Deputat: “Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edib”
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
"Azərbaycanın siyasi müstəqilliyinin dayanıqlı olması üçün iqtisadi güc mühüm əhəmiyyət daşıyır. Dövlət öz resurslarına, istehsal imkanlarına və maliyyə potensialına nə qədər çox güvənirsə, milli maraqlar əsasında qərar qəbul etmək imkanları da bir o qədər geniş olur. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident, YAP Sədri İlham Əliyevin iqtisadi müstəqillik barədə fikirləri bu həqiqəti bir daha önə çıxardı”
Bu sözləri Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov AZXEBER.COM-a açıqlamasında deyib.
O bildirib ki, sabit siyasi mühit iqtisadi layihələrin həyata keçirilməsi və uzunmüddətli proqramların reallaşdırılması üçün mühüm zəmin yaradıb:
"Dövlət başçısının bildirdiyi kimi, Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edib və bu, ölkənin öz taleyini özü müəyyən etməsinə imkan verən əsas amillərdəndir. Ümummilli Liderin hakimiyyətə qayıdışının ilk illərində əsas vəzifələrdən biri milli iqtisadiyyatın əsaslarını yaratmaq və təbii sərvətlərdən dövlətin maraqları naminə istifadə etmək idi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən neft strategiyası Azərbaycanın dünya iqtisadi sisteminə daha geniş inteqrasiyasına, xarici sərmayənin cəlbinə və uzunmüddətli inkişaf üçün maliyyə imkanlarının formalaşmasına şərait yaratdı. YAP-ın siyasi fəaliyyəti də bu inkişaf strategiyasının ictimai dayaqlarının möhkəmləndirilməsinə xidmət edib. Partiyanın fəaliyyətində dövlətçilik, iqtisadi tərəqqi və sosial rifah məsələlərinin önə çəkilməsi sabitliyin və inkişafın vahid məqsədlər kimi qəbul edilməsindən irəli gəlir. Sabit siyasi mühit iqtisadi layihələrin həyata keçirilməsi və uzunmüddətli proqramların reallaşdırılması üçün mühüm zəmin yaradıb”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu iqtisadi xətt yeni mərhələdə daha geniş məzmun qazandı:
"Enerji layihələri ilə yanaşı, qeyri-neft sektorunun inkişafı, sənaye və kənd təsərrüfatının genişləndirilməsi, nəqliyyat-logistika imkanlarının artırılması iqtisadiyyatın şaxələndirilməsinə xidmət etdi. Enerji resurslarından əldə olunan imkanların infrastruktur və inkişaf layihələrinə yönəldilməsi iqtisadi dayanıqlığı gücləndirdi. VIII-ci Qurultayda Prezident İlham Əliyevin Azərbaycanın enerji sahəsində imkanlarını xarakterizə edən fikirləri də bu baxımdan diqqət çəkir. Azərbaycan bu gün xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları istehsal və ixrac edir. Bu, enerji potensialının müxtəlif istiqamətlərdə dəyərləndirildiyini göstərir. İqtisadi gücün əhəmiyyəti bütün sahələrdə müşahidə olunur. Misal üçün işğaldan azad edilmiş ərazilərin bərpası prosesində də bunu görmək olar. Qarabağ və Şərqi Zəngəzurda bərpa layihələrinin dövlət vəsaiti hesabına həyata keçirilməsi Azərbaycanın maliyyə imkanlarını nümayiş etdirir. Prezident İlham Əliyevin qurultayda verdiyi məlumata görə, bu bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsait xərclənib, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin olunub. Böyük Qayıdışın sürətlənməsi üçün də iqtisadi imkanlar əsas resurslardan biridir”.
Parlamentari bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilib:
"Ulu Öndərin yaratdığı neft strategiyası və dövlətçilik təməlləri ölkənin iqtisadiyyatını gücləndirib. Prezident İlham Əliyev bu siyasəti uğurla dəvam etdirərək iqtisadi resursları sənayeləşməyə, infrastrukturun yenilənməsinə, regionların inkişafına və işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə yönəldib. Beləliklə, iqtisadi müstəqillik sadəcə makroiqtisadi göstəricilərin məcmusu deyil. O, dövlətin gücü, milli layihələri öz imkanları hesabına həyata keçirməsi və ölkənin gələcəyini sərbəst planlaşdırması üçün imkan yaradır. Azərbaycanın bugünkü iqtisadi gücü Heydər Əliyevin müəyyən etdiyi strateji təməlin Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə inkişaf etdirilməsinin nəticəsi kimi dövlətin gələcək hədəflərinə xidmət edir”.
Şahanə Ziyad
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 05 Oktyabr 2026 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















