Icma.az
close
up
RU
Azərbaycan qadını: Onun hüquqları necə qorunur?

Azərbaycan qadını: Onun hüquqları necə qorunur?

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında Azərbaycanda qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin edilməsi sahəsində əldə olunmuş nailiyyətlərdən bəhs olunub.

Bildirilib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra qadın və kişi bərabərliyini təmin etmək üçün müxtəlif qanunlar və proqramlar qəbul edilib:

"Bu sahədə ölkə daxilində aparılan islahatlar qadınların həm ictimai-siyasi, həm də sosial-iqtisadi baxımdan bərabər hüquqlara malik olmasını təmin edir. Qadınların həm özəl, həm də dövlət sektorunda mövqelərə yüksəlməsi üçün dəstək göstərilir. Bu isə təkcə qadınların cəmiyyətdə rolunu artırmır, həm də ölkənin inkişafına müsbət təsir edir. Azərbaycanda 106 il əvvəl qadınlara ölkə parlamentinin formalaşdırılmasında iştirak etmək hüququnun tanınması onların həm ictimai-siyasi, həm də sosial-iqtisadi həyatının ayrılmaz hissəsi kimi qəbul edilməsinə, cəmiyyətdə bərabər hüquqlarla təmsil olunmasına zəmin yaradıb. Son nəticədə qadınlarımız bütün sahələrdə rolunu genişləndirib və tədricən kişilərlə bərabər səviyyəyə çatıb".

Vurğulanıb ki, Azərbaycan qadınlarının ictimai-siyasi, sosial-iqtisadi həyatdakı uğurları ölkədə qadınlara verilən önəmi və dəstəyi əks etdirir. Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr cəmiyyətdə qadınların rolunu yüksəldib. Onların ölkə həyatında daha fəal iştirakını təmin edib:

"Xüsusilə Heydər Əliyev Fondu vasitəsilə irəli sürülən təşəbbüslər qadınlara mədəniyyət və təhsil sahələrində öz istedadlarını və bacarıqlarını sərbəst inkişaf etdirməkdə böyük kömək olur. Son nəticədə qadınlar Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğində böyük rol oynayırlar. Mehriban Əliyevanın fəaliyyəti qadınları həm ictimai-siyasi, həm də sosial-iqtisadi sahələrdə aktiv fəaliyyətə yönəldir, onları bacardıqca yüksək mövqelərə yüksəlməyə sövq edir. Birinci xanımın bütün məsələlərə səmimi və həssas yanaşması, ünvanlanan müraciətləri bacardıqca diqqətində saxlaması zərif cinsin nümayəndələrinin ona inamını gücləndirir, qadın hüquqlarının qorunmasında əvəzsiz rol oynayır".

Əlavə olunub ki, qadınların iqtisadi müstəqillik qazanması və iş dünyasında iştirakının artırılması üçün dövlət xüsusi dəstək layihələri həyata keçirir:

"Bu layihələr çərçivəsində qadınlar üçün iş imkanları genişləndirilir, onların özünü sahibkar kimi realizə etməsinə dəstək verilir. Kiçik və orta bizneslə məşğul olmaq istəyən qadınlara maliyyə dəstəyi, o cümlədən güzəştli kreditlər və qrantlar təklif olunur ki, bu da onların iqtisadi müstəqilliyini təmin edərək onların ailədə, cəmiyyətdə mövqeyini gücləndirir. İş və ailə həyatı arasında balans yaradır. Azərbaycan hökuməti ölkədə ailə institutunun qorunması, inkişaf etdirilməsi üçün qadınlara xüsusi qayğı göstərir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mövcudluğu buna bariz sübutdur. Adıçəkilən qurum ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli şəkildə kompleks həllinə çalışır, bu sahədə dövlət siyasətini və tənzimlənməsini həyata keçirir. Bundan başqa, Azərbaycanda çoxuşaqlı analar və aztəminatlı ailələr üçün sosial yardımlar, müavinətlər verilir. Dövlətin ardıcıl olaraq həyata keçirdiyi yeni təşəbbüslər ölkədə qadınların sosial həyatını daha da yaxşılaşdırır".

Daha ətraflı videomaterialda:

Azərbaycan qadını: Onun hüquqları necə qorunur?

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Dekabr 2024 01:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri