Icma.az
close
up
RU
Azərbaycan Qahirədə uzunömürlülüklə bağlı beynəlxalq konfransda təmsil olunub

Azərbaycan Qahirədə uzunömürlülüklə bağlı beynəlxalq konfransda təmsil olunub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qahirə, 5 may, AZƏRTAC

Mayın 4-5-də Qahirədə Amerika Universitetində Uzunömürlülük üzrə Qlobal Kohort Araşdırmalar Şəbəkəsinin (GSCNS) “Uzunömürlülüyün sirlərini açmaq: sağlam uzunömürlülük” şüarı ilə birinci beynəlxalq konfransı keçirilib. Hibrid formada təşkil olunan beynəlxalq konfransda Azərbaycan, Misir, Gürcüstan, ABŞ və digər ölkələrdən mütəxəssislər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirə fəxri qonaq qismində dəvət olunan Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov çıxışında konfransın mövzusunun maraqlı və aktual olduğunu qeyd edib. Bildirib ki, konfransda Azərbaycandan böyük nümayəndə heyətinin iştirakı heç də təsadüfi deyil. Uzunömürlülük fenomeni təbii sərvətlərlə zəngin Azərbaycan üçün xarakterikdir və ölkəmizdə bunun üçün münasib şərait mövcuddur.

Misirin “Qızıl illər” Fondunun təsisçisi və rəhbəri Dina Hashish rəhbərlik etdiyi qurumun həyata keçirdiyi təşəbbüslərdən və dünyanı qocalmaq üçün daha yaxşı bir yerə çevirmək üçün fəaliyyətlərdən danışıb.

Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi regional ofisinin elm, informasiya və yayım üzrə direktoru Araş Raşidianın “Şərqi Aralıq dənizi regionunda təsirli, genişmiqyaslı kohort tədqiqatlarının aparılması üçün milli imkanların artırılması üçün ÜST strategiyaları” mövzusunda çıxışı dinlənilib.

Eyni zamanda, tədbirdə uzunömürlülüyü şərtləndirən amillər, eləcə də Azərbaycanda, Misirdə və digər ölkələrdə bu yaş kateqoriyasından olan insanlar üçün dövlət və ictimai təşkilatlar tərəfindən həyata keçirilən proqramlar, qocalmanın demoqrafiyası, neyrodegenerativ xəstəliklər, pəhriz və qidalanmanın uzunömürlülüyə təsiri, uzunömürlülüyün psixoloji və psixiatrik ölçüləri və s. mövzular barədə təqdimatlar edilib.

Məhəmməd Ağazadənin Azərbaycanın uzunömürlülər diyarı Lerik barədə təqdimatı maraqla qarşılanıb. Qeyd olunub ki, Azərbaycanda uzunömürlülük fenomeninin tədqiqi uzun tarixə malikdir. Hələ ötən əsrin 70-ci illərində Azərbaycan sakinləri - Mahmud Eyvazov, Şirəli Müslümov, Məcid Ağayev, Xan Xanım və başqalarının arasında uzunömürlülük fenomeninin tədqiqi əsasında bu işin elmi əsasları qoyulub.

Azərbaycan alimlərindən kiçik elmi işçi Hafiz Osmanovun uzunömürlülüyün molekulyar səviyyədə arașdırması, eləcə də Azərbaycan Tibb Universitetinin dosenti Müşfiq Orucovun “Yaşlanma və uzunömürlülüyün patologiyası”, professor Nigar Kamilovanın “Aktiv uzunömürlülüyün sirləri və Azərbaycanın uzunömürlülərindən həyat keyfiyyəti dərsləri” mövzularında məruzələri konfrans iştirakçılarında maraq doğurub.

Professor N.Kamilova çıxışında uzunömürlülüyü şərtləndirən amillərdən və qeydə alınan statistikasından, eləcə də bu fenomenin qarşılaşdığı çağırışlardan danışıb. Diqqətə çatdırılıb ki, sürətli urbanizasiya, həyat tərzinin dəyişməsi, ekoloji təhlükələr ənənəvi aktiv uzunömürlülük modeli üçün yeni risklər yaradır.

Qeyd edək ki, Müşfiq Orucov, Nigar Kamilova, Hafiz Osmanov, Geologiya və Geofizika İnstitutunun elmi işçisi Fərəh Mahmudova Kohort tədqiqat layihəsinin komitə üzvləri arasında yer alırlar.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri