Icma.az
close
up
RU
Azərbaycan Prezidenti düzgün addımların atılmasını təmin edib Deputat

Azərbaycan Prezidenti düzgün addımların atılmasını təmin edib Deputat

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.

Redaktor.az Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin dövründə həyata keçirilən və keçirilməkdə olan fəaliyyətləri ilə bağlı fikirlərini bölüşüb:

"Azərbaycan Prezidenti İlham Əliyev öz fəaliyyəti dövründə milli dövlətçiliyimizi və milli inkişafımızı tamamilə yeni tarixi mərhələyə qaldırıb. Prezidentin aldığı qərarlar, atdığı qətiyyətli addımlar xalqımızı qalib xalqa çevirib. Biz, əslində, 44 günlük müharibənin içərisində bir neçə müharibə yaşamışıq. Onlardan ən barizi 2020-ci ildə tarixi zəfərimizdən sonra həyata keçirdiyimiz bir sutkalıq müharibədir. Doğrudur, bu əməliyyat adlandırılsa belə, Azərbaycan xalqının tarixini dəyişən natamam sutkalıq bu müharibə 100 illik problemi həll edib. 1923-cü ildən Azərbaycan dövlətinin təməllərinin altına mina kimi qoyulmuş dırnaqarası "Dağlıq Qarabağ" problemini aradan qaldırıb. Amma, əlbəttə, bu asan olmadı".

Millət vəkili vurğuladı ki, Azərbaycan Prezidenti 2003-cü ildən bu günə qədər davam edən fəaliyyəti dövründə müxtəlif mərhələlərdə məhz bu günlərimizi təmin edəcək qərarların qəbul edilməsini və düzgün addımların atılmasını təmin edib.

"2003-cü ildən sonra, əlbəttə ki, iqtisadi qüdrətimizin artırılması, ölkəmizdə hərbi sənayenin yaradılması, ordu quruculuğu prosesinin aparılması, əhalinin rifahının yüksəldilməsi, ölkəmizin sənayeləşmə dərəcəsinin artırılması kimi məsələlər 2008-ci ildən sonra beynəlxalq münasibətlər sistemində hücum diplomatiyası ilə müşahidə edildi. Bu hücum diplomatiyası nəticəsində biz tarixi torpaqlarımızı işğaldan azad etməyin hüquqi bazasını genişləndirdik, ordumuzu daha da gücləndirdik, özümüzə müttəfiqlər axtardıq, tapdıq və beləliklə, torpaqlarımızın işğaldan azad olunması üçün həm iqtisadi, həm siyasi, hüquqi və diplomatik zəmin yaratdıq. Nəticədə isə bu gün artıq yeni bir mərhələdən danışırıq. Bu mərhələ quruculuq mərhələsidir, "Böyük Qayıdış" mərhələsidir. Bu mərhələ iqtisadiyyatımızın daha da böyüməsi mərhələsidir, qlobal xarakterli kommunikasiyaların açılması mərhələsidir ki, bütün bunlar da gələcəkdə Azərbaycanı daha qüdrətli edəcək",- deyə Hikmət Babaoğlu vurğuladı.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Dekabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri