Icma.az
close
up
RU
Azərbaycan QHT ləri ABŞ ın Lemkin İnstitutunu üzr istəməyə çağırıb

Azərbaycan QHT ləri ABŞ ın Lemkin İnstitutunu üzr istəməyə çağırıb

Icma.az, Apa.az saytına istinadən bildirir.

Azərbaycan QHT-lərinin çətir təşkilatı olan, sıralarında yüzlərlə ictimai təsisatı birləşdirən Azərbaycan Milli QHT Forumu ABŞ-ın Lemkin İnstitutunun Ruben Vardanyan daxil olmaqla, müharibə cinayətlərində ittiham olunan erməni əsilli şəxslərin azadlığa buraxılmasına dair çağırışını pisləyən açıq məktubla çıxış edib.

APA xəbər verir ki, açıq məktubda Lemkin İnstitutunun ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülh missiyasına xələl gətirmək cəhdləri təxribat kimi dəyərləndirilir.

O da qeyd olunur ki, Lyusi Mirzoyan kimi etnik və dini bölücülük salan şəxslərin idarəçiliyində yer aldığı Lemkin İnstitutu Ermənistandakı revanşist qrupun maraqlarını ifadə edir, Azərbaycan və Ermənistan arasında sülh gündəliyini sarsıtmağa çalışır.

İfşa xarakterli Açıq Məktubda xüsusi vurğulanır ki, İnstitutun adını daşıdığı Rafael Lemkinin öz ailəsinin belə bu addan sui-istifadəyə görə açıq tənqidlərinə məruz qalan Lemkin İnstitutu Ermənistanda da birmənalı qarşılanmır. Məsələn, Ermənistanın Zoryan İnstitutu bu təsisatın əsassız mövqeyini dəfələrlə açıq şəkildə sorğulayıb.

Azərbaycan Milli QHT Forumu hesab edir ki, Xocalı soyqırımı kimi kütləvi qırğınlara göz yuman Lemkin İnstitutunun müharibə cinayətlərində ittiham olunan erməni əsilli şəxsləri azad etməyə çağırması ilk növbədə təşkilatın elan etdiyi missiyaya xəyanətdir.

Azərbaycan Milli QHT Forumu Lemkin İnstitutunu məsuliyyətli davranmağa, Azərbaycan ictimaiyyətə üzr istəməyə dəvət edib.

Lemkin İnstitutu açıq məktubda göstərilən faktlara cavab verməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Dekabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri