Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edildi
Icma.az, Manset-ə istinadən bildirir.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Qazaxıstanın xarici işlər nazirinin müavini Yermuxambet Konuspayevlə görüşüb.
Manset.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Söhbət zamanı tərəflər diplomatik əlaqələrin inkişafı, iki ölkənin hökumət strukturları, parlamentləri və işgüzar dairələri arasında qarşılıqlı əlaqələrin intensivləşdirilməsi, humanitar əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
"Görüşün sonunda ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsində qarşılıqlı marağın olduğu təsdiq edilib. Qazaxıstanla Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin əlaqələndirilməsinin və nəzərdə tutulan təşəbbüslərin uğurla həyata keçirilməsinin vacibliyi vurğulanıb", - məlumatda bildirilib.

