Azərbaycan Prezidenti İlham Əliyev Bruney Darüssalamın Sultanı Hacı Həssənal Bolkiahı təbrik edib
Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bruney Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Əlahəzrət,
Azərbaycan Respublikası ilə Bruney Darüssalam arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir, ən xoş arzularımı çatdırıram.
Otuz illik dövr ərzində ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli imkanlar açmışdır.
Biz Bruney Darüssalam ilə dövlətlərarası münasibətlərimizi genişləndirmək və əməkdaşlığımızı yeni məzmunla zənginləşdirmək əzmindəyik. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Bruney Darüssalam arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim firavanlıq və rifah arzulayıram".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 25 Noyabr 2025 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















