Azərbaycan qadın güləşçiləri Avropa çempionatını altıncı pillədə başa vurublar
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Albaniyanın paytaxtı Tiranada qadın güləşi üzrə Avropa çempionatı yekunlaşıb. Cəmi beş idmançı ilə təmsil olunan Azərbaycan millisi turniri iki bürünc medalla tamamlayaraq komanda hesabında 54 xal toplayıb və altıncı yerdə qərarlaşıb.
İdman.Biz xəbər verir ki, qitə birinciliyində Ukrayna yığması 193 xalla çempion olub. Türkiyə 122 xalla ikinci, Polşa isə 114 xalla üçüncü pilləni tutub. Heyətin tam olmamasına baxmayaraq, xalçaya çıxan beş güləşçimizdən dördü medallar uğrunda mübarizə aparmağı bacarıb.
Yarışda Azərbaycan yığmasının heyətində Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar. Onlar həlledici qarşılaşmalarda rəqiblərinə qalib gələrək bürünc mükafatlara sahib çıxıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 25 Aprel 2026 02:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















