Icma.az
close
up
RU
Azərbaycan Pakistanla əlaqələrin daha da dərinləşməsində maraqlıdır ANALİZ

Azərbaycan Pakistanla əlaqələrin daha da dərinləşməsində maraqlıdır ANALİZ

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji əməkdaşlıq uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Uzun illər boyu bu münasibətlər siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə, parlamentlər səviyyəsində inkişaf edərək daha da dərinləşib.

Eyni zamanda Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir, ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inama və etimada əsaslanan yüksəksəviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına böyük təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Xüsusilə 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi zamanı Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olduğunu göstərdi. Müharibə dövründə Pakistan rəsmiləri Azərbaycanın haqq işini açıq şəkildə müdafiə edərək, Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pislədilər. Bununla yanaşı, Pakistanın siyasi rəhbərliyi müharibədən sonra da Azərbaycana dəstəyini davam etdirib, azad olunmuş ərazilərin yenidən qurulması prosesinə töhfə vermək niyyətini ifadə edib. Bu, təkcə iki dövlət arasındakı dostluğun deyil, həm də iqtisadi və strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoymasının göstəricisidir. 


Politoloq Samir Hümbətov "Sherg.az"a deyib ki, Azərbaycan və Pakistan arasındakı əlaqələr yalnız siyasi müstəvidə məhdudlaşmır:


"Eyni zamanda, bu münasibətlərin mədəni, iqtisadi, tarixi və təhlükəsizlik aspektləri də mövcuddur. Bu gün Pakistanın ali rəhbərinin Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsi ilə bağlı aparılan müzakirələr, Azərbaycanın yüksək səviyyədə qonaqpərvərlik nümayiş etdirməsi, imzalanan mühüm sənədlər və digər faktorlar onu sübut edir ki, Azərbaycan dövləti Pakistanla əlaqələrin daha da dərinləşməsində maraqlıdır. Bundan əlavə, ötən il ölkəmiz Pakistanda istehsal edilən "JF-17 Thunder" tipli döyüş təyyarələrinin alınmasına dair mühüm bir müqavilə imzaladı. Bu isə hərbi sahədə əməkdaşlığın güclənməsinin bariz nümunəsidir. Bununla yanaşı, biz mədəni və iqtisadi əlaqələrin genişləndirilməsinə də xüsusi diqqət yetiririk. Artıq Bakı ilə Pakistanın bir neçə şəhəri arasında birbaşa aviareyslərin açılması istiqamətində addımlar atılır ki, bu da iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək".


Politoloq əlavə edib ki, Azərbaycan və Pakistan arasında mövcud dostluq münasibətləri tarixi əsaslara söykənir:

"Xüsusilə, 44 günlük Vətən müharibəsi dövründə Pakistanın Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstək bu əlaqələrin daha da möhkəmlənməsinə əhəmiyyətli təsir göstərib. Eyni zamanda, gələcəkdə bu əməkdaşlığın daha geniş miqyasda inkişaf etdirilməsi üçün geniş perspektivlər mövcuddur və bu imkanların reallaşdırılması istiqamətində ardıcıl addımlar atmaq mümkündür".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Fevral 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri