Azərbaycan Qazaxıstan tranzit müzakirəsi
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı və Astana nəqliyyat-logistika əməkdaşlığının inkişaf perspektivlərini və Qazaxıstan enerji resurslarının Azərbaycan ərazisindən tranzitini müzakirə ediblər. Bu barədə Qazaxıstanın ölkəmizdəki səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan Baş nazirinin müavini Samir Şərifovun Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel ilə görüşü zamanı Ələt limanında birgə intermodal terminalın tikintisi, Qazaxıstan lokomotiv və vaqonlarının Azərbaycana tədarükü, Bakı Gəmiqayırma Zavodunda qarşı tərəfin ehtiyacları üçün gəmilərin inşası, eləcə də Hövsan limanındakı birgə Bakı Taxıl Terminalının gələcək inkişafı məsələləri nəzərdən keçirilib. Bundan əlavə, tərəflər Qazaxıstan enerji daşıyıcılarının Azərbaycan ərazisindən tranzitinin artırılmasını, həmçinin ticari-iqtisadi və investisiya sahələrində əməkdaşlığı müzakirə ediblər.
2024-cü ildə yaradılmış birgə investisiya fondundan istifadə edilməklə müştərək layihələrin həyata keçirilməsinə, iqtisadi və sənaye kooperasiyasının gücləndirilməsinə xüsusi diqqət yetirilib. Tərəflər qeyd ediblər ki, birgə istehsal müəssisələrinin yaradılması ölkələr arasında ticarət dövriyyəsinin artmasına kömək edəcək. İkitərəfli münasibətlərin yüksək dinamikasına toxunan Alim Bayel ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın səviyyəsinin yüksəldilməsinə dair ölkəsinin təşəbbüsünü dəstəklədiyinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Samir Şərifov isə, öz növbəsində, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün bütün lazımi səyləri göstərəcəyini bəyan edib.
Qeyd edək ki, Azərbaycan–Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya iki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat və enerji sahələrində əlaqələri inkişaf etdirir. Bu ildən komissiyanın həmsədrləri Qazaxıstan Baş nazirinin birinci müavini Nurlıbek Nəlibayev və Azərbaycan Baş nazirinin müavini Samir Şərifovdur.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:198
Bu xəbər 05 Sentyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















