Azərbaycan Qazaxıstanda keçirilən IX Beynəlxalq Teatr Festivalında təmsil olunur
Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mərkəzi Asiya ölkələri ilə türkdilli dövlətlər arasında teatr sənəti sahəsində əməkdaşlığın və dostluq əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində Çimkənddə IX Beynəlxalq Teatr Festivalı keçirilir.
Kulis.az Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, festival J.Şanin adına Çimkənd Şəhər Akademik Qazax Dram Teatrının 95 illik yubileyinə həsr olunub.
Festivalda Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Tatarıstan və Qazaxıstan teatrlarının ən yaxşı tamaşaları təqdim ediləcək.
Proqrama aparıcı teatrşünasların iştirakı ilə tamaşaların müzakirəsi üçün dəyirmi masalar, eləcə də dəvət olunmuş əcnəbi müəllimlər tərəfindən aparılacaq rejissorlar, aktyorlar və teatr menecerləri üçün ustad dərsləri daxildir.
Tədbir noyabrın 11-dək davam edəcək.
AZƏRTAC
Musiqili Teatr noyabr repertuarını açıqlayıb Türkiyənin "Kainat gözəli" açıqlandı Elməddin Cəfərov: "Ayın sonunda gəlir ki, maaş ver"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 09 Noyabr 2024 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















