Azərbaycan qədim Xivədə “Xalçaların gözəlliyi” festivalında
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Özbəkistanın Xarəzm vilayətinin qədim Xivə şəhərində “Arda Xivə” turizm kompleksində “Xalçaların gözəlliyi” birinci beynəlxalq sərgi-festival keçirilib.
Sərgidə ölkənin müxtəlif bölgələrindən, həmçinin Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstandan gələn sənətkarlar, alim və incəsənət xadimləri, dizaynerlər, sahibkarlar iştirak ediblər.
Sərgidə ölkəmizi Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və həmyerlimiz, xalçaçı rəssam, miniatür ustası Ağasadıq Süleymanov təmsil edib.
Festivalın birinci günü keçirilən mətbuat konfransında Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli qeyd edib ki, Azərbaycan xalça sənəti yalnız məişət və bədii sənət növü kimi deyil, həm də xalqın ruhunu, tarixi yaddaşını, mənəvi dəyərlərini və bədii zövqünü ifadə edən mühüm mədəni fenomen kimi dünya miqyasında tanınır. Xalçaçılıq sənəti bu gün xalqlar arasında mədəni dialoqun və dostluğun güclənməsinə xidmət edir, belə beynəlxalq tədbirlər isə xalça ənənələrinin qorunub-saxlanması və yeni nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Sərginin Azərbaycan guşəsində Naxçıvan, Gəncə, Quba, İrəvan, Təbriz, Borçalı, Dərbənd və digər bölgələrimizə aid xalça nümunələri, həmçinin Azərbaycan xalça sənətinə dair albomlar nümayiş olunub.
Ümumiyyətlə, Azərbaycan guşəsi, həmçinin Ağasadıq Süleymanovun xalçaların toxunmasını əyani şəkildə nümayiş etdirməsi iştirakçıların böyük marağına səbəb olub.
Sərgi-festivalda Ağasadıq Süleymanov “Gənc xalçaçı rəssam” nominasiyasında birinci mükafata layiq görülüb, ona müvafiq sertifikat və hədiyyələr təqdim olunub. AMM isə xüsusi diploma layiq görülüb.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Xivə şəhəri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 21 Oktyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















