Icma.az
close
up
RU
Azərbaycan xalça sənətinin Lətif Kərimov zirvəsi

Azərbaycan xalça sənətinin Lətif Kərimov zirvəsi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq arasında belə bir deyim var ki, Şuşa torpağında dünyaya göz açan hər kəs istedadlı və sənətə meyilli olmağa məcburdur. Bu qədim diyarın havası, suyu  sanki dahi şəxsiyyətlər yetişdirmək üçün yaradılmışdır. Mir Möhsün Nəvvabın çoxşaxəli yaradıcılığı, Cabbar Qaryağdıoğlunun, Xan Şuşinskinin və Bülbülün bənzərsiz sədası, Üzeyir Hacıbəyovun musiqi dühası, Xan qızı Natəvanın zərif poeziyası ilə zənginləşən bu mühit Azərbaycan mədəniyyətinin intibah mərkəzidir. Azərbaycan təsviri sənətinin böyük ustası, Xalq rəssamı, xalçaşünas alim Lətif Kərimov da sənət məbədi sayılan bu məkanda dünyaya göz açmışdır.                                          

Lətif Kərimovun sənətkar taleyi məhz sənət beşiyi sayılan Şuşada başlamışdır. Bu şəhərdə demək olar ki, hər evdə bir xalça dəzgahı var idi. Şuşada varlı insanların evlərinin interyeri bu xalçalar vasitəsilə bəzədilirdi. Onlar çox nadir hallarda satılırdı.                            

Balaca Lətif hələ 4-5 yaşlarında olarkən anasının toxuduğu xalçaya ilk düyününü vurmuşdu. Uşaq barmaqları ilə vurulan bu kiçik düyün gələcəkdə sənətkarın əllərindən çıxacaq yüz minlərlə mükəmməl naxışın başlanğıcı idi. Onun on dörd yaşı olanda artıq anası üçün xalça eskizləri çəkirdi.   

Ailəsi ilə birlikdə Məşhədə köçən sənətkar burada Mirzə Ələkbər Hüseynzadənin emalatxanasında fəaliyyətə başladı. O, bu emalatxanada pillə-pillə yüksələrək iplik sarımaqdan xalça eskizlərinin yaradılmasına qədər ucalmışdı. Xalçaçı-rəssam Cənubi Azərbaycanın müxtəlif şəhərlərini gəzərək xalça toxuma sənətinin sirlərinə dərindən yiyələnmişdi. Onun peşəkarlıq zirvəsinə gedən yolda məşhur ustad Behzad Təbrizinin emalatxanasındakı fəaliyyəti isə həlledici rol oynamışdı. Beləliklə, Lətif Kərimov xalça sənətinin  sirlərinə yaxından agah olmuş, Şərq ornament sənətinin əsaslarına sözün əsl mənasında yiyələnmişdi. Behzad Təbrizi Lətif Kərimovun istedadına elə böyük etimad göstərirdi ki, hətta şah üçün nəzərdə tutulan böyük xalının yaradılmasını məhz ona həvalə etmişdi. Artıq sənətkarın nüfuzu o qədər artmışdı ki, təcrübəli ustalar məsləhət üçün ona müraciət edirdilər.  

Vətənə qayıdan Lətif Kərimov 1930-cu ilin əvvələrində “Qarabağ Xalça” idarəsində rəssam-təlimatçı kimi fəaliyyətə başlamış, milli xalça sənətimizin inkişaf tarixində böyük bir çevrilişin əsasını qoymuşdu. Onun təşəbbüsü ilə Şuşada ilk xalça karxanası açılmış və rəhbərliyi sənətkar özü üstələnmişdi. O, xalçaçılığı fərdi işdən kollektiv yaradıcılığa çevirmişdi. Artıq toxucu dəzgahı arxasında tək usta dayanmır, çeşnilər əsasında bir-neçə insan eyni sənət əsəri üzərində işləyirdi. Sənətkarın təşəbbüsü ilə Bakı, Quba və Qarabağda açılan kurslar vasitəsilə o, qədim sənəti gənc nəsillərə aşılayırdı.                                                                                            

Lətif Kərimovun yaradıcılığı iki əsas istiqamət olan, portret xalçaları və ornamental xalçalar üzrə inkişaf etmişdir. 1934-cü ildə Parisdə uğurla nümayiş etdirilən, Firdovsinin anadan olmasının 1000 illiyinə həsr olunan xalça sənətkarın portret xalçaçılığı sahəsindəki ilk addımı idi. Beləliklə, sənətkarın Şərqin bədii sənət xəzinəsindən ilham almış ustad əllərinin izləri görünən xalçası Azərbaycandan uzaqlarda da böyük rəğbət və maraqla qarşılanmışdı. Xalçaçı-rəssamın İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Hüseyn Cavid və Əcəmi Naxçıvani kimi dahi şəxsiyyətlərin portret xalçalarını yaratması onun sənət dünyasının eyni zamanda dərin bir ədəbi və fəlsəfi köklərə malik olduğunu göstərir. O, seçdiyi hər bir simanın daxili dünyasını, onun yaşadığı dövrün ruhunu ilmələrin dili ilə ifadə etməyə çalışmış və buna nail olmuşdur. Sənətkar ornamental xalçalar sahəsində də mürəkkəb rəng və naxış ustası kimi tanınmış, əsas yaradıcılığını bu sahədə inkişaf etdirmişdir. “Qarabağ”, “Pambıq”, “Xətai” kimi əsərlərində o özünü xalça ornamentinin müqayisəyəgəlməz ustası kimi göstərmişdi.                   

Lətif Kərimovun Nizami Gəncəvinin 800 illik yubileyinə həsr etdiyi “Xəmsə” xalçaları  onun bir çox sənətkar ilə birgə yaratdığı möhtəşəm əsərlər silsiləsidir. Belə ki, o, bu xalçaların eskizlərini görkəmli sənətkarlar olan Kazım Kazımzadə, Qəzənfər Xalıqov, Əmir Hacıyev, Məmməd-Əli Şirinov ilə birlikdə işləmişdir.  Bu xalçalarda şairin “Xəmsə” sinə daxil olan poemalardan götürülmüş  epizodlar təsvir edilmişdir. Poemaların ən dramatik və lirik süjetləri bəhsi keçən sənətkarların fırçasından çıxaraq xalçaların mürəkkəb naxış strukturuna köçürülmüş, sözün qüdrəti ilə rəngin və ilmənin ahəngi bir araya gətirilmişdir.

Lətif Kərimov onun adını daşıyan və dünyada ilk xalça muzeyi olan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin (İndiki Azərbaycan Milli Xalça Muzeyi) yaranmasının təşəbbüsçüsü, yaradıcısı idi. 1967-ci ildə sənətkarın böyük səyi, gərgin zəhməti nəticəsində yaranan muzey çoxsaylı uğurlara imza atmışdır.

Lətif Kərimov təkcə xalçaçılıq sahəsində deyil, dekorativ-tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərmişdir. O, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradıcılarından biri olmuş, tərtibatçılar kollektivində aparıcı rəssam və elmi məsləhətçi kimi iştirak etmişdir.

Lətif Kərimov Vaşinqtonda Tekstil, Londonda Viktoriya və Albert, İstanbulda Topqapı kimi beynəlxalq miqyasda tanınmış muzeylərlə əməkdaşlıq etmiş və elmi məsləhətçi statusuna yüksəlmişdir. Onun bu nüfuzlu mədəniyyət müəssisələri ilə əlaqələri, xüsusilə dünya muzeylərindəki Şərq xalçalarının mənşəyinin dəqiq müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb etmişdir.                     

Lətif Kərimovun xalça sənəti sahəsindəki elmi-yaradıcılıq fəaliyyəti də Azərbaycanın mədəniyyət tarixində müstəsna yer tutur. Onun bu fəaliyyəti Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu ilə sıx bağlı olmuşdur. Sənətkarın böyük səyləri nəticəsində 1945-ci ildə bu institutun tərkibində ayrıca xalça şöbəsi yaradılmışdır. Həmin şöbəyə rəhbərlik edən Lətif Kərimov, xalça sənətinin təkcə praktiki deyil, həm də elmi əsaslarla öyrənilməsini təmin etmişdir. Rəssamın elmi irsinin ən mühüm nümunələri xalça növlərinin və ornamentlərinin sistemləşdirilməsinə xidmət edən “Azərbaycan xalçalarında ornament” kitabı və üçcildli “Azərbaycan xalçası” monoqrafiyasıdır.   

Lətif Kərimov yazır:  “Xalçaşünas o insana demək olar ki, xalça işinin texnoloji xüsusiyyətlərinə dərindən bələd olsun, xalçanın rəng çalarlarını duysun, ilk baxışdan xalçanın ornamental strukturunu və kompozisiyasını başa düşə bilsin, element və detalların mənşəyini, naxışların orijinal və ya surət olduğunu, onların xalq sənətkarları, peşəkar, təcrübəli rəssamlar, yaxud təcrübəsiz, naşı adamlar tərəfindən yerinə yetirildiyini təyin edə bilsin”. Rəssamın bu fikirləri xalçaşünaslıq elminin sadəcə nəzəriyyədən ibarət olmadığını, bu sahənin həm dərin texniki bilik, həm də yüksək bədii duyum tələb etdiyini ortaya qoyur.

Milli xalça mədəniyyətimiz tarixində özündən sonra dərin iz buraxmış ustad sənətkar Lətif Kərimovun irsi bu gün Azərbaycan Milli Xalça Muzeyində və dünyanın bir çox mədəniyyət mərkəzlərində qorunub saxlanılır. Lakin onun qoyduğu miras təkcə muzey eksponatları və ya rəngarəng xalça eskizləri ilə məhdudlaşmır. Lətif Kərimovun digər böyük xidməti, əsrlər boyu xalq sənətkarlarının yaddaşında pərakəndə şəkildə yaşayan naxış və ornamentləri elmi sistemə salmasıdır. O, xalçaçılıq sənətini sadəcə bir sənətkarlıq növü olmaqdan çıxararaq, onu riyazi dəqiqliyə söykənən bir elm sahəsi olan xalçaşünaslıq səviyyəsinə yüksəltmişdir. Onun yaratdığı məktəb, bu gün həm xalçaçı-rəssamlar üçün bədii mənbə, həm də alimlər üçün mühüm tədqiqat bazası rolunu oynayır.    

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncam, milli xalça sənətimizə və sənətkarın bənzərsiz irsinə dövlət səviyyəsində verilən yüksək qiymətin növbəti təzahürüdür. Bu sərəncam, görkəmli sənətkarın zəngin irsinin yenidən tədqiq olunmasına, onun tərəfindən elmi əsasları qoyulan məktəbin milli xalça sənətimizin tələblərinə uyğun inkişaf etdirilməsinə geniş imkanlar açır.

Şəmsiyyə Zalova
AMEA Naxçıvan Bölməsinin əməkdaşı
Azərbaycan Rəssamlar İttifaqı və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 May 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri