Icma.az
close
up
RU
Azərbaycan Psixoloqlarının I Konqresi keçirildi FOTOLAR

Azərbaycan Psixoloqlarının I Konqresi keçirildi FOTOLAR

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aprelin 12-də Psixologiya Elmi-Tədqiqat İnstitutunda Azərbaycan Psixoloqlarının I Konqresi keçirilib. 

Gununsesi.info xəbər verir ki, psixologiya sahəsində əlamətdar olan vər tarixi əhəmiyyət daşıyan bu tədbir Müasir Azərbaycan Psixoloqları Cəmiyyəti və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı, ali təhsil müəssisələrinin psixologiya kafedraları, dövlət və özəl qurumlarda çalışan psixoloqların dəstəyi ilə ərsəyə gəlib.

Konqres Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə dövlət rəsmiləri, akademik dairələrin tanınmış nümayəndələri, ali təhsil müəssisələrinin professor-müəllim heyəti təmsilçiləri və psixologiya sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.

Konqresin açılışında çıxış edən Milli Məclisin deputatı, Müasir Azərbaycan Psixoloqları Cəmiyyətinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev Azərbaycanda psixologiya elminin təşəkkülündən, bu sahənin inkişaf mərhələlərindən, aparıcı alim və mütəxəssislərin rolundan ətraflı bəhs edib.

O, çıxışında dünya miqyasında psixologiya elminin inkişaf dinamikasına da nəzər salıb. Professor Bəxtiyar Əliyev vurğulayıb ki, Azərbaycanda  psixologiya elmi zəngin  ənənələrə əsaslanır və bu elm cəmiyyətin psixi rifahında, sosial-mənəvi inkişafında strateji əhəmiyyətə malikdir. O, psixoloq və psixiatr arasındakı fərqlərə toxunaraq bu sahədə ictimai maarifləndirmənin zəruriliyini  vurğulayıb.

Daha sonra çıxış edən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov konqresin əhəmiyyətindən danışıb, iştirakçılara təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi institutun fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, institut tərəfindən indiyədək 43 tədqiqat işi həyata keçirilib – onlardan 28-i test adaptasiyasına, 15-i modelləşdirməyə aid olub.  Eyni zamanda 22 tədqiqat məqaləsi beynəlxalq elmi bazalarda indekslənən jurnallarda nəşr edilib. İndiyə qədər tədqiqatlara “Web of Science”da 12, “Scopus”da 10, ümumilikdə 60 istinad olunub.

Konqresdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, professor Rəşad Mahmudov, deputat Nigar Məmmədova, ADPU-nun ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev, Bakı Slavyan Universitetinin kafedra müdiri, professor Piralı Əliyev, Dövlət İdarəçilik Akademiyasının “Rəhbər dövlət idarəçiliyi kadrlarının ixtisasının artırılması” institutunun direktoru, professor Gülnarə Qurbanova, Gəncə Dövlət Universitetinin psixologiya kafedrasının müdiri, dosent Zümrüd Cavadova və ADPU-nun ibtidai təhsil fakültəsinin dekanı, professor Qızxanım Qəhrəmanova tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib, elmi mübadilə və əməkdaşlıq baxımından bu kimi platformaların vacibliyini vurğulayıblar.

Konqres çərçivəsində psixologiya elminin müxtəlif istiqamətlərini əhatə edən panel müzakirələri də keçirilib. Bu müzakirələrdə psixologiyanın təhsil, səhiyyə, idman və sosial həyatdakı rolu, tətbiqi psixologiyanın imkanları və metodoloji yanaşmalar, tədqiqatlar geniş şəkildə təhlil olunub. Müzakirələrdə tanınmış alimlər və praktiki psixoloqlar iştirak edərək sahənin aktual problemləri və gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Panel müzakirələrində prof. Elmar Hüseynov “İdmanda psixoloji xidmət”, dos. Məhərrəm Əliyev “Azərbaycan psixologiyasında metodologiya və metod problemi”, psixoloq Sevil Abbasova “Alfa nəslinin informasiya ilə işləmə xüsusiyyətləri”, psixoloq Ülviyyə Nəhmətova “Psixologiya təhsilinin inkişaf istiqamətləri”, p.ü.f.d Ramil Mirzəyev “Hərbi psixoloji xidmətin aktual məsələləri”, dos. Nurəli Çələbi “Tətbiqi psixologiyanın imkan və perspektivləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Konqresin bağlanış mərasimində çıxış edən professor Bəxtiyar Əliyev tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirərək bu cür tədbirlərin davamlı  keçirilməsinin vacibliyini qeyd edib.

Tədbir konqres iştirakçılarının xatirə şəkli çəkdirməsi ilə yekunlaşıb.









Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Aprel 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri