Gürcüstan səfirinin müavini Akademik Milli Dram Teatrının qonağı oldu
Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.
Oktyabrın 28-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Acarıstan Muxtar Respublikasının mədəniyyət naziri Eliso Bolkvadze və Gürcüstan səfirinin müavini Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub.
Teatrla tanışlıqdan sonra Akademik Milli Dram Teatrının Şota Rustaveli adına Gürcüstan Milli Teatrı ilə əməkdaşlığını əks etdirən video-çarx nümayiş olunub.
Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov qonaqları rəhbərlik etdiyi teatrda görməkdən məmnun olduğunu bildirib. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti qeyd olunub, fikir mübadiləsi aparılıb. İlham Əsgərov qeyd edib ki, Akademik Milli Dram Teatrı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyə, Rusiya, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Moldova, Belarus, Gürcüstan və Çin milli teatrları ilə əməkdaşlıq Memorandumları imzalayıb və beynəlxalq əlaqələrini hər il genişləndirməkdədir.
Görüş zamanı Akademik Milli Dram Teatrı ilə Batumi Dövlət Dram Teatrı arasında gələcək əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində razılıq əldə olunub. Xanım Eliso Bolkvadze Akademik Milli Dram Teatrının beynəlxalq əlaqələrini yüksək qiymətləndirib və hər iki teatrın qarşılıqlı sənət mübadiləsinin vacibliyini qeyd edib.
Qeyd edək ki, Eliso Bolkvadze tanınmış gürcü pianoçusu, beynəlxalq müsabiqələr laureatı və dövlət xadimidir. Eliso Bolkvadze UNESCO-nun “Sülh naminə incəsənət xadimi” fəxri tituluna layiq görülüb və Fransanın Fəxri Legion ordeni ilə təltif edilib. O, Batumidə keçirilən Qara dəniz Beynəlxalq Musiqi və İncəsənət Festivalının təsisçisidir.
Amerikalı repçinin Rusiyadakı konsertləri ləğv edildi – Səbəb Yeni romanının çıxmasına bir gün qalmış vəfat etdi Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 29 Oktyabr 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















