Cüdoçularımız gənclər arasında Avropa çempionatını uğurla başa vurublar
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 5 sentyabr, AZƏRTAC
Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan milli komandası uğurla çıxış edib.
AZƏRTAC xəbər verir ki, fərdi yarışların son günündə yığmamız 1 qızıl və 2 bürünc medal qazanıb.
Süleyman Şükürov (-90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Finala qədər Fransa, Moldova, Ukrayna və Rusiya idmançılarını məğlub edən cüdoçumuz həlledici görüşdə almaniyalı Konstantin Disteli ipponla üstələyib. Bu, idmançımızın karyerasında gənclər arasında ikinci Avropa çempionluğu olub.
Davud Namazlı (-100 kq) və Ramazan Əhmədov (+100 kq) isə bürünc medal qazanıblar. Təmsilçilərimiz üçüncü yer uğrunda görüşlərdə müvafiq olaraq Niderland idmançısı Leonhard Fransensə və yerli cüdoçu Stefan Koviniçə qalib gəliblər.
Xatırladaq ki, ilk yarış günündə Ayxan Mirzəzadə (-60 kq) və Məhəmməd Musayev (-66 kq) Avropa çempionu adını qazanmışdılar.
Qeyd edək ki, ümumilikdə, milli komandamız gənclər arasında Avropa çempionatını 3 qızıl və 2 bürünc medalla başa vurub. Yığmamız 44 ölkə arasında ümumi komanda hesabında ikinci, oğlanların mübarizəsində isə birinci yeri tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 05 Sentyabr 2026 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















