Icma.az
close
up
RU
Menu

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

“Xarici təsirlərə bağlı qruplar, şəxslər, ictimai fiqurlar var...” İlahiyyatçı

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

Tanınmış meyxanaçı əsgər getdi VİDEO

Azərbaycanda dollara tələbat azalıb

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

Azərbaycan qazı Balkanlara çatır

Azərbaycan qazı Balkanlara çatır

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şimali Makedoniya ilə enerji əməkdaşlığı genişlənir


Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi 

Prezident İlham Əliyev iyunun 17-də Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşini qəbul edib. Söhbət zamanı Azərbaycanla Şimali Makedoniya arasında münasibətlərin inkişafından məmnunluq bildirilib, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Əlaqələrimizin möhkəmlənməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunulub. Bu xüsusda Şimali Makedoniya Prezidentinin ölkəmizə rəsmi səfəri və keçirilən səmərəli müzakirələr qeyd olunub.

 Qonaq vurğulayıb ki, Şimali Makedoniya Azərbaycanı dost ölkə kimi qəbul edir. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrimizin perspektivlərinə dair müzakirələr aparılıb. Azərbaycan və Şimali Makedoniyanın qanunverici orqanları arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub. Qeyd edək ki, iyunun 17-dən 19-dək Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyası keçiriləcək. 

Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tərəfindən də qəbul edilib. Görüşdə Azərbaycan və Şimali Makedoniya arasında mövcud ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, parlamentlərarası əlaqələr, habelə regional məsələlər müzakirə olunub. Ölkələrimiz arasında son zamanlar yüksək səviyyəli səfər və təmasların artan dinamizmindən məmnunluq ifadə olunub, bu çərçivədə liderlərimiz arasında görüşlər, parlamentlərimiz arasında artan dialoq, xarici işlər nazirləri arasında təmasların, eləcə də xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub. İki ölkə arasında digər vacib istiqamətlər ilə yanaşı, ənənəvi və bərpa olunan enerji istiqamətləri üzrə tərəfdaşlığın inkişafı üçün geniş perspektivlərin mövcud olduğu diqqətə çatdırılıb. Nazir Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı və bu prosesə mane olan amillər barədə ətraflı məlumatlandırıb. Tərəflər arasında yekun sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusiyasında Azərbaycana qarşı mövcud ərazi iddialarının aradan qaldırılması və artıq öz aktuallığını itirmiş olan Minsk qrupu kimi təsisatların ləğv edilməsinin vacibliyi diqqətə çatdırılıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 


Məlumat üçün bildirək ki, qədim tarixə malik olan makedoniyalılar müxtəlif imperiyaların tərkibində yaşasalar da, milli düşüncələrini itirməyərək, 1990-cı illərdə dünyada baş verən geosiyasi dəyişikliklərdən istifadə edərək müstəqilliklərini qazanıblar. Yuqoslaviyanın dağılması ilə müstəqillik əldə edən Şimali Makedoniya ilə Azərbaycanın yeni tarixində bənzər məqamlar çoxdur. Hər iki dövlət imperialist siyasətin qurbanı olmuş və SSRİ-nin dağılmasından sonra müstəqillik qazanaraq inkişaf mərhələsinə qədəm qoyublar. Bu gün Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır. 

Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Şimali Makedoniya Respublikasının keçmiş prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. Həmin səfərlər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşlərdə regional əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycan idmançıları Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində beynəlxalq yarışlarda iştirak edərkən yüksək qonaqpərvərliklə qarşılanıblar. Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin 2023-cü ilin aprelində Bakıya işgüzar səfəri zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd etmək lazımdır ki, 2000-ci ildə Şimali Makedoniya və Azərbaycan parlamentlərarası işçi qrupu yaradıb və bu qrup hazırda uğurla fəaliyyət göstərir. Hazırda Azərbaycanda Şimali Makedoniya investisiyalı 5 kommersiya qurumu qeydiyyatdadır, onlardan 3-nün fəaliyyəti aktivdir. İki dövlət arasında imzalanan “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması” haqqında saziş də hazırda icra olunur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynaması Avropa İttifaqı dövlətlərinin maraqlarını təmin edir. Ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın da maraq dairəsindədir. Həmçinin Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Skopye arasında əməkdaşlıq ölkəmizin Qərbdə xüsusilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə etmiş olur. Bütün bunları nəzərə alaraq əminliklə söyləyə bilərik ki, Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri yaxın zamanlarda Bakı ilə Skopye arasında ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini şərtləndirəcək. Rusiya ilə Ukrayna arasında davam edən müharibə Avropanın enerji təhlükəsizliyinə təhdid yaradıb. Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Avropanın enerji bazarında təbii qazın qiyməti artıb. Belə ki, ötən ilin dekabrında Avropa birjalarında təbii qazın qiyməti 30 faiz artaraq 1000 kubmetr üçün 560 dollardan 700 dollara yüksəlib. Bu vəziyyət Balkan dövlətlərini də düşündürür və onları enerji təhlükəsizliyinin təmin olunması üçün yollar axtarmağa vadar edir. Azərbaycan 2021-ci ilin iyulunda Avropa İttifaqı (Aİ) ilə imzaladığı müqaviləyə əsasən, 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracının həcmini 30 milyard kubmetrə çatdıracaq. Bu gün Yunanıstanın təbii qaza olan tələbatının 18 faizini Azərbaycan ödəyir. Cari ildə Yunanıstana 1,2 milyard kubmetr təbii qazın ixrac edilməsi nəzərdə tutulub. Energetika Nazirliyinin açıqlamasına əsasən, 2028-ci ildə “Ümid” və “Abşeron” yataqlarından böyük həcmdə təbii qazın hasil edilərək dünya bazarına çıxarılması gözlənilir. Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrdir ki, bu da uzun müddətdə qaz ixracının artırılmasına imkan verir. Bundan başqa, 2027-ci ilin sonunadək Azərbaycan yaşıl enerji layihələri çərçivəsində 1862 MVt külək və günəş elektrik enerjisi istehsal etməyi planlaşdırıb ki, bu da 1 milyard kubmetr “mavi yanacağa” qənaət etməyə imkan verəcək. 


İqtisadçı-ekspert Pərviz Heydərov "Şərq"ə açıqlamasında deyib ki, Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. Ekspert vurğulayıb ki, 30 il bundan qabaq Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb: 

"2023-cü ildə isə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Yuqoslaviyanın dağılması ilə müstəqillik əldə edən Şimali Makedoniya ilə Azərbaycan arasında tarixi oxşarlıqlar çoxdur. Ona görə də hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və qlobal miqyasda biri-birilərinin maraqlarını qoruyurlar. Ölkələrimizi biri-birinə bir çox maraqlar bağlayır. Qarşılıqlı ticarət əlaqələri ildən-ilə inkişaf edir. Təkcə, son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi  1 milyard 600 milyon ABŞ dollarınadək yüksəlib. Lakin Azərbaycanı Makedoniya üçün cəlbedici edən əsas enerji sektoru, bu sahədə bizim potensialımızdır. Azərbaycanın 12 ölkəyə, o cümlədən 10 Avropa dövlətinə təbii qaz ixrac etdiyi bəllidir, Azərbaycan qazının artıq Şimali Makedoniyanın bazarına çatdırıldığı və bu prosesin müntəzəm xarakter daşıyacağı da artıq, yüksək səviyyədə qeyd olunub".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 İyun 2025 06:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see500

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

01 Avqust 2026 10:11see374

“Xarici təsirlərə bağlı qruplar, şəxslər, ictimai fiqurlar var...” İlahiyyatçı

31 İyul 2026 11:45see330

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

31 İyul 2026 14:56see311

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see306

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 21:37see281

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

31 İyul 2026 17:03see274

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see273

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

31 İyul 2026 19:21see242

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

31 İyul 2026 19:34see216

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

01 Avqust 2026 12:23see191

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

31 İyul 2026 18:11see187

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

01 Avqust 2026 02:12see187

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

31 İyul 2026 21:33see184

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

01 Avqust 2026 03:24see182

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

02 Avqust 2026 01:36see182

Tanınmış meyxanaçı əsgər getdi VİDEO

31 İyul 2026 10:15see179

Azərbaycanda dollara tələbat azalıb

31 İyul 2026 10:18see177

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

31 İyul 2026 19:22see177

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

01 Avqust 2026 00:25see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri