Azərbaycan Xivədə beynəlxalq yaradıcılıq forumunda təmsil olunub
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Özbəkistanın qədim mədəniyyət beşiklərindən olan Xivə şəhərində “Oydin Gurunglar” beynəlxalq yaradıcılıq forumunun təntənəli açılış mərasimi keçirilib. Tədbirdə ölkəmizi Azərbaycannın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
525.az-a Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, forum müxtəlif ölkələrin yaradıcı şəxsləri arasında mədəni dialoqun inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və beynəlxalq mədəni əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşımışdır.
Açılış mərasimindən sonra iştirakçılar üçün təşkil olunan mədəni-bədii proqram çərçivəsində “Art-House Xamsa” teatrının təqdimatında “Aydan da gözəl” adlı lirik kompozisiya nümayiş etdirilib.
Ümumilikdə, forum xalqlar arasında mədəni əlaqələrin genişlənməsinə, milli mədəni irsin və yaradıcılıq ənənələrinin beynəlxalq səviyyədə tanıdılmasına, incəsənət vasitəsilə qarşılıqlı anlaşmanın gücləndirilməsinə töhfə vermişdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 23 Oktyabr 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















