Azərbaycan Qazaxıstanda beynəlxalq festivalda təmsil olunur
Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.
Şərqi Qazaxıstan vilayətinin Katon-Karagay rayonunda “Altay: Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir.
Oxuməni.az AZƏRTAC-a istinadən xəbər verir ki, irimiqyaslı mədəniyyət hadisəsi türk xalqlarının ümumi irsinin, ənənə və dəyərlərinin təbliğinə yönəlib.
Festivalın üçgünlük ədəbi-mədəni proqramı çərçivəsində poetik gecələr, respublika akınlar yarışı və milli atüstü idman oyunları planlaşdırılıb.
Türk dövlətlərinin tanınmış ifaçılarının iştirak edəcəyi möhtəşəm qala-konsertdə Azərbaycan da təmsil olunacaq.
Festivalda Azərbaycan və Qazaxıstanla yanaşı, Türkiyə, Qırğızıstan, Özbəkistan, Macarıstan və Türk dünyasının digər bölgələrindən olan sənətçilər də öz yaradıcılıqlarını tamaşaçılara təqdim edəcəklər.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 10 İyul 2026 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















