Icma.az
close
up
RU
İmkanları fürsətə çevirməyin vaxtıdır

İmkanları fürsətə çevirməyin vaxtıdır

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

XII Qlobal Bakı Forumu, bu platformada müzakirə olunan müzakirələr dünya mediası üçün də maraq kəsb edir. Prezident İlham Əliyevin “Euronews” telekanalına müsahibəsi zamanı da ünvanlanan suallardan biri forumun mövzusu - “Dünya düzəninin yenidən düşünülməsi” ilə bağlı idi. Cənab Prezident bu mövzunun təsadüfən seçilmədiyini və hazırda dünyada yeni qaydaların müəyyənləşdirilməsi prosesinin getdiyini diqqətə çatdırdı. Qlobal Bakı Forumu indiki şəraitdə hadisələri müvafiq şəkildə qiymətləndirmək, fikirləri, narahatlıqları və ya gözləntiləri bölüşmək baxımından əhəmiyyətli platformadır.

Bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda dövlətlər də öz prioritetlərini bu dəyişikliklərə uyğunlaşdırmaqdadır. Azərbaycan Prezidentinin yanaşması bundan ibarətdir ki, “hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var.” Öz resurslarına güvənməyən, kimlərdənsə asılı vəziyyətdə olan dövlətlərin ərazi bütövlüyü və suverenliyinin təhlükə altına düşməsilə bağlı real və acınacaqlı faktlar mövcuddur. Paralel olaraq, beynəlxalq təsisatların zəifliyi də qabarıq formada özünü göstərir. Bu isə dövlətlərin daha çox ikitərəfli münasibətlərə üstünlük verməsini şərtləndirir.
Qlobal transformasiyanın ilkin mərhələsində təbii ki, ən həssas bölgələrdən biri olan Cənubi Qafqaz regionunda baş verən proseslər böyük maraq kəsb edir. Üstəlik, nəzərə alsaq ki, 30 ilə yaxın davam edən münaqişə başa çatıb və işğala Azərbaycan öz gücü hesabına son qoyub, belə olan halda regionun vəziyyətilə bağlı rəsmi Bakının mövqeyi xüsusi diqqət cəlb edir. Cənab Prezident bu məsələ ilə bağlı bir daha bəyan etdi ki, əsas məqsəd növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmaq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmaq olmalıdır. Azərbaycan regionun lider və qalib ölkəsi kimi Cənubi Qafqazla bağlı geosiyasi transformasiyalardan geridə qalmamağın, diqqəti regional fürsətlər üzərində cəmləşdirməyin tərəfdarıdır.
Postmünaqişə reallıqlarına gəlincə, müharibənin başa çatmasından ötən 5 ildə sülh müqaviləsinin olmaması təbii ki, təəssüf doğurur. Lakin dünya ictimaiyyətinə də aydındır ki, bunun əsas səbəbkarı Ermənistan və onun regionda daim gərginliyin artmasında maraqlı olan havadarlarıdır. Cənab Prezident isə bir daha bəyan etdi ki, “sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq”. Bu, həm də Ermənistana “imkanları fürsətə çevirməyin vaxtıdır” mesajıdır.

Nigar Məmmədova
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Mart 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri