Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
Icma.az, Tribuna portalına istinadən məlumat yayır.
Prezident İlham Əliyev Azərbaycan və Ermənistan xalqlarının tarixin qaranlıq səhifəsini çevirə və sülh şəraitində yaşaya biləcəklərinə ümidvar olduğunu bildirib.
Tribunainfo.az xəbər verir ki, o, bunu Vaşinqtonda ABŞ və Ermənistan liderləri ilə görüşdə çıxışı zamanı deyib.
“Prezident Tramp Cənubi Qafqaza sülh gətirdi və buna görə ona minnətdarıq. Əminəm ki, Ermənistan və Azərbaycan barışmaq üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlar da barışacaqlar. Biz qarşıdurma, konfrantasiya və qan tökülməsi olan səhifəni çevirib uşaqlarımıza parlaq və təhlükəsiz gələcəyi təmin edəcəyik. Ona görə də bu gün çox xoşbəxtəm, çünki biz böyük bir tarix yazırıq. Bir daha, cənab Prezident, bizim üçün, regionumuz və bütün dünya üçün etdiyiniz hər şeyə görə sizə təşəkkür edirəm”, – Azərbaycan Prezidenti qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 09 Avqust 2025 06:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















