Icma.az
close
up
RU
“İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır” Naqif Həmzəyev

“İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır” Naqif Həmzəyev

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. Məhz cənab prezidentin rəhbərliyi dövründə Azərbaycan daha da güclü və qüdrətli bir dövlətə çevrilib. Ölkə iqtisadiyyatı yenidən formalaşdırılıb, möhkəmləndirilib, Azərbaycan Ordusu isə dünyanın ən güclü orduları sırasında yer alıb".

Bu fikirləri Redaktor.az-a İlham Əliyevin prezidentliyinin 22-ci il dönümündən bəhs edərkən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirdi.

Onun sözlərinə görə, Azərbaycan uzun illər davam edən ən böyük problem - Qarabağ məsələsini öz gücü hesabına həll edib.

"Bununla yanaşı, ölkəmiz Orta Dəhlizin ən mühüm hissələrindən birinə çevrilərək bu gün beynəlxalq yükdaşımalarında aparıcı mövqe tutur. Azərbaycan ənənəvi enerji resurslarını dünyaya ixrac etməklə yanaşı, artıq “yaşıl enerji”yə keçid prosesini təmin edib və “yaşıl enerji”ni dünya bazarlarına çıxarmaq üçün meqa layihələr həyata keçirən dövlətə çevrilib. Neft gəlirləri ilə yanaşı, qeyri-neft sektorunda da davamlı artıma nail olunub. Hazırda Azərbaycan bütün sahələr üzrə iqtisadiyyatını inkişaf etdirməklə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. Ölkə uzun illərdir sosial yönümlü büdcəyə sahibdir və bütün bunlar cənab Prezident İlham Əliyevin prezidentliyi dövründə həyata keçirilmiş islahatların nəticəsidir.

Bu gün Azərbaycan beynəlxalq platformalarda nüfuzlu mövqeyə malikdir. Cənab Prezident İlham Əliyev beynəlxalq aləmdə ən çox hörmət edilən və arzulanan liderlərdən biridir. Azərbaycanın mövqeyi getdikcə daha da güclənir, ölkəmiz hər keçən gün daha qüvvətli bir dövlətə çevrilir. Ən əsası, Azərbaycan qazandığı gücü sülhün bərqərar olunması istiqamətində düzgün şəkildə istifadə edir və dayanıqlı sülhün təmin edilməsi üçün səylərini artırır. Bir sözlə, cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan öz tarixinin ən güclü mərhələsini yaşayır. Biz xoşbəxtik ki, belə bir liderimiz var və hər zaman cənab Prezidentin ətrafında sıx birləşmişik, bundan sonra da onun rəhbərliyi altında ölkəmizin inkişafı üçün birgə addımlayacağıq", - deyə Naqif Həmzəyev yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Oktyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri