Icma.az
close
up
RU
Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə tarixinin yüksəliş və ən qüdrətli dövrünü yaşayır

Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə tarixinin yüksəliş və ən qüdrətli dövrünü yaşayır

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

7 fevral 2024-cü ildə ölkəmizdə növbədənkənar prezident seçkiləri keçirildi. Xalq Müzəffər Ali Baş Komandan İlham Əliyevi yenidən ölkə prezidenti seçdi. MSK-nın yekun protokoluna əsasən İlham Əliyev 92,12 faiz səslə prezident seçkilərində qalib gəldi. Bu qələbə xalqın öz liderinə olan sarsılmaz inamı, yüksək etimadı və dərin məhəbbətindən irəli gəlirdi. Azərbaycan xalqı səsini  İlham Əliyevə verməklə Ümummilli lider Heydər Əliyev ideyalarına olan sədaqətini bir daha nümayiş etdirdi.

7 fevral prezident seçkiləri ölkədə böyük coşqu və yüksək seçici aktivliyi ilə müşahidə olundu. Çünki bu seçki müstəqillik tariximizdə ilk dəfə olaraq ölkəmizin bütün ərazisində keçirilirdi və Zəfər seçkiləri kimi tarixə möhür vurdu. 

Ölkə başçısının məhz işğaldan azad olunmuş ərazilərimizdə səs verməsi hər birimizə qürurlu anlar yaşatdı. Bir qərinə həsrətlə baxdığımız tarixi yurd yerlərimizdə vətəndaşlarımız öz namizədinə səs verirdilər. Bu, ümumxalq xoşbəxtliyi idi. Proqnozlar isə,  özünü tam doğrultdu. Qarabağ fatehi, Zəfər qəhrəmanı İlham Əliyev tam ədalətli və şəffaf keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin növbəti seçimi oldu. Şübhəsiz ki, xalqına ləyaqətlə xidmət etmiş İlham Əliyev bu etimada layiq idi.

Daha bir mühüm məqam bundan ibarət idi ki, Prezident İlham Əliyevin fəaliyyətinin 20 ili tamam olurdu. Sirr deyil ki, ötən bu 20 il  möhtəşəm uğurlarla yadda qalmışdı. Prezident İlham Əliyev bu illər ərzində çevik qərarları və uğurlu siyasəti ilə Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən, yeniləşən ölkəsinə çevirməyi bacardı. Müstəqilliyi, dövlətçiliyi Ümummilli lider Heydər Əliyev tərəfindən qorunan Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə tarixinin yüksəliş və ən qüdrətli dövrünə qədəm qoydu. Ötən 20 ildə bütün sahələrdə özünü göstərən dinamik inkişafın ən əsas zirvəsi cənab Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyimiz böyük qələbə və suverenliyimizin tam bərpası oldu. BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələri məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırıldı. Xalq öz liderinin ətrafında “Dəmir yumruq” kimi birləşərək igid oğullarımızın qanı-canı bahasına öz qələbə əzminin qürurunu yaşadı.

Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında böyük əhəmiyyət daşıyan transmilli layihələrə imza atdı. Azərbaycan qazının tarixdə ilk dəfə Avropa ölkələrinə ixracı başlandı. Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli neft yataqları blokunun işlənilməsində yeni dövrə qədəm qoyularaq “Əsrin müqaviləsi” 2050-ci ilədək uzadıldı. Son 20 il ərzində bütün belə uğurlu layihələrin inkişafı yönündə atılan addımlar ölkəmizə həm iqtisadi, həm də siyasi dividendlər qazandırdı.

Bu gün böyük fəxrlə deyə bilərik ki, dövlət başçısı İlham Əliyev beynəlxalq aləmdə siyasi bilik və təcrübəsi, diplomatiya sahəsində əldə etdiyi uğurlarla böyük nüfuz qazanmışdır. Çağdaş dövrümüzdə dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan dünya ölkələri ilə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri yaradaraq qarşılıqlı münasibətlərini daha da möhkəmləndirməkdədir. Beynəlxalq əhəmiyyətli tədbirlərin məhz ölkə paytaxtı Bakıya salınması ölkəmizə və onun lideri  İlham Əliyevə olan böyük hörmət və rəğbətin göstəricisidir.

İftixarla qeyd etmək yerinə düşər ki, Müzəffər Ali Baş Komandanın yüksək səy və qətiyyəti nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işləri intensiv şəkildə aparılmaqdadır. Böyük Qayıdış yolunda sürətli addımlar atılmaqdadır. Düşmən tərəfindən tamamilə dağıdılmış şəhər və kəndlərimiz yenidən tikilərək öz həqiqi sahiblərinə verilməkdədir. Ən qürurverici hal budur ki, Azərbaycan bütün bu quruculuq işlərini kənardan heç bir dəstək olmadan, ölkənin daxili büdcəsi hesabına reallaşdırır. Bu isə dövlət başçısı İlham Əliyevin böyük xidmətləri nəticəsində ölkəmizin iqtisadi gücünün göstəricisidir. Bütün bunlar onun göstəricisidir ki, xalq Prezident İlham Əliyevi seçməklə doğru yolda olduğunu sübut edib.

Beləliklə, fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikasının bütün beynəlxalq səviyyədə tanınmış ərazisində keçirilməklə tarixə düşdü. Yüksək ictimai əhval-ruhiyyə ilə seçim edən xalqımız yenidən öz lideri ilə birgə addımlamağı rəsmi şəkildə bəyan etdi. Azərbaycan dünyaya daha bir ədalətli seçki nümunəsi göstərdi. Beynəlxalq müşahidəçilərin də qeyd etdiyi kimi tam ədalətli, şəffaf şəkildə keçirilən seçkilərdə xalqımız Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa edən, üçrəngli bayrağımızı Xankəndidə, Şuşada və digər azad edilmiş ərazilərimizdə şərəflə dalğalandıran Müzəffər Komandana səs verməklə sabit, təhlükəsiz, xoşbəxt bir həyata davam etdi. İnkişaf, tərəqqiyə səs verən xalqımız əmindir ki, Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə yeni hədəflərə doğru inamla addımlayacaqdır. Ölkəmizin milli hədəflərinə nail olan  Prezident İlham Əliyevə yenidən səs verən xalqımız yalnız tarixi etimadını deyil, həm də Lider-Xalq birliyini bir daha dünyaya bəyan etdi.

Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı,
Naxçıvan Dövlət Universitetinin dosenti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Fevral 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri