Icma.az
close
up
RU
Azərbaycan Qazaxıstan: Qarşılıqlı etimada əsaslanan münasibətlər

Azərbaycan Qazaxıstan: Qarşılıqlı etimada əsaslanan münasibətlər

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda region dövlətləri ilə qarşılıqlı maraqlara əsaslanan əlaqələrin genişləndirlməsi xətti xüsusi yer tutur. Bu kontekstdə ölkəmizlə dost Qazaxıstan arasında münasibətlərin getdikcə möhkəmlənməsi xüsusi diqqət çəkir. Elə bu günlərdə Qazaxıstanın Baş naziri Oljas Bektenov respublikamıza səfərə gəlib. Səfər çərçivəsində Prezident İlham Əliyev Baş naziri qəbul edib. Qəbulda uğurla inkişaf edən münasibətlərin qarşılıqlı etimada əsaslandığı vurğulanıb, müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Diqqətəlayiq haldır ki, Azərbaycan və Qazaxıstan dünyada uğurlu inkişaf modelinə malik olan dövlətlər kimi tanınırlar. Burada liderlərin rolu əvəzsizdir. Onların səyləri sayəsində reallaşdırlan islahatlar kursu hər iki ölkənin hərtərəfli dinamik inkişafını təmin edir. Qəbulda Azərbaycanın və Qazaxıstanın sosial-iqtisadi inkişaf sahəsində yaxşı göstəricilər nümayiş etdirən qardaş dövlətlər olduğunu söyləyən Prezident İlham Əliyev beynəlxalq arenada, bölgəmizdə və daha geniş regionda ölkələrimizin vacib roluna toxunub.

Azərbaycanda və Qazaxıstanda baş tutan mütəmadi görüşlər

Xəzər hövzəsi regionunun iki nüfuzlu dövlətinin qarşılıqlı əlaqələrinin bugünkü yüksək səviyyəsindən bəhs edərkən liderlər arasında yaranan səmimi münasibətlərin rolunu xüsusi vurğulamaq lazımdır. Qəbulda dövlətimizin başçısı bir çox sahələri əhatə edən münasibətlərimizin dinamik inkişafından məmnunluğunu bildirərək, Prezident Kasım-Jomart Tokayevlə həm Azərbaycanda, həm də Qazaxıstanda mütəmadi görüşlərini xatırladıb.

Qazaxıstan Prezidentinin ötən il Azərbaycanda keçirilən COP29-da iştirakına görə bir daha minnətdarlığını bildirən Prezident İlham Əliyev deyib ki, bu, Qazaxıstanın ölkəmizlə həmrəyliyini nümayiş etdirib, həmçinin konfransın uğurla yekunlaşmasına öz töhfəsini verib.

Dövlətimizin başçısı COP29-da bir sıra vacib məsələlərin razılaşdırıldığını, eyni zamanda, ölkələrimizi daha da yaxınlaşdıracaq layihələrin formalaşdırıldığını qeyd edib.

Bütövlükdə, Azərbaycan Prezidenti Qazaxıstanda, dost ölkənin dövlət başçısı isə respublikamızda müntəzəm qaydada səfərlərdə olurlar. Onlar ikitərəfli formatda olduğu kimi, beynəlxalq tədbirlər çərçivəsində də bir araya gələrək fikir mübadiləsi aparır, razılaşdırlan layihələrin icrası ilə maraqlanırlar və yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirirlər. Biz Kasım-Jomart Tokayevin ötən ilin noyabrında Azərbaycanda COP29 konfransına qatıldığından bəhs etdik. Öz növbəsində Prezident İlham Əliyev ötən ilin iyul ayında Qazaxıstanın paytaxtı Astanada baş tutan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin növbəti Zirvə görüşünə qatılıb. “ŞƏT+” formatında keçirilən Sammitdə 16 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. Azərbaycan ŞƏT-in diqloq tərəfdaşı statusuna malikdir. Artıq Azərbaycan Prezidentinin xüsusi dəvət əsasında ŞƏT-in Zirvə görüşlərində iştirakı ənənə halını alıb. Dövlətimizin başçısı 2022-ci ilin sentyabr ayında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə baş tutan sammitində fəxri qonaq qismində iştirak edib. ŞƏT-in ötənilki Zirvə görüşünə isə dövlətimizin başçısı dost Qazaxıstanın Prezidentindən dəvət alıb.

Xalqlarımızın tarix boyunca sınaqdan çıxan dostluğu

Əlamətdar haldır ki, dövlətlərin, liderlərin ikitərəfli əlaqələrin dərinləşməsinə göstərdikləri qətiyyətli siyasi iradə hər iki ölkənin cəmiyyətləri tərəfindən güclü şəkildə dəstəklənir. Qəbulda xalqlarımızın qardaş xalqlar olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, bu, qarşılıqlı münasibətlərimizin tarixi boyu dəfələrlə sübut olunub. Azərbaycan və qazax xalqlarını tarixdən gələn ənənələrə, həyat tərzlərinə, milli-mənəvi-dini dəyərlərinə görə bir-birinə çox yaxındırlar. Hər iki xalq Türk soyundan gəlir və tarixi keçmişi ilə qürur duyur. Üç onilliyi əhatə edən müstəqillik tarixində Azərbaycan və Qazaxıstan möhkəm tarixi zəmin üzərində sıx münasibətlər quraraq əlaqələrini starteji tərəfdaşlıq səviyyəsinə yüksəldiblər.

Eyni zamanda, ikitərəfli münasibətlər mədəni bağlarla daha da möhkəmlənir. Bunu təkcə son illərdə baş tutan tədbirlərin timsalında da görmək mümkündür. Azərbaycanda Qazaxıstanın, dost ölkədə Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi artıq ənənə halını alıb. İki ölkənin gəncləri arasında təmaslar da ikitərəfli humanitar əlaqələrin möhkəmlənməsinə şərait yaradır. Tərəflər gənclər siyasəti və təhsil sahəsində əməkdaşlığın inkişafı üçün qarşılıqlı şəkildə atılan addımları alqışlayırlar.

2023-cü ildə Azərbaycanda olduğu kimi, Qazaxıstanda da “Heydər Əliyev İli” yüksək səviyyədə qeyd olunub. Burada zamanında ikitərəfli əlaqələrin inkişafına sanballı töhfələr vermiş Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib.  O cümlədən “Qazaxıstan” telekanalında Heydər Əliyevin zəngin həyat yolu haqqında “Görkəmli həyat” adlı sənədli filmin premyerası baş tutub. Dost Qazaxıstanda Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlərin keçirilməsinə Prezident İlham Əliyevin bu ölkəyə 2023-cü ilin aprel ayında baş tutan uğurlu rəsmi səfəri çərçivəsində start verilib. Dövlətimizin başçısı aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasiminə qatılıb.

Bu qəbildən olan mədəni tədbirlər xalqlarımızın əbədi dostluğunu təcəssüm etdirir. 2024-cü il martın 12-də  Füzulidə prezidentlərin iştirakı ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılması hər iki ölkənin və xalqın tarixdən gələn ənənələrə sadiq qaldıqlarını təsdiqləyir. Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü şəxsən Qazaxıstan Prezidentindən gəlib. Bu, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi kimi fəaliyyət göstərir.

Onu da vurğulamaq yerinə düşər ki, Qazaxıstan dövləti və xalqı hər iki Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib. Böyük qazax mütəfəkkiri Oljas Süleymenov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan qazax şəhidi Yerbol Barımbekovun xatirəsi daim anılır.

İkitərəfli əlaqələrin geniş potensialı

Öz növbəsində Qazaxıstanın Baş naziri də ölkələrimiz arasında əlaqələrin inkişaf etməsindən məmnunluğunu bildirib, bu məsələdə Azərbaycan və Qazaxıstan prezidentlərinin etimada əsaslanan münasibətlərinin rolunu qeyd edib. Əlaqələrimizin potensialına toxunan Oljas Bektenov bildirib ki, Qazaxıstan və Azərbaycan hökumətləri hər iki ölkənin prezidentləri arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün səy göstərirlər. O, bu xüsusda dövlət başçılarının tapşırıqlarına uyğun olaraq, Trans-Xəzər multimodal nəqliyyat marşrutunun inkişafı üzrə fəal iş apardıqlarını deyib və bu marşrutla yük axınının ötən il 60 faiz artdığını diqqətə çatdırıb.

Son üç ildə ölkələrimiz arasında illik ticarət dövriyyəsinin təxminən 3 dəfə artması kifayət qədər yaxşı göstəricidir. Nəqliyyat dəhlizləri üzrə yüklərin, o cümlədən tranzit yüklərin daşınmasında davamlı artım müşahidə edilir. Qəbulda Azərbaycanda və Qazaxıstanda yaradılmış birgə investisiya fondu vasitəsilə investisiya layihələrinə dəstək verilməsi, neft-qaz sahəsində birgə layihələrin həyata keçirilməsi, o cümlədən Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə daşınma həcminin artırılmasının perspektivləri ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin, “yaşıl enerji” sahəsində COP29 çərçivəsində imzalanmış sualtı kabel xətti ilə Azərbaycan və Qazaxıstan energetika sisteminin birləşdirilməsi və yaşıl enerji sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Mart 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri