Icma.az
close
up
RU
Azərbaycan Afrika ölkələri ilə əlaqələri genişləndirmək niyyətindədir TƏHLİL

Azərbaycan Afrika ölkələri ilə əlaqələri genişləndirmək niyyətindədir TƏHLİL

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq birliyin bütün üzvləri, o cümlədən Afrika ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əlaqələr qurmaq istiqamətində mühüm addımlar atıb. Təsadüfi deyil ki, 1992-2012-ci illərdə Azərbaycan qitənin əksər dövlətləri ilə diplomatik münasibətlər qurmağa nail olub. 

Afrika ölkələri ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları mövcud potensialdan daha genişdir. Ölkəmizin qlobal və regional miqyasda artan nüfuzu, iqtisadi potensialı və gücü, eləcə də Prezident İlham Əliyevin nüfuzlu Lider kimi yürütdüyü uğurlu siyasət Afrika ölkələrinin Azərbaycanla əməkdaşlığa marağını getdikcə daha çox artırır. Bir sıra Afrika ölkələrinin dövlət başçıları Azərbaycana səfər etmək, ikitərəfli münasibətləri daha da gücləndirmək niyyətlərini ifadə edib, ölkəmizi qitəyə investisiya qoymağa çağırıblar. Bu amilləri nəzərə alsaq, qitə ölkələri ilə prioritet sahələrdə əməkdaşlığın davam etdirilməsi bütün tərəflər üçün faydalıdır. Azərbaycan ilə Afrika dövlətləri arasında əlaqələrin dinamik inkişafı isə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövrünə təsadüf edib. 2019-cu ilin oktyabrında Azərbaycanın Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünə uğurla ev sahibliyi etməsi tədbirdə təmsil olunan Afrika qitəsi ölkələri ilə ikitərəfli münasibətlərdə yeni səhifə açıb. Həmin Zirvə görüşü, eyni zamanda, qitənin bir çox ölkələri ilə ali səviyyədə təmasların və görüşlərin keçirilməsi üçün əlverişli şərait yaratdı. Bundan sonra - ötən ilin noyabrında Bakının ev sahibliyi etdiyi COP29-da ali səviyyədə təmsil olunan Afrika ölkələrinin dövlət başçıları ilə keçirilmiş görüşlər, həmçinin son illər ərzində Misir, Əlcəzair, Konqo və Somali kimi ölkələr ilə ali səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi və Keniya ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın Afrika siyasətinin inkişaf perspektivlərinin “yol xəritəsi”ni, hərtərəfli əməkdaşlıq üçün potensial istiqamətlər müəyyənləşdirdi. Ötən il aprelin 4-5-də Konqo Prezidenti Deni Sassu-Nqesso, bu il fevralın 11-14-də Somali Prezidenti Hasan Şeyx Mahmud Azərbaycana rəsmi səfərləri zamanı həmin ölkələrlə arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi niyyəti ifadə olundu, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair hüquqi-normativ sənədlər imzalandı. Hazırda Prezident İlham Əliyevin siyasi iradəsi və uzunmüddətli strateji məqsədlərə istiqamətlənmiş müdrik siyasəti nəticəsində Afrika qitəsi ölkələri ilə münasibətlərin daha da inkişaf etdirilməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi prosesi davam edir. Bu əlaqələrdə ölkəmizin milli mənafeyinə uyğun yeni hədəflər müəyyənləşdirilib. Hazırda Azərbaycanla Afrika qitəsi ölkələri arasında iqtisadiyyat, neft-qaz, mədənçilik, müdafiə sənayesi, minatəmizləmə, təhsil sahələrində, eləcə də humanitar yardımların həyata keçirilməsi və “ASAN xidmət” modelinin Afrika ölkələrində tətbiqi istiqamətlərində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. 

Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə maraq göstərən Afrika ölkələrindən biri də Qvineya-Bisaudur. Bu ölkə ilə diplomatik münasibətlər 1992-ci il avqustun 27-də qurulub. Qvineya-Bisau Respublikasının Prezidenti Umaro Moktar Sissoko Embalo ötən ilin noyabrında COP29-da iştirak etmək üçün Azərbaycanda səfərdə olub və Prezident İlham Əliyev ilə görüşüb. Görüş zamanı iqtisadi, neft-qaz, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq, tibb və mühəndislik sahələrində kadr hazırlığı, polis akademiyaları arasında əməkdaşlıq kimi məsələlər müzakirə olunub. Bundan başqa, ötən il dekabrın 2-4-də Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereyra ölkəmizə səfəri zamanı Azərbaycan Prezidenti tərəfindən qəbul edilib. Səfər çərçivəsində o, Xarici İşlər, Daxili İşlər, Səhiyyə, Təhsil, Müdafiə, Energetika nazirlikləri, “ASAN xidmət”də və SOCAR-da görüşlər keçirib. Görüşlərdə dövlət başçılarının tapşırıqlarına uyğun olaraq, müvafiq sahələrdə, xüsusilə tibb, enerji, müdafiə sənayesi istiqamətlərində əməkdaşlıq, həmçinin Daxili işlər nazirlikləri arasında əməkdaşlığa dair məsələlər müzakirə olunub. Səfər zamanı iki ölkənin Xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmi təsis olunub. Qvineya-Bisau Respublikasının Prezidenti Umaro Moktar Sissoko Embalonun Azərbaycana səfəri əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, maraq doğuran məsələlərə dair müzakirələrin aparılması və razılaşmaların əldə edilməsi baxımından mühüm əhəmiyyət daşıyacaq. Azərbaycan ilə Qvineya-Bisau arasında əlaqələr əsasən BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində davam etdirilir. Qvineya-Bisau Respublikası İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. İƏT çərçivəsində Azərbaycanla bağlı qəbul edilən qətnamələrə Qvineya-Bisau dəstək göstərib. Xatırladaq ki, Azərbaycan koronavirus pandemiyası ilə qlobal mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə Qvineya-Bisauya 2020-ci ildə 100 min ABŞ dolları həcmində yardım göstərib. Sadalanan faktlar onu deməyə əsas verir ki, Azərbaycanın əməkdaşlıq üçün yeni istiqamət olan Afrika ölkələri ilə əlaqələri gələcəkdə daha geniş sahələrdə əhatələyərək dinamik inkişaf edəcək.


Millət vəkili Sevinc Hüseynova deyib ki, ölkəmizin xarici siyasət kursunda dünya ölkələri ilə siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq vacib yer tutur. Bu mənada ölkəmiz Şərq və Qərb, Şimal və Cənub arasında mühüm körpü rolundadır. Deputat qeyd edib ki, Azərbaycan ədalətli və bərabərhüquqlu əməkdaşlıq səviyəsində Afrika qitəsində yerləşən ölkələrlə də qarşılıqlı əlaqələrin qurulmasında maraqlıdır: 


“Bu xüsusda Azərbaycanla Afrika qitəsində yerləşən dövlətlər arasında münasibətlər mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələri genişləndirmək niyyətindədir. Artıq bu əlaqələr yeni mərhələyə yüksəlib. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan beynəlxalq əlaqələr bu baxımdan olduqca təsirlidir. Azərbaycan özünün inkişaf konsepsiyası və zəngin təcrübəsi ilə Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməyi proqnozlaşdırır. Qoşulmama Hərəkatının (QH) üzvləri hər zaman Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan əməkdaşlıq yarada biliblər. Azərbaycan da öz növbəsində Afrika ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıqda maraqlı olub və bu ölkələrə öz dəstəyini göstərib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Fevral 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see336

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see223

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see220

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see176

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see142

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see141

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see138

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see136

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see136

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see132

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see127

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see125

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhərinə gəliblər

15 Oktyabr 2025 18:02see125

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see123

7 milyard ayrıldı, Ukraynada 500 sığınacaq qurulur

15 Oktyabr 2025 01:22see122

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see122

Şarm əl Şeyx sammiti: Yaxın Şərq üçün yeni tarix

15 Oktyabr 2025 12:20see121

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see120

ABŞ də şatdauna son qoymaq cəhdi növbəti dəfə nəticəsiz qaldı

15 Oktyabr 2025 04:46see120

ABŞ Senatı respublikaçıların maliyyə qanun layihəsini səkkizinci dəfə rədd edib

15 Oktyabr 2025 03:14see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri