Icma.az
close
up
RU
Azərbaycan prosesləri çox məharətlə və peşəkarlıqla yönləndirir Aqşin Kərimov

Azərbaycan prosesləri çox məharətlə və peşəkarlıqla yönləndirir Aqşin Kərimov

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, 3+3 formatında toplantı ya Ermənistanda, ya da Azərbaycanda keçiriləcək. 

Bəs 3+3 formatında növbəti toplantının məqsədi nədən ibarətdir?

Redaktor.az-a mövzu haqqında danışan politoloq Aqşin Kərimov bildirdi ki, 3+3 formatının yenidən canlandırılması Azərbaycanın müəyyən etdiyi gündəliyin irəli aparılması baxımından xüsusi əhəmiyyət kəsb edir:

"Lakin 3+3 formatının artıq 2020-ci il müharibəsindən dərhal sonrakı xarakteri bir qədər dəyişmiş olacaq. Çünki 3+3 formatı artıq regionda yaranmış postmüharibə dövrünün reallıqları fonunda fərqli bir regional əməkdaşlıq modelinin tərtib edilməsinə əsaslanır. O baxımdan ki, artıq Gürcüstanın da bu prosesə qoşulması ehtimalları güclənir. Ən azından ona görə ki, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında əldə edilmiş razılıqlardan sonra Gürcüstan regional layihələrdən kənarda qalmaq niyyətində deyil. Əvvəllər 3+3 formatına o, Rusiya faktoruna görə etiraz edirdisə, bundan sonra bu etirazları bir qədər yumşaldıb, ən azından görüşlərdə uzlaşdırıcı mexanizmlər tapılması üçün iştirak edə bilər. 3+3 formatı ilə bağlı başqa bir məqam isə İranın Zəngəzur dəhlizi layihəsinə əvvəlki kimi güclü müqavimət göstərə bilməməsi fonunda qiymətləndirilməlidir. Çünki İran artıq regional əməkdaşlıqdakı iqtisadi-ticarət əməliyyatları özünün aktivinə yazdırmaqdan ötrü məcburdur ki, bu platformanı dəstəkləsin".

Politoloq vurğuladı ki, 3+3 formatında görüşün harada keçiriləcəyindən daha çox, onun gələcəkdə hansı proseslərə təkan verəcəyi diqqətə alınmalıdır:

"Azərbaycan bu prosesləri çox məharətlə və peşəkarlıqla yönləndirir, idarə edir. Azərbaycanın tərəfdaşlıq siyahısının genişlənməsi, onun strateji müttəfiqi Türkiyə ilə yeni mexanizmlərin hazırlaması bu proseslərdə yeni istiqamətlərin açılacağından xəbər verir".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Noyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri