Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Azərbaycan polisinin Zəfər qələbəmizdəki misilsiz xidmətləri yüksək dəyərə malikdir

Azərbaycan polisinin Zəfər qələbəmizdəki misilsiz xidmətləri yüksək dəyərə malikdir

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Artıq 5-ci ildir ki, xalqımız, eləcə də dünya azərbaycanlıları tarixi Qələbəmizin sevinci ilə yaşayırlar. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun Ermənistan işğalcıları üzərindəki şanlı Zəfəri Azərbaycanın dünya birliyindəki mövqeyini daha da möhkəmləndirmişdir. Bu gün artıq dünya ictimaiyyəti Azərbaycanı qalib, suveren, müstəqil dövlət kimi qəbul edir və bizimlə hesablaşırlar. Bu tarixi Qələbənin qazanılmasında minlərlə mərd oğullarımız şəhid olmuş, sağlamlıqlarını qurban vermişlər. Azərbaycanda uşaqdan böyüyə - hər kəs şanlı Qələbənin qazanılmasında əlindən gələni əsirgəməmişdir. Vətən müharibəsində qazanılmış tarixi Zəfərdə Azərbaycan ordusu ilə bərabər digər dövlət və hüquq mühafizə orqanlarının xüsusi təyinatlılarının da müstəsna xidmətləri olmuşdur. Bu orqanların sırasında Azərbaycan polisinin xüsusi təyinatlalarının və Daxili Qoşunların hərbi əməkdaşlarının qəhramanlıqları xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Azərbaycan Daxili işlər orqanlarının əməkdaşları öz şücaət və qəhrəmanlıqlarını həm Birinci, həm də İkinci Qarabağ müharibəsində nümayiş etdirmişlər.
"Bu gün Azərbaycanın uğurlu inkişafında polis orqanlarının çоx böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm" deyən Prezident İlham Əliyev bu fikirləri ilə polisə olan inam və güvənini dilə gətirmişdir. Müstəqil dövlətimiz qurulduğu andan Azərbaycan polisi dövlətini və dövlətçiliyini şərəflə qorumuşdur və bu gündə qoruyur. Bu yolda Azərbaycan polisi coxlu sayda şəhidlər vermiş, sıralarından böyük şücaətlər göstərmiş qəhrəmanlar da çıxmışdır.
Birinci Qarabağ müharibəsində də polislərimizin daim ön cəbhədə olduqlarını, torpaqlarımızın müdafiəsində qəhrəmancasına vuruşduqlarını yada salmamaq olmaz. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988- ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən Milli ordu və könüllülərlə bərabər həmdə nizami qüvvə kimi milis, sonraki illərdə Daxili Qoşun hissələri olmuşdur. Birinci Qarabağ müharibəsindəki döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalmışdır. 1710 nəfər isə bu döyüşlərdə yaralanmışdır. Göstərdikləri qəhramanlığa görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər əməkdaş isə dövlət tərəfindən orden və medallara layiq görülmüşlər. Daxili işlər orqanlarının fəaliyyəti müstəqilliyimizin sonrakı illərində də uğurla davam etmişdir. Ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə və ictimai təhlükəsizliyin təmin edilməsində polisin rolu təqdirə layiqdir.
Hər bir Azərbaycan vətəndaşı anlayır ki, hazırkı təhlükəsizlik mühitində polisin bu günki fəaliyyəti dövlətimizin və vətəndaşlarımızın təhlükəsiliyinin qorunmasına xidmət edir. Bu gün ölkəmizdə ictimai asayişin keşiyində ayıq-sayıq dayanan Azərbaycan polisi istənilən təxribatın qarşısının operativ şəkildə alınmasında yüksək peşəkarlığa malikdir. İkinci Qarabağ müharibəsində Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları və Daxili Qoşunların hərbi qulluqcuları millətimizin və dövlətimizin tarixində xüsusilə önəmli mərhələsi olan müharibədə düşmənə qarşı amansız döyüşlərdə qəhrəmancasına döyüşmüşlər. 44 gün ərzində qazanılmış şanlı Zəfərdə polis orqanları və əməkdaşlarının müstəsna xidmətləri danılmazdır. Doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların hərbi qulluqcuları və polisin xüsusi təyinatlı qüvvələri düşmənə sarsıdıcı zərbələr vuraraq, Azərbaycanın müasir tarixinə qəhrəmanlıq salnaməsi yazmışlar.
Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən və xüsusi təyinatlılarından 66 nəfər şəhid olmuş, 346 nəfər hərbi qulluqçu isə yaralanmışdır. 2023- cü ildə Qarabağda keçirilən lokal xarakterli Antiterror əməliyyatında da polis əməkdaşları yenə də nizami orduyla bərabər çiyin-çiyinə olmuşlar. Bu əməliyyat zamanı şəhid olanlar sırasında polis əməkdaşları da vardır. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların hərbi qulluqcularından və polisin xüsusi təyinatlılarından 1690 nəfər Prezident, Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncamlarla müxtəlif orden və medallara, o cümlədən 4 nəfər əməkdaş Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Qarabağ uğrunda vuruşan polislərimiz indi də işğaldan azad olunmuş torpaqlarda asayişin keşikçisinə çevrilmişlər. Azərbaycan polisinin İkinci Qarabağ müharibəsində göstərdiyi qəhramanlıqlar dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilmişdir.
Prezident İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə Daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun "Zəfər" Ordeni ilə təltif edilməsi Ali Baş Komandanımızın polis əməkdaşlarının müharibədə göstərdikləri qəhrəmanlıqlarına verilən yüksək qiymətin göstəricisi idi. Vətən müharibəsindən' sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan Polisinə göstərilən yüksək etimad və inamın daha bir göstəricisidir. Xalqımız tarixi Zəfərimizi və onun 5-ci ildönümünün sevinclə və təmtaraqla qarşılanması xoşbəxtliyini bizə eləcə də dünya azərbaycanlılarına bəxş edən Prezident, Ali Baş Komandan İlham Əliyevə, yenilməz Azərbaycan Ordusuna, döyüşlərdə iştirak etmiş digər dövlət qurumların və eləcə də Azərbaycan polis orqanlarınıh qəhraman əməkdaşlarına dərin hörmət və ehtiramını sonsuza qədər bildirəcəklər. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan 3 şəhər və rayonlarımızda asayişin qorunması kimi mühüm məsuliyyətli işin öhdəsindən layiqincə gələn Daxili işlər orqanlarının əməkdaşları onlara göstərilən etimadı layiqincə doğrultmaq üçün bu gündə gecə-gündüz uğurla xidmət aparırlar.
Sonda fikirlərimi Ulu Öndər Heydər Əliyevin kəlamları ilə bitirmək istərdim. O demişdir: "Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz orqandır."
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru,
"Şöhrət" ordenli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Noyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see343

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see329

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see325

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see306

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see300

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see298

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see289

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see280

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see268

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see264

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see252

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see251

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see246

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see242

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see237

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see229

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see225

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see222

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see221

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri