Azərbaycan Prezidenti telekanallara müsahibəsində Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini bölüşüb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini bölüşüb.
APA xəbər verir ki, dövlətimizin başçısı bildirib: “Biz çox şadıq ki, Suriyada dəyişikliklər baş verdi və bu münasibətlə Türkiyə ilə Suriyanın yeni hökuməti arasında mövcud olan əlaqələr, əlbəttə ki, bizi də çox sevindirir. Çünki Suriya Türkiyə ilə həmsərhəd olan ölkədir və hər bir ölkə öz sərhədlərinin kənarında vəziyyəti sabit görmək istəyir”.
Prezident vurğulayıb ki, Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır. “Biz də Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir”, - deyə dövlətimizin başçısı əlavə edib.
Azərbaycan Prezidenti, eyni zamanda, İsrail-Fələstin məsələsində də mövqeyimizin dəyişməz olaraq qaldığını söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 07 Yanvar 2025 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















