“Azərbaycan” qəzeti 10000 ci sayında dərc olunan fotonu saxtalaşdırıb?
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azərbaycan” qəzetinin bu gün çap olunan 10000-ci sayında Ulu Öndər Heydər Əliyevin “Yeni Azərbaycan” qəzetini oxuyarkən çəkilən fotosu dəyişdirilib.
Yeniavaz.com xəbər verir ki, bunu “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev özünün sosial media hesabında yazıb.

“Təəssüf ki, “Azərbaycan” qəzetinin dərc etdiyi foto gerçək deyil. Ulu Öndərimizin “Yeni Azərbaycan” qəzetini oxuyarkən çəkilən fotosu dəyişdirilib. Bu barədə dəfələrlə deyilib, yazılıb. Amma bu saxtakarlıq dönə-dönə tirajlanır”, - deyə A. Musayev qeyd edib.
O, həmçinin fotonun əslini də posta əlavə edib.

Məsələ ilə bağlı “Azərbaycan” qəzeti ilə əlaqə saxlamağa çalışsaq da, mətbuat orqanının rəsmi veb-səhifəsinin “Əlaqə” bölməsində yerləşdirilən vasitələrə cavab verən olmadı.
Murad Məmmədo
Bu mövzuda digər xəbərlər:Azərbaycan buludlarımızı oğurlayır Xameneinin qəzeti
07 Avqust 2025 15:50
Neftçi azarkeşlərinə görə 10000 manat cərimələndi
09 Oktyabr 2025 14:39
Azərbaycan “qocalır”: Uşaq sayında ciddi AZALMA
10 İyun 2025 13:55
İRƏVANDA AZƏRBAYCAN DİLİNDƏ ÇIXAN “KOMMUNİST” QƏZETİ
05 İyun 2025 09:15
Baxış sayı:103
Bu xəbər 03 Dekabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















