Azərbaycan Qazaxıstan komissiyası iclasına hazırlıq müzakirəsi aparıldı
Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Energetika naziri Pərviz Şahbazov Azərbaycan–Qazaxıstan Hökumətlərarası Komissiyasının həmsədri, nəqliyyat naziri Nurlan Sauranbayevlə Komissiyasının Bakıda keçiriləcək 21-ci iclasına hazırlıq barədə müzakirə aparıb.
Metbuat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında məlumat yayıb:
"Astanada Azərbaycan–Qazaxıstan Hökumətlərarası Komissiyasının həmsədri, nəqliyyat naziri Nurlan Sauranbayevlə ticarət və iqtisadi əməkdaşlığımızın gündəliyindəki məsələlərə dair səmərəli müzakirələr apardıq. Bu ilin ilk yarısında ikitərəfli ticarət dövriyyəsinin 4,2 dəfə artaraq 500 milyon ABŞ dollarına çatmasını məmnunluqla vurğuladıq. Hökumətlərarası Komissiyanın Bakıda keçiriləcək 21-ci iclasına hazırlıq, nəqliyyat əlaqələrinin genişləndirilməsi, yükdaşımaların artırılması və iqtisadi tərəfdaşlığımızın möhkəmləndirilməsinə xidmət edəcək perspektiv layihələr müzakirə olundu".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 02 Oktyabr 2025 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















