Icma.az
close
up
RU
Azərbaycan Prokurorluğu hər zaman qanunçuluğun keşiyindədir ŞƏRH

Azərbaycan Prokurorluğu hər zaman qanunçuluğun keşiyindədir ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 1 oktyabr, AZƏRTAC

Azərbaycan Prokurorluğunun yaranmasının 107-ci ili tamam olur. Bu illər ərzində prokurorluq orqanları daha da təkmilləşdirilmiş, yeni qanunvericilik aktları qəbul olunmuş, ölkəmizin yeni inkişaf mərhələsində, irimiqyaslı və qlobal əhəmiyyətə malik hədəflərin həyata keçirilməsi istiqamətində böyük məsuliyyət və peşəkarlıqla fəaliyyətini qurmaq üçün bütün qüvvələrini səfərbər edib. Bu gün Azərbaycan Prokurorluğu yeni inkişaf mərhələsinə qədəm qoyub. Prokurorluq işçiləri Vətənə və xalqa sədaqətlə xidmət etməyə, respublikamızın davamlı inkişafı, beynəlxalq aləmə inteqrasiyası naminə və qanunçuluğun keşiyində ayıq-sayıq dayanmaqla öz üzərilərinə düşən vəzifələrin həyata keçirilməsində xüsusi fəallıq göstərirlər. Prokurorluğun fəaliyyətinin daha da müasirləşdirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılması, insan hüquq və azadlıqlarının müdafiəsi, ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin daha da möhkəmlənməsi qarşıya qoyulan prioritet vəzifədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Tanınmış hüquqşünas deyib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 1998-ci il 17 iyul tarixli Sərəncam imzalamışdır. Həmin vaxtdan başlayaraq hər il 1 oktyabr Prokurorluq İşçilərinin Peşə bayramı kimi təntənəli şəkildə qeyd edilir: “Azərbaycan dövlət müstəqilliyin bərpa etdikdən sonra, xüsusilə 1993-cü ilin ikinci yarısından başlayaraq Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi yenidənqurma siyasətinin nəticəsi olaraq, Azərbaycan Prokurorluğu müasir, demokratik qurum kimi tamamilə yenidən formalaşdırıldı və dövlətçiliyimizin əsas sütunlarından birinə çevrildi. Ölkəmizdə aparılan genişmiqyaslı islahatlar məhkəmə-hüquq sistemində də özünü büruzə verdi. Həmin vaxtdan etibarən, bir əsrdən artıq müddətdə prokurorluqda, xüsusilə də müstəqillik illərində ölkənin hüquq sistemini beynəlxalq standartlara uyğun istiqamətləndirilməsi yolunda mühüm islahatlar aparıldı.

Ölkə həyatının bütün sahələrində, o cümlədən dövlət idarəçiliyində həyata keçirilən mütərəqqi islahatlardan söhbət açan Ç.Qənizadə deyib ki, əldə edilmiş möhtəşəm uğurlar və mövcud sürətli inkişaf prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr qoydu. Prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrildi. Həmin illərdə əldə edilmiş möhtəşəm uğurlar və mövcud sürətli inkişaf prokurorluq orqanlarının qarşısında bir dövlət qurumu kimi mühüm vəzifələr qoydu.

Ç.Qənizadə Prezident İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquq və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasətindən də söhbət açaraq bildirib ki, Azərbaycan digər sahələrlə yanaşı cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində öz təcrübəsini bölüşən bir ölkəyə çevrilib: “Dövlətimizin başçısının 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi onun prokurorluğun fəaliyyəti ilə bağlı müəyyən etdiyi standartları həyata keçirmək üçün prokurorluq orqanları qarşısında mühüm vəzifələr qoydu. Ölkə Prezidenti tərəfindən göstərilən böyük etimadın təzahürü olan bu mühüm sənəd prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi yollarını müəyyənləşdirən proqram kimi hazırda da əhəmiyyətli rol oynayır. 2020-ci ildən başlayaraq, prokurorluq orqanlarına müasir dünyagörüşlü, bilikli və dövlətçilik ideyalarına sadiq gənc hüquqşünasların test üsulu ilə işə qəbulu prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsinə təkan verib. Son illərdə qadınların hüquq-mühafizə, prokurorluq orqanlarında işləməyə xüsusi maraq göstərməsi hüquq-mühafizə orqanlarına işə qəbul zamanı yaradılan şəffaflığın və demokratik ab-havanın nəticəsidir. Statistik məlumatlar da təsdiqləyir ki, xanımların prokurorluq orqanlarına işə qəbulunun sayı ildən-ilə artır”.

Tanınmış hüquqşünas deyib ki, prokurorluq orqanlarına qəbul olan qadınlar təkcə Bakıda deyil, hətta iqlim şəraiti sərt olan bölgələrdə də fəaliyyət göstərirlər. Baş prokuror Kamran Əliyev də qeyd edib ki, qadınların hüquq-mühafizə, prokurorluq orqanlarında fəaliyyəti olduqca vacibdir. Onlar işə münasibətilə seçilir və daha ədalətli olmağa çalışırlar. Dövlət siyasətinə uyğun olaraq xanımların prokurorluq orqanlarında daha çox işə qəbul olması və karyera inkişaflarını diqqətdə saxlayacağıq. Hazırda mühüm rəhbər vəzifələrdə - idarə rəisi, idarə rəisinin müavini, şöbə rəisi, rayon prokuroru və rayon prokurorunun müavini işləyən xanımların sayı ildən-ilə artır.

Ç.Qənizadə prokurorluq orqanları əməkdaşlarının qarşısına qoyulan mühüm vəzifələrdən birinin də korrupsiya və rüşvətxorluğa qarşı daha geniş miqyasda qətiyyətli və sistemli mübarizə aparılması, mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürünün qarşısının alınması və onu doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi olduğunu vurğulayıb. Deyib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Prokurorluğu qarşısında yeni və olduqca mühüm vəzifələr qoyulub. Dövlətin təhlükəsizliyinə qəsd edən cinayətlərə qarşı mübarizənin gücləndirilməsi, dövlətçiliyin daxili və xüsusən də xarici təhdidlərdən müdafiəsi, dövlətə və dövlətçiliyə sadiq gənc hüquqşünasların yetişdirilməsi, onların prokurorluq orqanlarında şəffaf prosedurlar əsasında işə qəbul edilməsi, müasir dövrün tələbinə uyğun olaraq prokurorluq əməkdaşlarının rəqəmsal savadlılığının artırılması, layiqli kadrların vəzifələrdə irəli çəkilməsi və digər amillər layiqincə yerinə yetirilir.

“Olduqca sadə, kifayət qədər təcrübəli, savadlı və tələbkar Baş prokuror Kamran Əliyevin rəhbərliyi altında Azərbaycan Prokurorluğu orqanı əməkdaşları bu gün də qanunlarımızın keşiyində ayıq-sayıq durmaqda davam edirlər. Fürsətdən istifadə edib prokurorluq orqanı əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edirəm”, –deyə Çingiz Qənizadə bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri