindistandan turist səfərlərinin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfədən çox azalıb. Nəticədə cari ilin yanvar-oktyabr aylarının ümumi statistikasında ölkəmizə səfər edən Hindistan vətəndaşlarının sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 59,1 min nəfər və yaxud 29,3 % azalıb".

"Ümumilikdə isə müqayisə dövründə bu iki bazar üzrə gəlmə sayında 159,1 min nəfər azalma olub. Digər turizm bazarları üzrə artımlar Rusiya və Hindistandan səfərlərdə müşahidə edilən azalmanın 75,5 %-i kompensasiya edib. Belə ki, cari ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Şimal-Şərqi Asiya ölkələrindən gələnlərin sayında 40 %, Mərkəzi Asiya ölkələrindən səfər edənlərin sayında 22 %, Qərbi Avropa ölkələrindən gələnlərin sayında isə 9 % artım, o cümlədən İsrail vətəndaşlarının sayında 2 dəfə, Çin vətəndaşlarının sayında 1.5 dəfə, Qazaxıstan vətəndaşlarının sayında 19 %, Özbəkistan vətəndaşlarının sayında isə 36 % artım qeydə alınıb", - deyə K.Quluzadə vurğulayıb.

Bundan başqa, onun sözlərinə görə, daxili turizmin inkişafı və iaşə xidmətləri sahəsində böyümənin təsiri ilə 2025-ci ilin yanvar-oktyabr aylarında turistlərin yerləşdirilməsi və iaşə fəaliyyətində ÜDM istehsalı 9,2 % artıb, o cümlədən bu fəaliyyət sahəsində muzdla çalışanların sayında 10,5 min nəfər və yaxud 19,1 % artım qeydə alınıb: "Bundan başqa hesabat ilinin ilk doqquz ayında turizm xidmətləri üzrə 534 milyon ABŞ dolları məbləğində müsbət saldo yaranıb".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Dekabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri