Azərbaycan Qazaxıstan hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfər edib.
Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində Baş direktor Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb.
Tərəflər iki ölkə arasında hərbi əməkdaşlığın qədim tarixi köklərə əsaslanan dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi qeyd edib.
Görüşdə Azərbaycan və Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Daha sonra Qazaxıstan Respublikası müdafiə nazirinin müavini general-mayor Şayx-Xasan Jazıkbayev ilə görüş keçirilib.
Hər iki tərəf bu cür görüşlərin hərbi əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyini vurğulayıb, keçirilən birgə təlimlərin hərbi qulluqçularımızın peşəkarlığının artırılmasına və orduların daha da güclənməsinə müsbət təsir etdiyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 03 Fevral 2025 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















