Azərbaycan Prezidenti istailli naziri qəbul etdi
Icma.az bildirir, Bakivaxti-ə istinadən.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqevi qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, Miri Reqev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İsrail dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Görüşdə Bakıda keçirilən COP29-un əhəmiyyəti vurğulandı, iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi baxımından bu tədbirin önəmli olduğu qeyd edildi.
Miri Reqev COP29-un yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırdı.
Söhbət zamanı ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparıldı.

Azərbaycan prezidenti arxiyepiskopu qəbul edib
16 Dekabr 2024 12:34
Azərbaycan Prezidenti İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul etdi
19 Fevral 2025 20:10
İraq Prezidenti Azərbaycan səfirini qəbul edib
23 Dekabr 2024 15:35
Azərbaycan Prezidenti Cenni Consonu qəbul edib
16 Yanvar 2025 12:27
Azərbaycan Prezidenti Hulusi Akarı qəbul edib
21 Fevral 2025 10:28
