Icma.az
close
up
RU
Azərbaycan qərb dünyasınada nümunə ola biləcək bir dövlət yaratdı ŞƏRH EDİLDİ

Azərbaycan qərb dünyasınada nümunə ola biləcək bir dövlət yaratdı ŞƏRH EDİLDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan millətinin, xalqımızın və dövlətçiliyimizin tarixində ən vacib məqamlardan biri idi. Azərbaycan xalqının beş min illik dövlətçilik tarixi var. Ən qədim dövlətlərdən biri Azərbaycan dövlətidir". Bu sözləri SİA-ya açıqlamasında siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, beş min illik tarix demək olar ki, fasiləsiz olaraq Azərbaycan dövlətçiliyinin mövcudluğunu göstərir. Yalnız 19-cu əsrin əvvəllərində Azərbaycanın şimal hissəsində müstəqilliyimizə son qoyuldu və bu ərazi Rusiya tərəfindən işğal olundu. Müstəqilliyimizi itirməyimizə baxmayaraq, 100 ilə yaxın Azərbaycan xalqı mübarizəsini davam etdirdi və nəhayət, 1918-ci ildə müstəqilliyimiz bərpa olundu: "Bu, dövlətçiliyimizin yeni mərhələsinin başlanğıcı idi. Ən böyük əhəmiyyətlərdən biri də ondan ibarət idi ki, dövlətçiliyimizə son qoymaq istəyənlər öz məqsədlərinə və niyyətlərinə çatmadılar. Bütün ağır şəraitlərə baxmayaraq, Azərbaycan yenidən öz dövlətçiliyini və ənənələrini davam etdirdi. Bu, çox əhəmiyyətli bir məsələ idi.

Həmin dövrdə Azərbaycanda yeni tipli bir dövlət modeli tətbiq olunurdu. Dünyada həmin dövrdə baş verən proseslər fonunda Azərbaycan Şərqdə ilk dəfə bu tipli dövlət yaratdı. Həm müsəlman dünyasında, həm də türk dünyasında yaranan ilk müasir dövlət olmaq Azərbaycan xalqının böyük nailiyyəti idi. Qeyd etmək lazımdır ki, Azərbaycan qərb dünyasına da nümunə ola biləcək, bir çox cəhətlərinə görə qərbdə yaranan yeni tipli dövlətlərdən daha üstün olan bir dövlət yaratdı.

Əsas xüsusiyyətlərdən biri insanların hüquqlarının tanınması və milli azlıqların hüquqlarının qorunması idi. Azərbaycan bu baxımdan da dünyaya nümunə göstərdi. İlk dəfə olaraq Şərqdə və bəlkə də dünyada qadınlara səsvermə hüququ məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə verildi. Həmin dövrdə təhsilə də xüsusi diqqət və qayğı göstərildi. Azərbaycanlı tələbələr xaricdə təhsil alır və ölkələrinə qayıtdıqdan sonra öz biliklərini və təcrübələrini ölkənin inkişafına həsr edirdilər.

1918-ci ilin sentyabrında AXC hökuməti Bakıya köçərək fəaliyyətini davam etdirdi. Lakin 1920-ci ilin aprelində Sovet Rusiyasının işğalı nəticəsində AXC süqut etdi. Buna baxmayaraq, AXC-nin ideyaları və dövlətçilik ənənələri 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə yenidən həyata keçirilmişdir. Bu gün Azərbaycan Respublikası AXC-nin varisi olaraq onun dövlətçilik prinsiplərini davam etdirir və inkişaf etdirir."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 May 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri