Icma.az
close
up
RU
Azərbaycan Prezidenti İlham Əliyev BMT nin Baş katibi Antonio Quterreş ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev BMT nin Baş katibi Antonio Quterreş ilə görüşüb

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Sentyabrın 25-də BMT-nin mənzil-qərargahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ilə görüşüb.Əvvəlcə dövlətimizin başçısı BMT-nin fəxri qonaqlar kitabını imzaladı.Sonra Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş birgə foto çəkdirdilər.Baş katib Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi və əldə olunmuş tarixi nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.BMT-nin Qaçqınlar üzrə Ali Komissarı vəzifəsində Azərbaycana səfərini xatırlayan Antonio Quterreş həmin vaxt ölkəmizdə qaçqın və məcburi köçkünlərin ağır vəziyyəti ilə yerində tanış olduğunu dedi. O, bütün bu məsələlərin artıq keçmişdə qaldığını sevinc hissi ilə vurğulayaraq, Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları ilə əlaqədar böyükmiqyaslı layihələr həyata keçirdiyini qeyd etdi.BMT-nin Baş katibi COP29-un Azərbaycanda uğurla keçirilməsi və beynəlxalq iqlim gündəliyinin irəli aparılması baxımından əldə olunmuş nailiyyətlər münasibətilə də dövlətimizin başçısını təbrik etdi və bu tədbirin yüksək səviyyədə keçirilməsi ilə bağlı təşəkkürünü çatdırdı.Antonio Quterreş BMT ilə Azərbaycan arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, hazırda ölkəmizin bu təşkilatın digər regionlarda fəaliyyətini dəstəklədiyinə görə minnətdarlığını bildirdi, beynəlxalq böhranların aradan qaldırılmasında Azərbaycanla BMT arasında əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu qeyd etdi.Azərbaycanın çoxtərəfli diplomatiyada fəal roluna toxunan BMT-nin Baş katibi Qoşulmama Hərəkatında ölkəmizin uğurlu sədrliyini də vurğuladı, Azərbaycanın artıq donor ölkə olaraq BMT-nin müxtəlif institutlarının fəaliyyətinə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirdi.BMT-nin Baş katibi ölkəmizin regional əməkdaşlıq layihələrinin inkişafındakı, həmçinin Mərkəzi Asiya ilə regional nəqliyyat bağlantılarının yaradılmasındakı rolunu qeyd etdi.Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə bağlı əldə olunmuş nəticələrin tarixi əhəmiyyət daşıdığını vurğuladı. İki ölkə arasındakı münasibətlərin və regiondakı vəziyyətin tamamilə dəyişdiyini deyən dövlətimizin başçısı bildirdi ki, Azərbaycan və Ermənistan müstəqilliklərini əldə edəndən bəri regionda sülh olmayıb. Hazırda isə bölgədə sülh mövcuddur. Hər iki ölkənin sülh şəraitində yaşamağa öyrəşdiklərini vurğulayan Prezident İlham Əliyev bunun həm Azərbaycan, həm də Ermənistan üçün mühüm və tarixi önəm kəsb etdiyini diqqətə çatdırdı.Dövlətimizin başçısı da öz növbəsində işğaldan azad olunmuş ərazilərimizdə görülən genişmiqyaslı bərpa və quruculuq işlərini qeyd etdi. Bu xüsusda Prezident İlham Əliyev 53 mindən artıq keçmiş məcburi köçkünün öz doğma torpaqlarına qayıtdığını, Azərbaycanın “Böyük Qayıdış” Proqramına uyğun olaraq genişmiqyaslı bərpa və quruculuq işlərini həyata keçirdiyini bildirdi.Dövlətimizin başçısı Azərbaycanın donor kimi COVID-19 zamanı 80-dən çox ölkəyə yardım göstərdiyini qeyd etdi və bundan sonra da regional, həmçinin beynəlxalq sülh gündəliyini dəstəkləyərək bu işə öz töhfəsini verəcəyini dedi.2026-cı ildə ölkəmizdə BMT-nin Ümumdünya Şəhərsalma Forumu kimi böyük tədbirinin keçiriləcəyinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, bu tədbir Azərbaycanın şəhərsalma, xüsusən də postmünaqişə şəraitində şəhərsalma sahəsində əldə etdiyi zəngin təcrübəsinin beynəlxalq ictimaiyyətlə bölüşməsi üçün yaxşı fürsət yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri