Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

İRƏVANDA AZƏRBAYCAN DİLİNDƏ ÇIXAN “KOMMUNİST” QƏZETİ

İRƏVANDA AZƏRBAYCAN DİLİNDƏ ÇIXAN “KOMMUNİST” QƏZETİ

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

1920-ci il noyabr ayının 29-da Qərbi Azərbaycanda (indiki Ermənistan) sovet hakimiyyəti qurulduqdan sonra burada da ictimai-mədəni mühit kommunist ideologiyasının təsiri ilə yeni forma və məzmun almağa başladı. Hakimiyyət başına kommunist-beynəlmiləlçi cildinə girmiş daşnaklardan daha məkrli, daha siyasətbaz adamlar gəldi. Onlar özlərinin anti-türk siyasətini bolşevik maskası altında daha incə üsullarla həyata keçirməyə başladılar. Amma iqtisadi cəhətdən Azərbaycandan tam asılı olduqları üçün çirkin məqsədlərini açıq şəkildə həyata keçirə bilmirdilər. Bunu sosial, siyasi həyatın bütün sahələrində görmək olardı.

Bütün respublikalarda olduğu kimi, Qərbi Azərbaycanda da sovet hakimiyyətinin güclənməsi, kommunist-bolşevik ideologiyasının təbliğini həyata keçirmək üçün ilk növbədə mətbuat orqanının yaradılması günün ən vacib məsələlərindən idi. Bu məqsədlə 1921-ci il yanvar ayının əvvəlində İrəvanda Azərbaycan dilində Ermənistan İnqilab Komitəsinin orqanı olan ilk bolşevik mətbuatı - “Kommunist” qəzeti nəşr olunmağa başladı. Qəzet ərəb əlifbası ilə 100-150 nüsxə çap edilirdi. Bu istiqamətdə apardığımız davamlı araşdırmalardan sonra aydın olur ki, qəzetin ilk redaktoru Həmid Qənizadə olmuşdur. Ayrı-ayrı tədqiqatçıların “Kommunist” qəzetinin redaktorları barədə verilən məlumatlar həqiqəti əks etdirmir. “Kommunist” qəzeti 1921-ci ilin fevral ayının 8-nə qədər nəşr olunmuşdur. Qərbi Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk ilində milli dildə “Kommunist” qəzetinin nəşr olunması haqqında “Zəngi” qəzeti 1927-ci il 47-ci nömrəsində bu barədə yazmışdı: “Ermənistanda Şura hökuməti qurulandan sonra İrəvanda türkcə həftəlik “Kommunist” qəzetinin nəşrinə başlandı, qəzet bir ay davam etdikdən sonra bir para səbəblərə görə qapandı”. 1937-ci il oktyabrın 2-də yenidən Azərbaycan dilində “Kommunist” adı ilə nəşrə başlayan qəzet də bu barədə məlumat verərək yazmışdı: “Sovet hökumətinin ilk günlərində partiyamız Ermənistanda Azərbaycan dilində “Kommunist” adına qəzetə çıxarmağa başlamışdır”. Bir aya yaxın ömür sürən qəzetin cəmi üç nömrəsi çıxmışdır. 1921-ci il fevral ayının ortalarında erməni daşnakları İrəvanda yenidən tüğyan edərək terror, qətliamlar, total qırğınlar və dağıntılar törədərkən “Kommunist” qəzetinin redaksiyasını yandıraraq məhv etmişlər. Bununla da qəzetin fəaliyyəti dayandırılmışdır. “Kommunist” qəzetinin nömrələri arxivlərdə qorunmadığından bu mətbu orqanın fəaliyyəti barədə ətraflı fikir söyləmək çətindir.

“Kommunist” qəzeti sonralar “Rəncbər” (1921-1923), “Zəngi” (1924-1928), “Qızıl şəfəq” (1929-1937) adı ilə nəşr olunmağa nəşr olunmağa başladı. Bu kimi milli-mənəvi məna ifadə edən mətbuat orqanlarının bu adlarla nəşr olunmasını isə erməni şovinist dairələri heç cür həzm edə bilmirdilər. Çünki gələcəkdə erməni şovinist dairələrinin həyata keçirəcəkləri “uca məram” üçün bu adlar yararsız idi. Bu baxımdan Ermənistan Kommunist bolşevik Partiyası Mərkəzi Komitəsinin 8 sentyabr 1937-ci il tarixli qərarı ilə “Qızıl şəfəq” qəzetinin adı dəyişdirilərək “Kommunist” adı ilə əvəzləndi. Belə bir qəzetin çap olunması haqqında “Qızıl şəfəq” qəzeti 11 sentyabr 1937-ci il tarixli sayında oxuculara bu haqda məlumat verir. “Qızıl şəfəq” qəzeti yaxın günlərdə böyük formatda “Kommunist” adı ilə nəşr olunacaqdır. Qərbi Azərbaycanda istər mərkəzi, istərsə də yerlərdə fəaliyyət göstərən ana dilli mətbuat orqanları tez-tez erməni şovinist dairələri tərəfindən addəyişməsinə məruz qalırdı. Qərbi Azərbaycanda milli mətbuat tarixini ardıcıl izlədikdə aydın olur ki, burada anadilli mətbuat orqanlarının istər yaranması, istərsə də müxtəlif vaxtlarda onların addəyişməsinə məruz qalması məhz Qərbi Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının ildönümləri ərəfəsinə təsadüf edir. Qəzetin adının siyasi və məkrli məqsədlərlə dəyişdirilməsinə baxmayaraq, azərbaycanlı ziyalılar ilk növbədə, ana dilində çıxan qəzetin varlığını qoruyub saxlamağa və əhali arasında yayılmasını təmin etməyə ciddi səy göstərirdilər. “Kommunist” sələfləri müxtəlif adlarla fəaliyyət göstərsələr də, onların hər biri öz üzərilərinə düşən missiyaları şərəflə yerinə yetirmişdir.

“Kommunist” qəzetinin redaktoru isə 27 iyul 1937-ci ildən “Qızıl şəfəq” qəzetinin redaktoru vəzifəsində çalışan, Qərbi Azərbaycanda tanınmış ictimai xadim, istedadlı jurnalist Əkbər Rizayev olmuşdur. 2 oktyabr 1937-ci il tarixdən “Kommunist” adı ilə nəşr olunan qəzet gündəlik 4 səhifədən ibarət böyük həcmdə latın qrafikası ilə işıq üzü görmüşdür. Amma “Kommunist” qəzetinin nəşr olunduğu illər bütün ölkədə repressiyanın tüğyan etdiyi dövrə təsadüf edirdi. Minlərlə azərbaycanlının güllələndiyi və sürgün edildiyi bir vaxtda “Kommunist” qəzeti yalnız şən həyatdan, Stalin dühasından yazmalı idi. Əgər həmin illər “Kommunist” qəzeti səhifələrində çıxan yazıları mövzular üzrə qruplaşdırsaq birinci yerdə Stalinə həsr olunmuş mədhnamələr olacaq.

“Kommunist” qəzetinin 1937-1938-ci illərin sonları və 1939-cu il nömrələrində belə bir mənzərə ilə rastlaşırıq. Həmin illərdə qəzetin redaktorları çox tez-tez vəzifələrindən uzaqlaşdırılır, redaktor əbəzi, redaktor müavini və başqaları ilə əvəz edilir. Bu həmin vaxtlarda ictimai-siyasi mühitdə mövcud olan vəziyyətin daha da kəskin xarakter alması ilə bağlı idi. Cəmi 21 ay fəaliyyət göstərən “Kommunist” qəzetinin redaktorlarının təyin eidlməsi və işdən çıxarılması ardıcıllığını qəzetin 2 oktyabr 1937-ci ildən 25 sentyabr 1939-cu ilədək olan nömrələrindən müəyyənləşdirmişik.Həmin illərdə qəzetin səhifələrində məsul redaktor kimi Əkbər Rizayevin adına müəyyən fasilələrlə rast gəlinir. “Kommunist” qəzetinin 2 oktyabr 1937-ci il tarixli sayından 10 aprel 1938-ci il 82-ci nömrəsinə kimi Əkbər Rizayev məsul redaktor, 11 aprel 1938-ci il tarixli 83-cü nömrəsindən 18 aprel 1938-ci il 89-cu nömrəsinə kimi Cavanşir Cəfərov məsul redaktor əvəzi, 23 aprel 1938-ci il tarixli 83-cü nömrəsindən 28 aprel 1938-ci il tarixinədək 97-ci nömrəsinə kimi Xəlil Səfərov redaktor müavini göstərilir. 29 aprel 1938-ci il tarixdən, 98-ci nömrəsindən etibarən Əkbər Rizayev yenidən məsul redaktor kimi ortaya çıxır. 12 may 1938-ci il tarixli 108-ci nömrəsindən 20 iyul 1938-ci il tarixli 165-ci nömrəsinə kimi yenə Xəlil Səfərov məsul redaktor əvəzi, 21 iyul 1938-ci il tarixli 166-cı nömrəsindən 20 aprel 1938-ci il 191-ci nömrəyə kimi Cəfər Vəlibəyov müvəqqəti məsul redaktor olmuşdur. 21 avqust 1938-ci ildən isə “Kommunist” qəzetinin redaktoru vəzifəsinə Müslüm Əliyev təyin olunmuşdur. Müslüm Əliyevin redaktorluq fəaliyyəti cəmi 8 gün çəkib. 21 avqust 1938-ci il tarixdən 28 avqust 1938-ci il tarixinə kimi qəzetin cəmi 6 nömrəsi onun redaktorluğu ilə işıq üzü görüb.

Cəlal Allahverdiyev,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:359
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 İyun 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri