Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Müasir Azərbaycan Prokurorluğu tarixində Heydər Əliyevin rolu

Müasir Azərbaycan Prokurorluğu tarixində Heydər Əliyevin rolu

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Respublikamız 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra digər dövlət qurumları kimi, Azərbaycan Prokurorluğu da qanunun aliliyini ehtiva edən milli dövlətçilik prinsiplərinə uyğun olaraq fəaliyyət göstərməyə başladı. Lakin müstəqilliyin bərpasının ilk illərində bunu tam həyata keçirmək mümkün olmadı. Çünki istər Ayaz Mütəllimovun, istərsə də AXC-Müsavat hakimiyyəti dövründə bir tərəfdən Ermənistanın işğalçı hücumları, digər tərəfdən daxili hakimiyyət çəkişmələri hüquqi islahatların, qanunçuluğun keşiyində duran orqanların şəffaf və sabit fəaliyyətini əngəlləyirdi. 

1993-cü ilin iyunuda ümummilli lider Heydər Əliyev xalqımızın çağırışına səs verib Bakıya gəldi və bir neçə gündən sonra Milli Məclisə rəhbərlik etməyə başladı. Çox qısa bir vaxtdan sonra isə xalqın iradəsilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyev ölkədə hakimiyyət uğrunda xalqı vətəndaş müharibəsinə sürükləməkdən belə çəkinməyən klanların söykəndikləri güc mərkəzlərini aradan qaldıraraq şaquli dövlət strukturu qurdu, subordinasiya qaydalarına əsaslanan hakimiyyət qurdu və parlamenti hakimiyyətin qanunverici qolu kimi saxlayaraq, Azərbaycanda güclü icra hakimiyyətinə malik prezident respublikasına keçdi. Məhz bundan sonra, dövlətin bütün strukturları, o cümlədən prokurorluq orqanlarında da yeni bir intibah dövrü başlandı.

Əslində bu dövr heç də asan, ağrısız və sabit keçmədi, əksinə, xalqın dəstəyini tam itirən və hakimiyyətlərindən məhrum olmaları ilə barışmaq istəməyən müxalif siyasi qüvvələr hər addımda ölkədə ictimai-siyasi sabitlik yaratmaq istəyən Prezident Heydər Əliyevə maneələr yaratmağa, erməni separatçı qüvvələri tərəfindən torpaqlarımızın zəbtinin qarşısının alınmasında Prezidentə dəstək olmaq əvəzinə, dağıdıcı fəaliyyət göstərərək ölkəni xaosa sürükləməyə cəhd etdilər. 

Belə bir dövrdə hüquq-mühafizə orqanları, o cümlədən prokurorluq ulu öndərin siyasi xəttinə sədaqət nümayiş etdirərək dövlətçiliyin qorunmasında prinsipial mövqe göstərməyə başladı. 1994-cü ilin oktyabrında “OMON” deyilən DİN-in bədnam xüsusi təyinatlı polis dəstəsi tərəfindən silahlı qiyam qaldırılanda prokurorluq orqanlarının tam əksər heyəti Ümummilli liderin çağırışı ilə on minlərlə mülki əhali ilə birlikdə Prezident Aparatı qarşısında toplaşaraq qiyamın qarşısını almaqda qətiyyət nümayiş etdirdi. 

Məhz həmin hadisələr zamanı adıçəkilən qiyamçı dəstənin bir qrupu Baş Prokurorluğun inzibati binasına da silahlı basqın edərək, binaya ziyan vurmuş, hətta sabiq baş prokuroru fiziki təzyiqə məruz qoymuşdu. Bilavasitə, Ümummilli lider Heydər Əliyevin qətiyyətli müdaxiləsilə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qiyamın qarşısı alınmış, aidiyyati təqsirkar şəxslər məsuliyyətə cəlb olunmuş, prokurorluğun normal fəaliyyəti bərpa edilmişdi.

Əlbəttə, postsovet Azərbaycanının tarixində hüquq-mühafizə orqanları rəhbərlərinin həyatına sui-qəsd edilməsi halları əvvəllər də baş vermişdir. 1970-ci illərdə yaşamış nəsillərin yaddaşında yaxşı qalmış olar: 1978-ci ildə kabinetlərində cinayətkarla üz-üzə qalıb, mövqeyindən çəkilməyib qəhrəmancasına həlak olan sabiq daxili işlər naziri Arif Heydərov və müavini Səlahəddin Kazımovun, eləcə də 1991-ci ildə silahlı erməni separatçı qüvvələri tərəfindən hücuma məruz qalacaqları ehtimalına baxmayaraq, hərbi helikopterlə Qarabağ bölgəsinə gedərək mənfur düşmənin namərdcəsinə atəşilə qəhrəmancasına həlak olmuş Məhəmməd Əsədov və İsmət Qayıbovun cəsarətləri bu gün də ehtiramla anılır. Hüquq-mühafizə orqanlarının o mərd rəhbər nümayəndələrinin tarixi qəhrəmanlığı yeni nəsil cəsur prokurorluq, polis əməkdaşlarının yetişməsində mühüm rol oynamışdır və bu gün də onların yolunu davam etdirən qanun keşikçilərimiz var. Lakin belə qəhrəmanlıq nümunələri ilə yanaşı hüquq-mühafizə orqanlarının üzərinə kölgə salan bədnam adamlar da olub...

1994-ilin oktyabr hadisələrindən sonra prokurorluğa rəhbərlik Eldar Həsənova həvalə edildi və faktiki olaraq o, 2000-ci ilin aprelinədək həmin vəzifəni icra etdi. Az bir müddətdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi və iştirakı ilə hazırlanan müstəqil dövlətimizin Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi-referendum yolu ilə qəbul olundu. Bu ali sənəddə prokurorluğun fəaliyyətinə aid xüsusi bir maddə - 133-cü maddə daxil edildi. Bu maddə ilə məhkəmə hakimiyyəti sistemində prokurorluğun yeri müəyyənləşdirildi, onun təşkili və fəaliyyət prinsipləri, vəzifələri, səlahiyyətləri dürüstləşdirilərək prokurorluq orqanlarının fəaliyyətinə konstitusion status verildi. 

Amma Heydər Əliyevin prokurorluğa diqqəti bununla bitmədi. Məhz Prezident Heydər Əliyev 17 iyul 1998-ci ildə 1 oktyabrın Prokurorluq İşçilərinin Peşə Bayramı günü kimi qeyd olunması haqqında sərəncam imzaladı. Elə həmin il Ümummilli lider prokurorluğun yaradılmasının 80 illiyi tədbirində şəxsən iştirak etdi. 

1994-2000-ci illərdə prokurorluğun əməkdaşları ölkədə bir çox ağır cinayətlərin üstünü açaraq uğurlu istintaq apamış, üzərlərinə düşən vəzifələri layiqincə icra etmişlər. Etiraf etmək lazımdır ki, bu fəaliyyətimizdə daima ulu öndər Heydər Əliyevin dəstəyi mühüm rol oynamışdır. 

Lakin prokurorluğun qısa müddətdə uğurlu işlərindən və müvəffəqiyyətlərindən baş gicəllənməsinə uğramış sabiq baş prokuror Eldar Həsənov bir sira ciddi səhvlərə yol vermiş, təqsirsizlik prezumsiyası prinsiplərini kobud şəkildə pozaraq, hansısa maraqları səbəbindən konkret cinayətlərə aidiyyatı olmayan şəxslərin məsuliyyətə cəlb olunmaqla azadlıqdan məhrum edilməsinə şərait yaratmışdır. Bu baxımdan təkcə akademik Ziya Bünyadovun qətlə yetirilməsi işində siyasi oyunlar quraraq, DİN-nin İsintaq idarəsinin sabiq rəisi Nizami Qocayevin qanunsuz olaraq məsuliyyətə cəlb olunması işini yada salmaq kifayətdir. Etiraf edim ki, vaxtilə həmin iş üzrə istintaqçılar barədə xidməti araşdıma apardığımdan bu barədə məlumatlarım dəqiqdir. 

Prokurorluğun həmin dövrdəki fəaliyyətində müsbət işlərə baxmayaraq, neqativ nöqsanlar barədə yetərincə məlumatlandırılan Ümummilli lider Heydər Əliyev 2000-ci ilin aprelində Eldar Həsənovu tutduğu vəzifədən azad etdi. Həmin günlərdə Prezident Aparatında keçirilən müşavirədə Prezident Heydər Əliyev proqram xarakterli çıxışında prokurorluqdakı neqativ halları geniş təhlil edərək yeni təyin olunan Baş Prokuror Zakir Qaralova konkret tapşırıqlar verdi. Məhz həmin müşavirədəki tövsiyə və göstərişlərin icrası ilə baglı aparılmış islahatlar nəticəsində prokurorluğun strukturu tam yenidən qurularaq, müasir prokurorluq mütərəqqi normativ-hüquqi fəaliyyət göstərən sivil və çevik bir dövlət təsisatına çevrilmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, adıçəkilən müşavirədən bir müddət sonra prokurorluqda həyata keçirilən geniş tədbirlər nəticəsində nöqsanlar aradan qaldırıldı, konkret şəxslər məsuliyyətə cəlb olunaraq, eyni zamanda əvvəllər təqiblərə məruz qalan təqsirsiz şəxslər barədə müvafiq qərarlar qəbul olundu. Məsələn, Ziya Bünyadovun qətlinin bütün iştirakçılari müəyyən edilərək məhkum olunmuş, bu cinayətə heç bir aidiyyatı olmayan Nizami Qocayev həbsdən azad edilərək barəsində cinayət işinə xitam verilmiş, hüquqları bərpa olunaraq hüquq-mühafizə orqanlarına xidmətə bərpa edilmişdir. Prokurorluğun kadr heyətində təmizləmələr aparılmış, cəmiyyətdə rezonans doğuran çoxsaylı cinayətlərin üstü açılmışdır. 

Məhz bu islahatlardan məmnunluğunu ifadə edən ümummilli lider Heydər Əliyevin dediyi “Azərbaycan prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan prokurorluğuna inanıram, güvənirəm və arxalanıram!” sözləri prokurorluq əməkdaşları üçün ciddi mənəvi stimul olmuşdir. 

“Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” 1999-2001-ci illərdə qəbul olunmuş qanunlar, Cinayət-Prosessual Məcəllə və digər normativ hüquqi aktlarla prokurorluğun yeni statusunun, hüquq, vəzifə və funksiyalarının, onların həyata keçirilmə vasitələrinin müəyyən edilməsi də prokurorluğun fəaliyyətinin yeni zamanın tələbləri səviyyəsində fəaliyyətinə və inkişafına güclü təkan verdi. Ümummilli liderin layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərlik etdiyi dövrdə də prokurorluq orqanları öz fəaliyyətində müsbət tendensiyanı davam etdirərək, ölkədə qanunların qorunmasına xidmətini sədaqətlə davam etdirmişdir.

Prokurorluq orqanları əməkdaşları Zakir Qaralovun, 2020-ci ildən isə Kamran Əliyevin rəhbərliyi ilə Heydər Əliyev irsinə daim sadiq qalaraq, prokurorluqdakı islahatları daha də dərinləşdirir, korrupsiyaya və cinayətkarlığa qarşı mübarizədə ön cərgədə olmaqla üzərlərinə düşən bütün vəzifələrin icrasını vicdanla yerinə yetirməyə var güclərilə çalışırlar.

Müqəddəs SULTANOV, 
3-cü dərəcəli dövlət ədliyyə müşaviri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyun 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri