Icma.az
close
up
RU
Estetik əməliyyatın gizli riski Psixiatrdan VACİB AÇIQLAMA

Estetik əməliyyatın gizli riski Psixiatrdan VACİB AÇIQLAMA

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Estetik əməliyyatlar günümüzdə geniş yayılmış tendensiyaya çevrilib. İnsanlar müxtəlif səbəblərdən – özgüvən artırmaq, sosial mühitdə daha yaxşı görünmək və ya sadəcə özlərini xoşbəxt hiss etmək üçün plastik cərrahiyəyə müraciət edirlər. Ancaq bu müdaxilələrin psixoloji və emosional nəticələri bəzən gözlənildiyindən fərqli ola bilər.

Görəsən, estetik əməliyyatlar həqiqətən insanları xoşbəxt edir, yoxsa bu, sadəcə sosial təsirlərin yaratdığı müvəqqəti bir ehtiyacdır?

Ölkə.az xəbər verir ki, Yenisabah.az psixiatr Azər Bağırovla plastik əməliyyatların insan psixologiyasına təsirini müzakirə edib. Mütəxəssis bildirib ki, bəzi estetik əməliyyatlar var ki, insanın görünüşünə əhəmiyyətli dərəcədə təsir edir:

“Xüsusilə burun əməliyyatı, üz cizgilərini dəyişdirdiyi üçün ən çox nəzərə çarpan plastik müdaxilələrdən biridir. Bu cür əməliyyatlardan sonra insanlar bəzən gözlədikləri nəticəni əldə edə bilmədikdə psixoloji problemlərlə qarşılaşırlar. Bəzi hallarda bu, hətta depressiya və ya özgüvən itkisi kimi ciddi problemlərə səbəb ola bilər. Eyni zamanda, əməliyyatdan sonra bəzi pasiyentlərdə tənəffüs problemləri yarana bilər ki, bu da onların rahatlığını və həyat keyfiyyətini aşağı sala bilər. Nəticədən narazı qalan insanlar təkrar əməliyyata ehtiyac duyur və bu dövr bəzən bir neçə dəfə təkrarlana bilər.

Lakin burada vacib məqam ondan ibarətdir ki, bəzi insanlar heç bir funksional və ya estetik problem olmamasına baxmayaraq, nəticədən məmnun qalmırlar. Xüsusilə bədən dismorfik pozuntusuna malik şəxslər bir neçə dəfə plastik cərrahiyə əməliyyatı keçirsələr də, ideal saydıqları görünüşə çata bilmədikləri üçün narazılıq hiss edirlər. Bu cür vəziyyətlərdə, inkişaf etmiş ölkələrdə plastik əməliyyata müraciət edən şəxslər öncədən psixoloji qiymətləndirmədən keçirilir. Əgər dismorfik pozuntu aşkar edilərsə, həmin şəxsin əməliyyat olunmasına icazə verilmir, çünki bu vəziyyət cərrahiyə yolu ilə həll edilə bilməz və psixoloji dəstək tələb edir”.

Psixiatr onu da vurğulayıb ki, hazırda insanlar estetik müdaxilələrə yalnız özlərini xoşbəxt etmək üçün deyil, başqalarının onları bəyənməsi üçün də müraciət edirlər:

“Sosial medianın geniş yayılması və burada təqdim olunan ideal gözəllik standartları insanlarda müəyyən komplekslər yaradır. Bir çox insan gözəllik anlayışını sosial mediada gördükləri filtrlənmiş və dəyişdirilmiş görüntülərlə müqayisə edir. Bu isə reallıqdan uzaq gözləntilərin formalaşmasına və nəticə etibarilə estetik prosedurlara olan marağın artmasına səbəb olur. Bununla yanaşı, sosial media platformalarında paylaşılan postların bəyənilməsi ilə beyində dopamin ifraz olunur və bu, insanda müvəqqəti xoşbəxtlik hissi yaradır. Ancaq bu hiss uzunmüddətli olmur və insanlar daha çox diqqət çəkmək üçün yenidən estetik müdaxilələrə ehtiyac duyurlar. Nəticədə sosial media asılılığı və maddi dəyərlərə yönəlmiş bir xoşbəxtlik anlayışı formalaşır ki, bu da insanın mənəvi rahatlığına zərər verə bilər”.

Ekspertin sözlərinə görə, xoşbəxtliyin davamlı olması üçün insanın özünü tanıması və gözləntilərini doğru müəyyənləşdirməsi vacibdir:

“Hər kəs üçün doğru anlayışı fərqlidir və bu, sosial mühitin təsiri olmadan, fərdi istəklər və daxili dəyərlər əsasında müəyyən edilməlidir. İnsan özünü başqalarının gözündən deyil, öz daxili hisslərinə əsasən qiymətləndirməlidir. Ancaq bu yolla real və uzunmüddətli xoşbəxtlik əldə etmək mümkündür”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:287
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Fevral 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri