Icma.az
close
up
RU
Azərbaycan Zəfər marşındadır!

Azərbaycan Zəfər marşındadır!

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Təqvimdəki 12 ayın hər birinin özünəməxsus gözəlliyi var. Ancaq xalqımız və dövlətimiz üçün noyabr ayının xüsusi yeri var ki, bu da təsadüfi deyil. Bizim Zəfər marşımız məhz bu ayda məntiqi sonluğuna çatıb -  2020-ci il noyabrın 10-da 44 günlük müharibənin başa çatmasını və Azərbaycanın ərazi bütövlüyünün hərbi-siyasi yolla təmin olunmasını özündə ehtiva edən üçtərəfli bəyanat imzalanıb.

Vətən müharibəsinin böyük Zəfərlə başa çatması tariximizin şanlı, qürurverici bir səhifəsidir. Xalqımız, dövlətimiz var olduqca bu Qələbə də daim bizimlə olacaq və bizə həmişə sonsuz qürur hissi yaşadacaq. Prezident İlham Əliyev   3 dekabr 2020-ci il tarixində Zəfər Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, hər il noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.

Zəfərə aparan yol

Ötən əsrin əvvəllərində Ermənistanın havadarlarının dəstəyi ilə başladığı işğalçılıq siyasətinin nəticəsi olaraq Azərbaycan ərazilərinin 20 faizini itirmiş, bir milyondan artıq soydaşımız doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalmışdı. Mənfur düşmən hələ bununla da kifayətlənmirdi. Bəhs olunan sərəncamda da qeyd edildiyi kimi, 2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur.

Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.

Belə bir kədərli reallıq fonunda ölkəmizin Zəfərə gedən yolu heç də asan olmayıb. Azərbaycan xalqı və dövləti İkinci Qarabağ müharibəsindən əvvəlki mərhələdə heç vaxt ölkənin ərazi bütövlüyünün və suverenliyinin pozulması faktı ilə barışmadı. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində işğal faktına son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi ölkə gündəminin mərkəzində saxlanıldı. Bu strateji xəttə uyğun olaraq Azərbaycan danışıqlar prosesində fəallıq göstərməklə yanaşı, həm də iqtisadiyyatını gücləndirməklə milli gücünü artırdı, müasir ordu quruculuğunu davamlı olaraq diqqət mərkəzində saxladı. Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi - işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Dövlətimizin başçısı yüksək tribunalardan qətiyyətlə bildirirdi ki, Azərbaycan istənilən yolla ərazi bütövlüyünü təmin etməyə nail olacaq. Oldu da!

Ərazi bütövlüyümüz və suverenliyimiz hərbi-siyasi yolla təmin edildi

Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman hərbçilərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.

Vətən müharibəsində əldə olunan Qələbənin miqyası çox böyükdür.  Ordumuz cəmi 44 gün ərzində düşməni kapitulyasiyaya məruz qoydu. Xatırladaq ki, uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun  3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik işğaldan azad olunub. Bunun ardınca üçtərəfli bəyanatın şərtlərinə uyğun oaraq  noyabrın 10-dan sonrakı 20 gün ərzində 3 rayon - noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın bir güllə də atılmadan Azərbaycana təhvil verilib. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülüb. Bununla da ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla təmin edildi.

44 günlük müharibədən sonra Azərbaycanın qarşısında duran ən mühüm vəzifə Qarabağda separatizm yuvasını dağıtmaq və ölkənin bütün ərazisində suverenliyimizin tam təmin edilməsinə nail olmaq idi. Bu ümummilli ideyanı isə Müzəffər Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində reallaşdırmağa nail oldu. Ordumuz bu əməlliyyatları yüksək peşəkarlıqla həyata keçirdi. Qarabağda separatizm yuvasını dağıtmaq üçün cəmi 23 saat kifayət etdi. 2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibədə qazanılan Zəfərə bərabər növbəti parlaq Qələbə idi. Qarabağda suverenliyi bərpa edən Azərbaycan bununla mahiyyət etibarı ilə 10 Noyabr Zəfərini tamamlamış oldu.

44 günlük müharibədə Şuşa zirvəsi

44 günlük müharibədə igid hərbçilərimiz hər gün şücaətlər göstəriblər. Düşmən tərəfinin özünün də təsdiqlədiyi kimi, müharibədə Ermənistan ordusunda 11 min fərari qeydə alınıb. Bununla da “döyüşkən erməni xalqı” mifi tar-mar olub. Azərbaycan ordusunda isə bir nəfər də olsun fərarilik etməyib, hər kəs irəli getməyə, yeni döyüşlərə qatılmağa çalışıb.

Şuşa uğrunda gedən döyüşlərdə isə igid hərbçilərimiz xüsusi bir qəhrəmanlıq dastanı yazıblar. Şuşa başları mavi səmaya dayanan uca dağların zirvəsində qərar tutan gözəl bir şəhərdir. Elə Şuşanın noyabrın 8-də işğaldan azad olunması da İkinci Qarabağ müharibəsinin zirvə nöqtəsidir.  Şuşanın ab-havası ilə xalqımızın iç dünyası arasında möhkəm bir bağlılıq var. Uzun illik işğala, dağıntılara, şəhərin erməniləşdirilməsi cəhdlərinə baxmayaraq, Şuşa özünün tarixi azərbaycanlı ovqatını, ruhunu qoruyub. Bunu şəhərin küçələrində gəzərkən açıq-aydın hiss edirsən və yaşadığın hisslər səni tarixi keçmişə aparır. Bax elə buna görə də Azərbaycan xalqı həyatını, gələcəyini Şuşasız təsəvvür etmir. Prezident İlham Əliyev müharibə günlərində xalqımızın qəlb arzularını ifadə edərək bildirirdi ki, Şuşasız bizim işimiz, missiyamız yarımçıq qalar. Şuşanın azad edilməsi missiyasını qəhrəman Azərbaycan əsgər və zabitləri tamamladılar. Bunu etmək asan deyildi. Ancaq Şuşaya, doğma torpağa olan sevgi hərbçilərimizə güc, qüvvət verdi və onlar sıldırım qayaları aşaraq Şuşanı azad etməyə nail oldular. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixində imzaladığı müvafiq sərəncama əsasən ölkəmizdə hər il noyabrın 8-i Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Noyabr 2024 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

03 İyul 2026 14:16see465

AAYDA ya məxsus bu idarələr ləğv olundu

02 İyul 2026 15:38see432

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

03 İyul 2026 01:33see389

Azərbaycan Respublikası Prezidentinin 2006 cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

02 İyul 2026 16:18see315

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

03 İyul 2026 01:42see253

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

03 İyul 2026 15:59see229

İlham Namiq Kamalın oğlu məzun oldu

03 İyul 2026 01:20see208

Ronaldunun bacısı futbolçunun DÇ 2026 dan sonra millidə karyerasını bitirəcəyini deyib

03 İyul 2026 02:41see190

Məşhur Hollivud aktyorları İspaniyaya azarkeşlik ediblər FOTO

03 İyul 2026 01:54see186

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

03 İyul 2026 18:51see174

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

03 İyul 2026 07:01see171

Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək nümayəndə heyəti MƏLUM OLDU

02 İyul 2026 19:25see170

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see170

Saray qəsəbəsi dünəndən sabaha boy atır

03 İyul 2026 00:00see166

DÇ 2026: İspaniya darmadağınla 1/8 finala adladı

03 İyul 2026 01:52see164

Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi

03 İyul 2026 01:56see162

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see156

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see154

WhatsApp ın yeni username funksiyasını dayandırdılar

03 İyul 2026 04:37see153

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri